Yeni il hədiyyə qutularının ŞOK TƏHLÜKƏSİ - Valideynlərə XƏBƏRDARLIQ!

Yeni il hədiyyə qutularının ŞOK TƏHLÜKƏSİ - Valideynlərə XƏBƏRDARLIQ!Bayram günləri uşaqlar üçün sevinc, rəngarəng hədiyyələr və bol şirniyyat deməkdir. Yeni il ərəfəsində mağazaların vitrinlərini bəzəyən iri, cəlbedici qutular valideynlər üçün də asan seçim təsiri bağışlayır. Bir qutuda həm oyuncaq, həm də şirniyyatın olması ilk baxışdan ideal hədiyyə kimi görünür. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu cür hazır Yeni il hədiyyələri bəzən uşaqların sağlamlığı üçün ciddi risklər yarada bilər və valideynlər bayram sevincinin kölgəsində qalan təhlükələri görməyə bilərlər.

Hər il olduğu kimi, bu il də bazarlarda, marketlərdə və rəsmi satış nöqtələrində uşaqlar üçün nəzərdə tutulan Yeni il hədiyyə qutuları satışa çıxarılıb. Qiymətlər isə qutunun ölçüsünə, içindəki məhsulların sayına və markasına görə dəyişir. Lakin problemlər də məhz bu qutuların içindən başlayır. Çünki əksər hallarda valideynlər qutunun içində hansı məhsulların olduğunu, onların istehsal tarixini və saxlanma şəraitini yerindəcə yoxlamaq imkanı əldə etmir. Bu isə bəzi istehsalçı və satıcıların bayram fürsətindən istifadə edərək son istifadə müddətinə az qalmış, bəzən isə vaxtı ötmüş məhsulları satışa çıxarmasına şərait yaradır.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi də dəfələrlə əhaliyə müraciət edərək valideynləri diqqətli olmağa çağırıb. AQTA bildirir ki, Yeni il hədiyyə qutuları yalnız rəsmi satış yerlərindən alınmalı, qutunun üzərindəki tarixlə kifayətlənilməməli, içərisindəki hər bir məhsulun etiket məlumatları ayrıca yoxlanmalıdır. Çünki bəzi hallarda qutunun üzərində göstərilən tarix qablaşdırmaya aid olur, məhsulların real yararlılıq müddətini əks etdirmir. Agentliyin məlumatına görə, estetik baxımdan cəlbedici qutulara bəzən saxlanma şəraitinə uyğun olmayan, keyfiyyəti aşağı düşmüş və ya təhlükəli vəziyyətə gəlmiş qida məhsulları doldurulur.
Yeni il hədiyyə qutularının ŞOK TƏHLÜKƏSİ - Valideynlərə XƏBƏRDARLIQ!Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da bu problemin illərdir davam etdiyini bildirərək valideynlərin xüsusilə diqqətli olmasını tövsiyə edib.

Onun sözlərinə görə, istehlakçının məhsulun istehsal və son istifadə tarixini tələb etmək hüququ var və bu məlumatlar göstərilmirsə, həmin məhsulların geri qaytarılması ən doğru addımdır.

Eyyub Hüseynov qeyd edir ki, bəzi konfet və şokoladların üzərində etiketlər ya ümumiyyətlə olmur, ya da o qədər kiçik ölçüdə yazılır ki, oxumaq çətinləşir. Bu isə xüsusilə uşaqlar üçün risk yaradır.

Mövzu ilə bağlı qida təhlükəsizliyi üzrə mütəxəssis, dietoloq Nigar Sultanova NOCOMMENT.az-a bildirib ki, bayram günlərində uşaqlar üçün əsas təhlükə təkcə vaxtı keçmiş məhsullar deyil, həm də onların tərkibindəki maddələrdir:

"Yeni il hədiyyə qutularında tez-tez rast gəlinən şirniyyatların əksəriyyəti yüksək şəkər, süni boyalar, dadlandırıcılar və trans yağlarla zəngindir.

Bu maddələr uşaqlarda allergik reaksiyalar, mədə-bağırsaq pozuntuları, ürəkbulanma, hətta zəhərlənmə hallarına səbəb ola bilər. Xüsusilə ucuz qiymətə satılan hədiyyə qutularında keyfiyyətsiz şokolad, palma yağı ilə hazırlanmış konfetlər və düzgün saxlanmayan məhsullar üstünlük təşkil edir. İsti və rütubətli şəraitdə saxlanmış şirniyyatlarda mikrobioloji risklər də artır".

Mütəxəssis qeyd edib ki, uşaqların immun sistemi böyüklərlə müqayisədə daha həssasdır:

"Bayram günlərində normadan artıq şirniyyat qəbulu, üstəlik keyfiyyətsiz məhsulların istifadəsi zəhərlənmə, qarın ağrıları və allergik səpgilərlə nəticələnə bilər.

Valideynlər düşünməlidir ki, rəngli qutu uşağın sağlamlığından daha önəmli deyil. Hazır hədiyyə qutuları almaqdansa, uşaqlar üçün ayrıca və nəzarətli şəkildə məhsul seçsinlər, mümkün qədər tanınmış markalara üstünlük versinlər və şirniyyatın miqdarını məhdudlaşdırsınlar. Bayram sevincini qorumağın ən düzgün yolu uşaqları riskə atmadan, keyfiyyətli və təhlükəsiz qidalarla sevindirməkdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 679   Tarix: 26 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin fotosu

Göyçayda qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən və bir müddət sonra Bakıda dünyasını dəyişən 31 yaşlı Səkinə Yusifovanın fotosu yayılıb. BİG.AZ -a istinadən mərhumun fotosunu təqdim edir:. Qeyd edək ki, vəfat edən qadın iki uşaq anası olub

10:22 289
.

Eyni kalorili iki yemək orqanizmə eyni təsir etmir - ARAŞDIRMA

Eyni kaloriyə və oxşar qida tərkibinə malik iki yemək orqanizmdə fərqli metabolik reaksiyalara səbəb ola bilər. BİG.AZ xəbər verir ki, ABŞ-nin Virginia Tech Universitetinin alimləri tərəfindən aparılan və "Nature Metabolism" jurnalında dərc olunan yeni araşdırmada qidanın emal səviyyəsini

12:33 164
.

Türkiyə və Pakistan Yəmənə müdaxilə edə bilərmi? "Məkkə Sazişi"nin ilk sınağı

"Məkkə Sazişi"ni imzalayan Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə mexanizmlərinin praktiki icrasına başlayıblar. Tərəflər müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsi, birgə çəkindirmə imkanlarının artırılması və hərbi imkanların koordinasiyası istiqamətində tədbirlərin görülməs

14:42 141
.

Baş nazirdən Qarabağdakı sahibkarlarla bağlı - Qərar

"İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə maliyyə yardımının ödənilməsi qaydası"nın təsdiq edilməsi haqqında" 2 iyun 2023-c

11:43 174
.

Həmin məlumatı verənləri pul mükafatı gözləyir

Korrupsiya ilə bağlı məlumat verən şəxslərə maddi mükafat veriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan yeni - "Korrupsiy

15:14 200
.

Duracaq və qarajlarla bağlı - Dəyişiklik

"Nəqliyyat vasitələrinin duracaqları və qarajları haqqında nümunəvi Əsasnamə"də dəyişiklik edilib. Axşam.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərar Prezidentin müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə qəbul olunub. Sənədə əsasən, Bakı Nəqliyyat Agentliy

12:23 180
.

Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq

Bu ildən Həcc ziyarətinə gedəcək azərbaycanlı zəvvarlar üçün sağlamlıqla bağlı əlavə tələblər tətbiq olunacaq. Qaynarinfo "Xəzər" TV-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı bu tələbləri ötən ildən tətbiq edir və tələblərə əməl etməyən bəzi Həcc missiyaları cərimələnib. Qafqaz Müsəlmanlar

10:10 161
.

"Altın Çocuk" vəfat etdi

Türkiyə kinosunun əfsanəvi aktyorlarından, "Altın Çocuk" ləqəbi ilə tanınan Göksel Arsoy 90 yaşında vəfat edib. Axşam.az xəbər verir ki, 1950-ci illərdən etibarən türk kinosunun bir sıra məşhur ekran əsərlərində rol alan sənətçi martda ailəsi ilə birlikdə 90 illik yubileyini qeyd etmişdi. Gökse

05.10.2026 319
.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 333
.