2026-cı ildə hansı kommunal xidmətlər bahalaşacaq?
Əhalinin məişət xərclərində kommunal ödənişlərin xüsusi çəkisi olduğundan, bu sahədə mümkün qiymət artımları hər zaman ictimai maraq doğurur. Xüsusilə, ilin sonu və ya əvvəlində bu mövzu yenidən gündəmə gəlir. Qarşıdan 2026-cı ilin gəlməsi isə "kommunal xidmətlərin qiymətləri artacaqmı?" sualını aktuallaşdırır.
"Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, ölkədə kommunal və məişət xidmətləri üzrə qiymət artımları illərdir müşahidə olunur, lakin bu proses sosial həssaslıq nəzərə alınmaqla mərhələli şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, Azərbaycan sosialyönümlü dövlət olduğu üçün qiymət artımları ilk növbədə qeyri-yaşayış obyektlərinə tətbiq edilir. Əhali üçün nəzərdə tutulan kommunal xidmətlərdə isə artımlar daha sonra və nisbətən cüzi həcmdə baş verir: "Hər il manatın alıcılıq qabiliyyətində dəyişiklik olur, inflyasiya faizləri açıqlanır. Bu isə xidmətlərin maya dəyərinin artmasına gətirib çıxarır. Nəticədə həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən xidmətlərin təklif qiymətləri də artırılır. Lakin bu artımlar mərhələli şəkildə aparılır ki, əhali ciddi iqtisadi zərbə almasın".
V.Oruc qeyd edib ki, 2026-cı illə bağlı iqtisadi proqnozlar da tam ürəkaçan deyil və bu baxımdan növbəti ildə də kommunal xidmət haqlarında artım ehtimalını istisna etmək olmaz: "Əgər vergilərdə artım baş verirsə, yeni vergi istiqamətləri müəyyənləşdirilirsə, dövlət büdcəsinin xərcləri optimallaşdırılırsa və qənaət rejiminə keçilirsə, bu, müəssisələrin daxili borclarını azaltmaq üçün qiymət artımlarına getməsinə səbəb ola bilər".
Ekspert əlavə edib ki, artıq istilik şəbəkələri, lift xidmətləri və digər oxşar sahələrdə maya dəyərinin artması ilə bağlı məlumatlar mövcuddur. Həmçinin Bakı metrosunun da ciddi büdcə kəsiri yaşadığını, əldə etdiyi gəlirlərin xərcləri ödəmədiyini vurğulayıb.
"Bu baxımdan hesab edirəm ki, 2026-cı ildə də müəyyən kommunal xidmətlər və məişət xərcləri üzrə qiymətlərin mərhələli şəkildə, əhali üçün ciddi problem yaratmayacaq formada artırılması gözləniləndir", - deyə V. Oruc bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 3045 Tarix: 25 dekabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşZəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 394 Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl
16:46 232 Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu
Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub
10:22 315 İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
05.10.2026 430 10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı
İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind
10:30 177 Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar
"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c
11:43 184 "Altın Çocuk" vəfat etdi
Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse
05.10.2026 326 Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət
Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika
16:20 100 Sahibkarlara yeni güzəşt: 2 min manat geri qaytarılacaq
Nazirlər Kabineti "İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında"
11:36 195