Vaxtından əvvəl maaş alanlara mütəxəssislərdən vacib XƏBƏRDARLIQ

Vaxtından əvvəl maaş alanlara mütəxəssislərdən vacib XƏBƏRDARLIQBir çox şirkətlərdə maaşlar ayın əvvəlindən 10-na qədər verilsə də, dekabr ayı bayramlarla əlaqədar olaraq əksər hallarda əməkhaqları 5-10 gün daha tez ödənilir.

Milli.Az xəbər verir ki, məhz bu səbəbdən insanlar dekabr maaşını elə həmin ay tam xərcləməli olduqlarını düşünürlər.

Halbuki, dekabrda alınan maaş əslində yanvar ayının xərcləri üçün nəzərdə tutulur.

Mütəxəssislər tövsiyə edirlər ki, dekabrda tez alınan maaş planlı şəkildə bölünsün. İlk növbədə kommunal ödənişlər, kreditlər kimi yanvar ayında ödəniləcək zəruri xərclər əvvəlcədən müəyyənləşdirilərək kənara ayrılmalıdır. Bu, yanvar ayında maliyyə çətinliyi yaşanmamasına kömək edir.

Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan yığımların bir hissəsini dekabr ayına keçirmək mümkündür. Çünki dekabr bayram ayıdır və ailə ilə restorana getmək, qohumlarla bir araya gəlmək, korporativ tədbirlər, Yeni il alış-verişi kimi əlavə xərclər yaranır. Bu zəruri bayram xərclərinin qarşılanması üçün məhz bu yanaşma daha məqsədəuyğun hesab olunur.

Qeyd olunur ki, dekabr ayında nəzarətsiz xərcləmələr yanvarda əksər insanlar üçün maliyyə durğunluğu yaradır. Çünki bayram dövründə xərclər artır, gəlir isə dəyişməz qalır. Nəticədə yanvar ayı bir çoxları üçün çətin keçir.

Mütəxəssislər bildirirlər ki, maaş tez alındığı halda onu "bu ayın pulu" kimi yox, "yanvarın xərcləri" kimi düşünərək planlamaq vacibdir. Əks halda, yeni ilin ilk ayında ciddi maliyyə problemləri ilə üzləşmək qaçılmaz olur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 769   Tarix: 27 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

YAP-ın VIII Qurultayı: Azərbaycanın yeni inkişaf mərhələsinin siyasi xəritəsi

"Yeni Azərbaycan Partiyasının VII Qurultayı Azərbaycanın ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilən ilk qurultay kimi xüsusi siyasi əhəmiyyət daşıyır. Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində keçirilən qurultayd

10:16 150
.

Husilər Səudiyyə hava limanına zərbə endirdilər

Husilər Səudiyyə Ərəbistanının Asir əyalətində yerləşən Abha Beynəlxalq Hava Limanına yeni zərbə endirdiklərini bildiriblər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Husilərin hərbi sözçüsü Yəhya Səri açıqlamasında bildirib ki, hava limanı ballistik raketlə hədəfə alınıb. Onun sözlərinə görə, rake

14:19 119
.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 328
.

Kirayə mənzillər bu tarixdən UCUZLAŞACAQ

Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin sentyabr ayı üzrə açıqladığı daşınmaz əmlak bazarı indeksinə əsasən, kirayə mənzil bazarında da artım qeydə alınıb. Şəhər mənzillərinin kirayəsində də artım davam edib. Yeni tikili mənzillərdə median kirayə 11.03 manat/m², AQP indeksi 101.

12:03 185
.

Prezident Böyük Britaniyanın nazirini qəbul etdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağl

14:36 122
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 348
.

Birotaqlı mənzillər investisiya üçün niyə daha cəlbedici olur?

"Birotaqlı mənzillərin qiymət artımını yalnız bir səbəblə izah etmək düzgün olmaz. Burada tələb-təklif balansından tutmuş alıcıların maliyyə imkanlarına, investisiya davranışına və şəhər daxilində kiçik sahəli mənzillərə olan ehtiyaca qədər bir neçə amil paralel şəkildə təsir göstərir". Bun

12:39 156
.

10,7 milyon avroluq əməliyyatlar: Anatoli Şariyə qarşı iş açıldı

İspaniyada çirkli pulların yuyulması və fırıldaqçılıqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. " xəbər verir ki, bu barədə "El Diario" nəşri iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Anatoli Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğind

10:30 160
.

Ukrayna qış öncəsi maliyyə böhranı ilə üzləşir

Ukrayna Rusiya Silahlı Qüvvələrinin zərbələri fonunda ciddi maliyyə çatışmazlığı ilə üzləşib. Bu vəziyyət Prezident Volodimir Zelenskini qış ərəfəsində çətin duruma salır. " xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti məlumat yayıb. Nəşr qeyd edib ki, Zelenski bu həft

10:36 163
.