SSRİ-dən qalma köhnə şam ağacı oyuncaqları - Tərkibində radiasiya var

SSRİ-dən qalma köhnə şam ağacı oyuncaqları - Tərkibində radiasiya varİllərlə qalan köhnə şam ağacı oyuncaqları bu gün yenidən dəbdədir. Sadə görünüşü və qaranlıqda parlaması ilə diqqət çəkən bu vintaj bəzəklər kolleksiyaçılar arasında da böyük maraq doğurur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu parıltı təhlükəli ola bilər.

Lent.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, XX əsrin birinci yarısında dünyanın bir çox ölkəsində, o cümlədən SSRİ-də tərkibində radioaktiv maddələr olan məişət əşyaları kütləvi şəkildə istehsal edilirdi.

Radium boyalı şam ağacı oyuncaqları ən riskli məişət əşyalarından sayılırdı. Saatlardan fərqli olaraq, onların üzərində qoruyucu şüşə və ya metal örtük yox idi. Uşaqlar və böyüklər onları əlləri ilə toxunur, zamanla isə boya tökülərək radiumun mikrozərrəciklərini evə yayıla bilirdi.

Daim parlayan bu boyaya "daimi təsirli işıq tərkibi" deyilir. Onun tərkibində gamma şüaları, alfa və beta hissəcikləri yayan radionuklidlər olurdu. Bu maddələr onilliklər boyu işıq saçmaq qabiliyyətinə malik idi.

1953-cü ildə SSRİ-də pambıq, kağız, karton və şüşədən hazırlanmış belə Yeni il oyuncaqları buraxılırdı. Bu oyuncaqlar çox kövrək olduğundan günümüzə nadir hallarda gəlib çıxıb. Lakin çardaqlarda qalan bəzi nümunələr bu gün yenidən yolkalara qayıda bilər.
SSRİ-dən qalma köhnə şam ağacı oyuncaqları - Tərkibində radiasiya varBiləkdə "Ural"

1950-ci illərin əvvəllərində Çelyabinskdə işıqlı "Ural" saatlarının istehsalına başlanmışdı. Onların parlamasının sirri radium-226 duzlarından hazırlanan həmin boyada idi. Əvvəlcə bu saatlar hərbçilər, pilotlar, sualtı qayıqçılar və tankçılar üçün nəzərdə tutulmuşdu.

Radiasiya o dövrdə əsasən təhlükəsiz sayılırdı. Şüalanmanın 92 faizi şüşə ilə saxlanılan alfa hissəciklərindən ibarət idi. Lakin qalan 8 faiz beta və gamma şüaları real risk yaradırdı. Bu gün "Ural", "Kama", "Komandirskie" kimi vintaj saatlar saatda 5000-10000 mikrorentgenə qədər fon verə bilir. Halbuki norma cəmi 30-dur.

Məktəbliyə "faydalı" hədiyyə

Ən kütləvi və gözəgörünməz radiasiya mənbələrindən biri Andrianov kompası idi. 1960-cı illərin ortalarına qədər onun oxu və şkalası radium boyası ilə örtülürdü. Uşaq bu cihazı saatlarla əlində saxlayırdı.

Təhlükəli nümunəni tanımaq asandır. Əgər kompas 1965-ci ildən əvvəl istehsal olunubsa və sarımtıl (xardal rəngli) işıq saçırsa, böyük ehtimalla radioaktivdir. Sonralar boya təhlükəsiz lyuminoforla əvəz edilsə də, rəng dəyişməyib.
SSRİ-dən qalma köhnə şam ağacı oyuncaqları - Tərkibində radiasiya varUran şüşəsi: gözəl, amma qorxulu

Şüşəyə uran birləşmələrinin qatılması ənənəsi SSRİ-yə hələ inqilabdan əvvəlki Rusiyadan keçmişdi. 1950-ci illərdə uran şüşəsindən külqabılar, vazalar və dekorativ boşqablar istehsal olunurdu.

1970-80-ci illərdə bəzi zavodlar tullantıların "utilizasiyası" çərçivəsində xammala təbii uran qatırdı. Bu, məmulatlara qeyri-adi rəng və yüksək sıxlıq verirdi. Radiasiya səviyyəsi yüksək olmasa da, belə qabların daimi istifadəsi məsləhət deyil.

Bundan əlavə, torium şüşəsi də mövcud idi. Kristala xüsusi parlaqlıq və ağırlıq vermək üçün tərkibinə torium dioksidi əlavə edilirdi. Belə qablar elit sayılırdı. Rəfdə durduqda təhlükə azdır, lakin turş içkilər toriumun şüşədən ayrılmasına səbəb ola bilər. UV lampa ilə yoxladıqda torium şüşəsi parlaq yaşıl rəngdə işıldayır.

Tumblerlər və detektorlar

1960-cı illərin ortalarına qədər SSRİ-də istehsal olunan bəzi tumbler və açarların göstəriciləri də radium boyası ilə örtülürdü. Bu hissələr sonradan radiohəvəskarların əlinə düşür, köhnə avtomobillərə quraşdırılırdı. Bəzilərinin şüalanması bu gün də saatda iki rentgenə çata bilər.

Hətta 1970-ci illərdə belə yanğın təhlükəsizliyi sistemlərində radioizotoplu tüstü detektorlarından istifadə olunurdu. Onların tərkibində plutonium-239 və ya nikel-63 vardı. Belə cihazların yaxınlığında radiasiya fonu 300 mikrorentgenə çata bilirdi. Doğrudur, onlar artıq xüsusi təhlükə nişanı ilə işarələnirdi.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 25 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 394
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

16:46 232
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 315
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 430
.

10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı

İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind

10:30 177
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 184
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 326
.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

16:20 100
.

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

11:36 195
.