Gömrük Komitəsi ilə iqtisadçı arasında qarşıdurma - Ləğv olunsun?

Gömrük Komitəsi ilə iqtisadçı arasında qarşıdurma - Ləğv olunsun?"Gömrük Komitəsinə ümvanladığım tənqidlərə, bu qurumun ayrıca, müstəqil xidmət kimi fəaliyyətinə ehtiyac olmadığına, Gömrük Komitəsinin ya Maliyyə, ya da İqtisadiyyat nazirliyinin nəznində kiçik bir departament kimi, özü də, vətəndaşla birbaşa təmas qurmadan fəaliyyət göstəməsini təkliflərinə DGK-dən cavab veriblər. Əvvala, cavabla heç razı olmasam da, faktın özünə görə, diskussiyaya daxil olmaq cəhdlərinə görə təşəkkür edirəm".

"Yeni Sabah" xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri, iqtisadçı Natiq Cəfərli bildirib.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin iş fəaliyyətində xeyli uyğunsuzluqlar var:

"Əsas tezisləri odur ki, rüşvət, korrupsiya vicdan məsələsidir, hər yerdə var, bu problemə qarşı mübarizə aparılır.

Hörmətli DGK, rüşvət, korrupsiya vicdan məsələsi deyil, sistem və idarəetmə məsələsidir, vicdan mənəvi kateqoriyadır, bunun rüşvət və korrupsiya ilə heç bir əlaqəsi yoxdur və ölkəmizdə bunu sübut edən örnəklər var.

Məsələn, cəmi 20 il öncə ölkədə xarici pasport almaq zülm idi, vətəndaş gecədən növbəyə dururdu, növbənin özü belə satılırdı, əgər pasportu tez almaq istəyirdinsə, 200-300 manat rüşvət vermək lazım idi, açıq şəkildə alver gedirdi və bu vicdansızlıq deyil də, "oyun qaydası" idi".

N.Cəfərli bir daha vurğulayıb ki, DGK-nin müstəqil qurum kimi fəaliyyətinə ehtiyac yoxdur:

"ASAN Xidmət yaradıldı, indi pasportu növbəsiz, zamana uyğun əsnək tariflə, rəsmi ödənişlə növbəsiz alırsan, gülərüz işçilər tərəfindən xidmət görürsən.

Hörmətli DGK, tək elə bu misalda, sizcə vicdan yuva saldı insanlarda, ya "oyun qaydası", sistem dəyişdi?!

Gömrük Komitəsinin ayrıca qurum kimi işləməsi, özlərinin istintaq və cəza qurumlarının mövcud olması effektiv deyil, sistem və yanaşma dəyişməlidir. Paralel olaraq da, sıfırdan yeni Gömrük Məcəlləsi yazılıb, qəbul edilməlidir".

Qeyd edək ki, DGK mayoru İqbal Səfərov, Natiq Cəfərlinin qurumun ləğvi ilə bağlı təklifinə cavab verib. O, iqtisadçının fikirlərini qeyri-dəqiq adlandırıb.

"Məsələni yalnız "struktur kökündən ləğv edilməlidir" müstəvisinə gətirmək obyektiv yanaşma deyil. Ekspert mövqeyi faktlara söykənməlidir.

Hansısa bir qurumun ləğv edilməsi, birləşdirilməsi və ya formatının dəyişdirilməsi məsələsi dövlətin biləcəyi məsələdir! Bu, emosional yazılarla yox, strateji qərarlarla həll olunur!

Yazı yazmazdan öncə məlumatların dəqiqləşdirilməsi də bu məsuliyyətin bir hissəsidir", - İ.Səfərov vurğulayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 759   Tarix: 25 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Küveyt Səudiyyə Ərəbistanına hücumlara görə husiləri qınadı

Küveyt Səudiyyə Ərəbistanına qarşı həyata keçirilən hücumlara görə husiləri qınayıb. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Küveyt Xarici İşlər Nazirliyi husilərin Səudiyyə Ərəbistanına qarşı "davamlı, həyasız və utancverici hücumlarını" pisləyib. Nazirliyin yaydığı bəyanatda İran tərəfində

13:08 160
.

Bu ərazilərdə səhərə qədər su olmayacaq

Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Pirallahı rayonlarının bəzi ərazilərinin su təminatında fasilə yaranacaq. xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb. Bildirilib ki, buna səbəb magistral su kəmərində aparılacaq təmir-bərpa işləri ilə bağlıdır. Qey

17:10 45
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 184
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 386
.

Ərzurum Koridorun harasındadır?

Zəngəzur dəhlizi ilə Qars-Iğdır-Dilucu xətti bölgənin ticarət xəritəsini dəyişdirərkən Ərzurumun qarşısındakı əsas məsələ bu hərəkətliliyin iqtisadi dəyərə çevrilməsini təmin etməkdir. Bir şəhərin taleyini bəzən sahib olduğu resurslar deyil, coğrafiyasından necə istifadə etməsi müəyyənləşdirir. Ərzuru

11:10 181
.

Mühafizə olunan duracaqlarla bağlı YENİ QAYDA

Nazirlər Kabineti 6 aprel 199-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, Daxili İşlər Nazirliyi balansındakı mühafizə oluna

13:39 194
.

Litva ABŞ hərbi bazasının xərclərini tam ödəməyə hazırdır

Litva ABŞ Silahlı Qüvvələrinin ölkə ərazisində daimi bazasının yaradılması ilə bağlı xərcləri tam ödəməyə hazırdır. " xəbər verir ki, bu barədə LRT məlumat yayıb. Litvanın Baş naziri Mindauqas Sinkeviçus ABŞ Prezidenti Donald Trampın ölkədə ABŞ hərbi qüvvələrinin daimi yerləşdirilməsi imkanını nəzərdə

10:42 170
.

Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq

Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"

11:36 195
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 176
.