"Vəkil" Səbiyyə Panəliyeva Şirvan sakinini yenidən aldatdı? -Video

"Vəkil" Səbiyyə Panəliyeva Şirvan sakinini yenidən aldatdı? -VideoŞirvan şəhəri sakini Əsədullayev Nicat redaksiyamıza müraciət edərək "vəkil" adı altında fəaliyyət göstərən Səbiyyə Panəliyeva onu aldadaraq ümumilikdə 1980 manat məbləğində pulunu mənimsədiyini bildirib. Vətəndaşın sözlərinə görə, həmin şəxs heç bir hüquqi statusu və vəkillik vəsiqəsi olmadan onu inandıraraq xidmət vədi verib və ödəniş alıb.

"Vəkil" Səbiyyə Panəliyeva Şirvan sakinini yenidən aldatdı? -VideoNicat Əsədullayev qeyd edir ki, ödədiyi məbləğin bir qismini geri ala bilsə də, hazırda 595 manat hələ də geri qaytarılmayıb. Daha acınacaqlısı odur ki, o, pulu tələb etdikdə qarşı tərəf təhqirə, hədə-qorxuya və şantaja əl atıb:

"Əvvəlcə vəkil kimi təqdim etdi özünü. Mən də inandım, dediyi məbləği ödədim. Amma heç bir iş görmədi. İndi də pulu tələb etdiyim üçün məni təhqir edir, ailəmi narahat edir, psixoloji təzyiq göstərir."

Zərərçəkmiş bu şəxsin fəaliyyətinin hüquqi məsuliyyət doğurduğunu bildirib və məsələnin ictimailəşdirilərək aidiyyəti qurumlar tərəfindən araşdırılmasını tələb edir.

Bu cür hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət məsuliyyəti yarada bilər.

Media orqanı olaraq qarşı tərəfi də mövqeyini açıqlamağa dəvət edirik. Əgər iddialar təsdiqlənərsə, hüquq-mühafizə orqanlarının dərhal müdaxilə etməsi və digər vətəndaşların da aldadılmasının qarşısının alınması vacibdir.

Bu cür dələduz hallarla qarşılaşdıqda hüquq-mühafizə orqanlarına və KİV-ə məlumat verməkdən çəkinməyin.

Qeyd edək ki, Səbiyyə Panəliyeva haqqında əvvəldə xəbər verilmişdir.

Mənbə: Xalq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 818   Tarix: 28 dekabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Niyə soyuducunuza çoxlu maqnit asmamalısınız?

Soyuducunun üzərinə yapışdırılan maqnitlər uzun illərdir mətbəxin ayrılmaz hissəsinə çevrilib. Kimisi onları səyahətlərdən xatirə kimi gətirir, kimisi isə qeydləri, alış-veriş siyahısını və ya uşaqların rəsmlərini bərkitmək üçün istifadə edir. Lakin mütəxəssislər bildirirlər ki, həddindən artıq çox maqni

08.07.2026 164
.

NATO 2026-cı ildə Ukraynaya 70 milyard avro ayıracağını bəyan edib

NATO bu il Ukraynaya 70 milyard avro ayıracaq. APA-nın Ankaraya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə NATO-nun 36-cı Sammitinin yekunlarına dair "Ankara Bəyannaməsi"ndə qeyd olunub. NATO liderləri Ukraynaya dəstəyin davam etdiriləcəyini vurğulayaraq, 2026-cı ildə hərbi texnika, yardı

08.07.2026 85
.

Kosmosda qədim Kainata açılan "pəncərə" aşkarlandı

Beynəlxalq astronomlar qrupu ən qədim kvazarlar arasından 31-ni aşkar edib və onlardan ikisi dərhal yeni rekord müəyyən edib: onlar Kainatın cəmi 670 milyon yaşı olanda işıq saçmağa başlayıblar. Bu, onları Kainatın öz müasir görkəmini almağa başladığı dövrün ən parlaq obyektlərinə çevirib, tədqiqat is

08.07.2026 1
.

Rəhman Rəhmanov: "Heyif ki, aramızdan çox tez ayrıldı"

Əməkdar artist Rəhman Rəhmanov mərhum həmkarı, "Ələkbər əmi" obrazı ilə tamaşaçıların yaddaşında qalan Əməkdar artist Ələkbər Hüseynovu ehtiramla xatırlayıb. O, Qaynarinfo-ya açıqlamasında Ələkbər Hüseynovun vaxtsız vəfatından təəssüfləndiyini bildirib:. "Heyif ki, belə bir aktyor aramızda

08.07.2026 2
.

Xameneidən sonra İranda hakimiyyət uğrunda görünməyən mübarizə

"ABŞ və İsrailin hava zərbələri nəticəsində həlak olduğu bildirilən İranın keçmiş ali dini lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimləri davam edir. Mərasimlərin İrandan sonra İraqda da keçirilməsi diqqət çəkən məqamlardan biridir. Məlumata görə, nəşi Nəcəf şəhərinə aparılıb və şiə müsəlmanlar

08.07.2026 257
.

Tramp Zelenski ilə görüşdü

ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb. xəbər verir ki, onlar Ankarada NATO Sammiti çərçivəsində görüşüblər. "Biz Zelenskiylə yaxşı münasibətlər qurmuşuq. Oval Ofisdən bu günə qədər", - Tramp bildirib

08.07.2026 87
.

Keyfiyyətli kofeni necə tanımaq olar?

Səhər oyanan kimi, iş arasında və ya dostlarla söhbət zamanı bir fincan qəhvə bir çox insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Ancaq mağaza rəflərində onlarla fərqli marka, növ və qiymətdə qəhvə olduğu üçün keyfiyyətli məhsulu seçmək hər zaman asan olmur. Bəzən cəlbedici qablaşdırma v

08.07.2026 219
.

Sabah 35 dərəcə isti olacaq

Azərbaycanda iyulun 9-da 35 dərəcə isti olacaq. BİG.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

08.07.2026 227
.

Alimlər xəbərdarlıq edir: 50 il ərzində bu 10 şəhər səhraya çevrilə bilər

İqlim dəyişikliyi əsrin sonunadək ABŞ-ın təbii xəritəsini əhəmiyyətli dərəcədə dəyişə bilər. Qaynarinfo xəbər verir ki, "PeerJ" jurnalında dərc olunan yeni araşdırmaya görə, istixana qazlarının yüksək emissiyası ssenarisi reallaşarsa, ABŞ-ın onlarla şəhəri səhra biomunun əhatə dairəsinə düş

08.07.2026 1
.

TOP MP3