Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?

Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?Plastik cərrah, Səhiyyə Nazirliyinin eksperti Vüqar Ələkbərovla bağlı Baş Prokurorluqda yenidən araşdırma aparılır.

"Qafqazinfo"nun məlumatına görə, Aztimes.az saytının bununla bağlı yaydığı iddiada bildirilir ki, bu ilin aprel ayında plastik cərrah kimi tanınan Vüqar Ələkbərov Bakı şəhərində fəaliyyət göstərən "Universal Hospital"da tanınmış xanım müğənnilərdən birinin üzərində sinə kiçiltmə əməliyyatı aparıb. Mənbənin bildirdiyinə görə, araşdırma yekunlaşana qədər adının açıqlanmasını istəməyən müğənninin əməliyyatdan sonra vəziyyəti gözlənilən kimi olmayıb. Belə ki, əməliyyatdan sonra qadının sinə nahiyəsində nikrozlaşma (çürümə) müşahidə olunub, qısa müddət ərzində sinənin forması dəyişib və estetik baxımdan ciddi deformasiya yaranıb.

İddialara əsasən, yaranan problemin aradan qaldırılması üçün müğənni dəfələrlə Həkimə müraciət edib. Vüqar Ələkbərovun sinəni bərpa edəcəyinə dair vəd verdiyi, lakin bu vədin yerinə yetirilmədiyi bildirilir. Tərəflər arasında konflikt yaranıb və nəticədə xanım müğənni məsələ ilə bağlı Baş Prokurorluğa rəsmi şikayət ünvanlayıb. Hazırda daxil olan məlumata görə, Vüqar Ələkbərov barəsində hüquqi araşdırma aparılır və faktlar müvafiq qurumlar tərəfindən yoxlanılır.

"Qafqazinfo" ittihamlarla bağlı Vüqar Ələkbərovla əlaqə saxlayıb. Həkim saytımıza açıqlamasında barəsində deyilənlərin şər-böhtan olduğunu, yayılan çürüyən bədən görüntülərinin həmin müğənniyə aid olmadığını, internetdən əldə edildiyini deyib.

Əməkdar artistin əməliyyatdan sonra bədəni çürüyür?Eyni zamanda bədənində çürümə getdiyi deyilən ifaçının da kimliyi haqda məlumat əldə etdik. Araşdırmalar davam etdiyindən onun adını açıqlamırıq. 58 yaşlı Əməkdar artist "Qafqazinfo"ya bildirib ki, V.Ələkbərov daha əvvəl də başqa şəxsləri, eləcə də çoxsaylı tanınmışları uğursuz əməliyyat edib. O, məsələ ilə bağlı hələlik adının hallanmasını istəmədiyini təkrarlayıb.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 233   Tarix: 29 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hindistanda 11 milyon ton günəş paneli zibilliyə atıla bilər

Hindistanda günəş paneli tullantıları ilə mübarizə aparmaq üçün lazım olan sənaye miqyaslı potensial mövcud deyil. xəbər verir ki, Interestingengineering.com saytı yazır. Məlumata görə, hökumət subsidiyaları sayəsində təxminən 2.4 milyon hind ailəsi günəş enerjisinə keçib və bu da günəş enerjisinin ölkəni

28.12.2025 232
.

Tramp-Zelenski görüşü Ukrayna üçün uğursuz nəticələndi

ABŞ Prezidenti Donald Tramp ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında keçirilən görüş Zelenski üçün uğursuz nəticələnib. xarici mediaya istinadən xəbər verir ki, dünənki danışıqların əsas nəticəsi Ukrayna hakimiyyəti və Avropanın Trampı Zelenskinin 20 maddəlik planını yeni sülh təklifi kimi qəbu

11:04 134
.

"İşləmək istəmirəm" - Səidə Haqverdiyeva

Azərbaycan Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadə ilə boşanmasıyla gündəmə gələn rejissor Səidə Haqverdiyeva sosial şəbəkədəki paylaşımı ilə diqqəy çəkib. OLAY yazır ki, o açıqlamasında bunları yazıb:. "Əziz dostlarım, yaxınlarım və həyatda bir dəfə də olsun qarşılaşmadığım virtual dostla

11:18 161
.

FHN-dən əhaliyə XƏBƏRDARLIQ: Təhlükə zamanı zəng edin!

Hazırda müşahidə edilən hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Hazırda ölkə ərazisində, xüsusilə dağlıq rayonlarda soyuq və şaxtalı hava şəraiti müşahidə olunur. Qeyd olunan hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliy

28.12.2025 203
.

Türkiyədə bir həftədə 354,5 kq narkotik maddə aşkarlanıb, 768 nəfər saxlanılıb

Türkiyədə 1 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində 354,5 kq narkotik maddə, 647 min 798 narkotik həb ələ keçirilib və 768 şübhəli saxlanılıb. "Report" xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya "X" hesabında bildirib. Onun sözlərinə görə, əməliyyatla

28.12.2025 230
.

Latviya Rusiya və Belarus sərhədləri boyunca gecə uçuşları qadağasını bir daha uzadıb

Latviyanın aviasiya orqanlarının rəhbərliyi Rusiya və Belarus sərhədləri boyunca bütün növ təyyarələr üçün axşam və gecə uçuşlarına qoyulan qadağanı bir daha uzadıb. "Report"un məlumatına görə, bu barədə "Riqa" Uçuş Məlumat Bölgəsinin dispetçer xidməti xəbər verib. "Rusiya v

28.12.2025 238
.

"Qadını insan olaraq saymadıqları üçün serialda da o cür təqdim edirlər" - KİNOREJİSSOR AYGÜN ASLANLI

Axşam saatlarında televiziya qarşısında oturan tamaşaçı fərqinə varmadan eyni mənzərəni təkrar-təkrar izləyir: ağlayan qadın, alçaldılan qadın, aldadılan və susmağa məcbur edilən qadın. Azərbaycan seriallərində qadın obrazı illərdir dəyişmir - o, dözür, bağışlayır, əziyyət çəkir və sonda yenə susur

12:16 138
.

İsveçdə tüğyan edən qasırğa nəticəsində iki nəfər ölüb

İsveçdə tüğyan edən "Yohannes" qasırğası nəticəsində iki nəfər həlak olub, 40 mindən çox təsərrüfat işıqsız qalıb, minlərlə aşmış ağac isə yolları bağlayıb. "Report" xəbər verir ki, bu barədə "Dagens Nyheter" qəzeti məlumat yayıb. Ölkənin böyük hissəsində güclü küləklə

28.12.2025 225
.

Bu şəxslərin işdən 1 saat tez çıxması təklif olunur

"Tıxac probleminin həlli ilə bağlı daha yeni istiqamətlər mütləq düşünülməliyik. Bəzi ölkələrdə iş saatları səhər 7-də başlayır və 16:00-da başa çatır. Elə müəssisələr var ki, onların bazar günü iş rejiminə keçməsi mümkün ola bilər. Məsələn, banklar və başqa sektorlar iş günü çalışmaya bilərlər"

28.12.2025 330
.

TOP MP3