Müasir fizikada ciddi problem aşkarlandı: Kainat asimmetrik ola bilər

Müasir fizikada ciddi problem aşkarlandı: Kainat asimmetrik ola bilərKainatın forması və quruluşu qəbul edildiyindən qat-qat daha mürəkkəb ola bilər.

Qaynarinfo xəbər verir ki, beynəlxalq alimlər qrupu bu qənaətə gəlib. Tədqiqat müəllifləri göstəriblər ki, "kosmik dipol anomaliyası" adlanan fenomen müasir kosmologiyanın əsas sütunlarından birini - kainatın bütün istiqamətlərdə eyni olması təsəvvürünü şübhə altına alır.

Müasir standart kosmoloji model (ΛCDM) kainatın orta hesabla homogen və izotrop olduğunu, yəni müşahidə istiqamətindən asılı olmayaraq eyni göründüyünü qəbul edir. Bu fərziyyə Böyük partlayışın "əks-sədası" hesab olunan relikt mikrodalğalı şüalanma məlumatlarına əsaslanır və həmin şüalanma doğrudan da səmanın demək olar ki, hər yerində eynidir.

Lakin bu şüalanmada nəzərəçarpacaq asimmetriya - dipol aşkar edilib: səmanın bir tərəfi bir qədər "isti", əks tərəfi isə "soyuqdur". Bu xüsusiyyət təkbaşına Günəş sisteminin hərəkəti ilə izah olunur və nəzəriyyəyə zidd sayılmır. Problem o zaman yaranır ki, analoji dipol kainatda maddənin - qalaktikaların və kvazarların paylanmasında axtarılır.

Hələ 1980-ci illərdə astronomlar bir test təklif etmişdilər: əgər standart model doğrudursa, maddənin paylanmasındakı dipol relikt şüalanmanın dipolu ilə üst-üstə düşməlidir. Lakin müasir məlumatlar bunun belə olmadığını göstərir: istiqamətlər uyğun gəlir, lakin qiymətlərin böyüklüyü fərqlənir.

"Biz aşkar etdik ki, kainat Ellis-Bolduin adlanan testi keçmir. Maddə dipolu relikt şüalanmanın dipoluna uyğun gəlmir", deyə tədqiqat müəllifləri bildiriblər.

Onların sözlərinə görə, bu uyğunsuzluq həm yerüstü radioteleskoplardan, həm də kosmosdan infraqırmızı diapazonda aparılan müşahidələrdən əldə olunan müxtəlif məlumat dəstləri ilə təsdiqlənir ki, bu da sistematik səhv ehtimalını azaldır.

Daha çox tanınan "Habl gərginliyi"ndən fərqli olaraq - hansı ki, kainatın genişlənmə sürətinin müxtəlif qiymətləndirilmələri ilə bağlıdır - kosmik dipol anomaliyası kosmoloji modelin öz təməlinə toxunur.

"Təəssüf ki, bu problemi sadə düzəlişlərlə aradan qaldırmaq mümkün deyil. Bu, kainatın standart təsvirindən imtina edilməsini və əsas fərziyyələrin yenidən nəzərdən keçirilməsini tələb edə bilər", deyə alimlər vurğulayıblar.

Yaxın illərdə yeni nəsil missiyalar və teleskoplardan böyük həcmdə yeni məlumatların əldə olunacağı gözlənilir. Alimlər istisna etmirlər ki, yeni kosmoloji modelin axtarışında maşın öyrənməsi metodları mühüm rol oynaya bilər.

Əgər bu nəticələr təsdiqlənsə, kainatın quruluşu və təkamülü ilə bağlı təsəvvürlərimizin köklü şəkildə yenidən baxılmasına gətirib çıxara bilər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 621   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 289
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 164
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 141
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 174
.

Həmin məlumatı verənləri pul mükafatı gözləyir

Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy

15:14 200
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 180
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 161
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 319
.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 333
.