Kim Çen In hərbi fabrikə baş çəkib və silah istehsalına baxış keçirib
Şimali Koreya lideri Kim Çen In aparıcı hərbi obyektə baş çəkib və burada taktiki idarəolunan silahların istehsalını yoxlayıb.
"Report" xəbər verir ki, bu barədə KCNA xəbər agentliyi məlumat yayıb.
Kim Çen In ilk növbədə texniki cəhətdən yenilənmiş istehsal sahələrinə baxış keçirib. O, bütövlükdə 2026-cı il üçün hərbi-sənaye müəssisələrinin tikintisi, yenidən qurulması və modernləşdirilməsi planlarına yenidən baxılmasını, onların öz iradlarına uyğun düzəlişlər edilməsini əmr edib.
KXDR-in dövlət məsələləri üzrə sədri yerli istehsal olan taktiki idarəolunan silah sistemlərinin gücünü və effektivliyini yüksək qiymətləndirib ki, bu da öz xüsusiyyətləri sayəsində gələcəkdə hətta çoxsaylı buraxılış raket sistemlərini əvəz edə bilər.
O qeyd edib ki, orduya cari ilin birinci yarısından başlayaraq bu cür sistemlərin müntəzəm çatdırılmasına başlamaq lazımdır. Buna görə də Koreya Xalq Ordusunun bütün bölmələrinin bu silahlara olan tələbatını ödəmək üçün istehsal gücü təxminən 2,5 dəfə artırılmalıdır.
Kim Çen In, həmçinin məhsulun keyfiyyətinin yüksəldilməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Şimali Koreya lideri bütün zavod işçilərinin texniki yeniliklər və istehsal uğurları vasitəsilə partiyanın müdafiə sənayesi siyasətini dəstəkləyəcəklərinə əminliyini ifadə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 462 Tarix: 04 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAğdamda yanğın başladı - Foto
Ağdamın işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, yanğın kənd ərazisindəki açıq sahədə qeydə alınıb. Alov qısa müddətdə geniş əraziyə yayılıb. Hadisə ilə əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Hazırd
15:20 167 16 yaşlı Vüsalın da meyiti tapıldı
İyulun 6-sı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan şəxsin meyiti tapılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun meyiti batdığı yerdən təxminə
10:42 212 Əfsanəvi canavarın sirri açılır? DNT nəticələri müzakirə yaradır
Amerikalı ovçu Çarlz Stüart əfsanəvi "Biqfut" (Bigfoot) hesab etdiyi məxluqun qalıqlarını tapdığını iddia edib. O bildirib ki, qalıqlar DNT analizinin aparılması üçün laboratoriyaya göndərilib. xəbər verir ki, bu barədə New York Post qəzeti məlumat yayıb. Stüartın sözlərinə görə, o, sözügedə
11:34 228 Avropa Birliyi aviasiya agentliyi 31 avqusta qədər İran və İraq hava məkanından istifadə etməməyi tövsiyə edib
Avropa Birliyi Aviasiya Təhlükəsizliyi Agentliyi çərşənbə günü bildirib ki, davam edən gərginlik və gələcək hərbi əməliyyatlar potensialı fonunda aviaşirkətlər İran və İraqın hava məkanında fəaliyyət göstərməməlidir. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, EASA İran və İraqın hava məkanlar
14:13 167 ABŞ İrana qarşı əməliyyat keçirdi: CENTCOM səbəbi açıqladı
ABŞ Hörmüz boğazında ticarət gəmilərinə edilən hücumlardan sonra İrana qarşı irimiqyaslı hərbi zərbələr endirib. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) sosial media platforması X-də məlumat yayıb. Bəyanatda bildirilib:. "ABŞ-ın zərbələri İranın Hörmüz boğazından keçə
10:48 158 Qeyri-neft sektoru Azərbaycan iqtisadiyyatını təkbaşına daşıya bilərmi? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycan iqtisadiyyatında son illərdə qeyri-neft sektorunun inkişafı prioritet istiqamətlərdən biri kimi təqdim olunsa da, neft və qaz gəlirləri hələ də dövlət büdcəsinin və ixracın əsas hissəsini təşkil edir. Kənd təsərrüfatı, turizm, sənaye, informasiya texnologiyaları və digər sahələrdə artım müşahid
15:24 166 Qızıl və gümüşün dəyəri belə dəyişdi
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,59% azalaraq 4 142,8 ABŞ dollarına bərabər olub. COMEX-d
07.07.2026 272 Ad və soyadını dəyişənlərin sayı açıqlandı
Azərbaycanda ad, soyad və ya ata adını dəyişənlərin sayı ilə bağlı son statistika məlum olub. Ədliyyə Nazirliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildən bu günədək ümumilikdə 9095 nəfər adını, soyadını və ya ata adını dəyişdirib. Məlumata görə, bu say 2023-cü ildə 2492
10:48 186 Bəhreyndə yenidən sirena səsləri eşidilir
Bəhreyn Daxili İşlər Nazirliyi X-də bildirib ki, çərşənbə günü ikinci dəfə siren səsləri eşidilib. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, bu, İranın Bəhreyn və Küveytdəki ABŞ-ın əsas hərbi obyektlərinə hücumlar başlatdığını bildirməsindən sonra baş verib. ABŞ-ın Beşinci Donanmasının qərargahı Bəhreynd
11:04 186