Tural İsmayılov: Ağdam artıq simvol yox, dövlət siyasətinin icra məkanıdır

Tural İsmayılov: Ağdam artıq simvol yox, dövlət siyasətinin icra məkanıdırPrezident İlham Əliyevin Ağdamdan verdiyi mesajlar postmüharibə dövründə Azərbaycanın idarəetmə və təhlükəsizlik yanaşmasının mahiyyətini açıq şəkildə ortaya qoyur. Çıxışın məzmunu sadəcə bəyanat xarakteri daşımır, konkret siyasi və hüquqi çərçivəni müəyyənləşdirir. Ağdam bu kontekstdə simvolik məkan kimi deyil, dövlət siyasətinin birbaşa icra olunduğu real ərazi kimi təqdim edilir.

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

Politoloq qeyd edib ki, mesajların əsas xətti ondan ibarətdir ki, münaqişə mərhələsi tam şəkildə geridə qalıb və bundan sonrakı proseslər hüquqi məsuliyyət və praktiki davranış üzərində qurulmalıdır. Onun sözlərinə görə, Ermənistanla münasibətlərdə irəli sürülən tələblər dəyişməz olaraq qalır və ardıcıllıqla icra edilir.

"Ərazi iddialarından imtina, konstitusion uyğunlaşma və regionda təhlükəsizliyə risk yaradan addımların dayandırılması Bakının mövqeyinin əsas sütunlarıdır. Bu yanaşma diplomatik ritorikadan çox, icra mexanizmlərinə söykənən siyasətdir", - deyə T.İsmayılov vurğulayıb.

Politoloq əlavə edib ki, Ağdamdan verilən mesajlar daxili idarəetmə baxımından da aydın çərçivə formalaşdırır:

"Azad edilmiş ərazilərdə aparılan bərpa işləri mərhələli plan əsasında həyata keçirilir. İnfrastrukturun qurulması, əhalinin mərhələli şəkildə köçürülməsi və təhlükəsizlik tədbirləri bir-birindən ayrı proseslər deyil, vahid dövlət proqramının tərkib hissəsidir. Burada tələsik qərarlar və imitasiya xarakterli addımlar yoxdur".

Onun fikrincə, Prezident İlham Əliyevin Ağdamdan səsləndirdiyi mövqe Azərbaycanın bölgədə təşəbbüsü əlində saxladığını və prosesləri milli maraqlar əsasında yönləndirdiyini göstərir:

"Qəbul olunan qərarlar qısa müddətli effekt üçün deyil, uzunmüddətli sabitliyin təmin olunması üçün hesablanıb".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 543   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Azərbaycan Prezidenti İlham Əliyev 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına müraciət ünvanlayıb. "Qafqazinfo" xəbər verir ki, müraciətdə deyilir:. "Zati-aliləri,. Xanımlar və cənablar,. Qlobal ictimaiyyəti birbaşa iqlim böhranı ilə mübarizənin ön sıralarına gətirən bu unika

16:20 82
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

12:39 170
.

Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir

Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft

10:36 172
.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 303
.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 307
.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 335
.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 157
.

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə

Bakı Ankaraya mesaj göndərir? Əsl gərginlik başqa yerdə. Əliyevin "heç kimin himayəsinə ehtiyacımız yoxdur" sözləri Ankarada müzakirə edilərkən, Türkiyə-Azərbaycan xəttində əsas sınağın harada yaşanacağı sualı böyüyür. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə siyas

12:42 227
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

14:19 136
.