Prezident İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edib.
BiG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, nümayəndə heyətinə ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin üzvü, Oklahomadan respublikaçı senator Markveyn Mallin, Nümayəndələr Palatasının üzvü və həmin qurumun Gəlirlər Komitəsinin sədri, Missuridən respublikaçı Ceyson Smit, Nümayəndələr Palatasının və həmin qurumun Silahlı Qüvvələr Komitəsinin üzvü, Texasdan respublikaçı Ronni Cekson, Nümayəndələr Palatasının və həmin qurumun Gəlirlər Komitəsinin üzvü, Kaliforniyadan demokrat Cimmi Panetta daxildir.
Qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirən qonaqlar Bakıda gördükləri inkişaf proseslərinin onlarda dərin təəssürat hissi yaratdıqlarını dedilər.
Qonaqlar ötən ilin avqustunda Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı Vaşinqtonda əldə edilmiş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdılar.
Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.
Əldə olunmuş razılaşmaların tarixi əhəmiyyət daşıdığını deyən dövlətimizin başçısı bu məsələdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğuladı. Azərbaycan Prezidenti regional sülh gündəliyinin irəli aparılması üçün ölkəmizin bundan sonra da səylərini davam etdirəcəyini bildirdi. Dövlətimizin başçısı artıq Azərbaycanla Ermənistan arasında ticarət münasibətlərinin yaradıldığını deyərək, bu xüsusda Azərbaycanın neft məhsullarının Ermənistana ixrac edildiyini, həmçinin Qazaxıstan və Rusiyadan buğdanın Azərbaycan ərazisindən keçməklə Ermənistana ixracının həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev TRİPP dəhlizinin regional nəqliyyat bağlantıları baxımından yeni imkanlar yaradacağına ümidvarlığını bildirdi.
Dövlətimizin başçısı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını dedi. Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğuladı.
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, siyasi, iqtisadi, enerji, müdafiə və müdafiə sənayesi, təhsil, informasiya texnologiyaları, süni intellekt və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.




BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 576 Tarix: 04 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild
05.10.2026 269 Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?
Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən
05.10.2026 262 Azərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri
05.10.2026 237 Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri
Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu
05.10.2026 228 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
05.10.2026 249 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
05.10.2026 255 Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir
Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın
05.10.2026 217 İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb
05.10.2026 293 Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı
Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay
05.10.2026 261