Molla rejiminin propaqanda ruporu "Səhər" kanalı yenə zəhər saçır
Xəbər verdiyimiz kimi, İranda molla rejiminə qarşı etiraz aksiyaları davam edir. Artıq 11-ci gündür ki, paytaxt Tehran da daxil olmaqla İranın bütün şəhərlərini etiraz dalğası bürüyüb. Molla rejiminin repressiyalarından, cəhalət və səfalətdən tənə gələn xalq küçələrə axışaraq azadlıq tələb edir. Düzdür, bu tələb xalqa baha başa gəlir. Kütləvi etirazları qəbul etmək istəməyən molla rejimi onlara qarşı çox amansız davranır. Aksiyalar başlayandan bu günə qədər 30-dan çox etirazçı rejim tərəfindən öldürülüb, minlərlə insan həbs olunub. Lakin bütün bunlar xalqın azadlıq tələbini boğa bilmir və etirazların əhatə dairəsi hər gün genişlənir.
İranda baş verən etirazlar və bu etirazlara qarşı olan zorakılıqlar ölkənin heç bir media qurumunda, televiziyasında yayımlanmır. Dünya ictimaiyyəti İranda baş verənləri yalnız sosial şəbəkələrdən izləyir.
"Səhər" kanalı susur...
Azərbaycanda ötən illərdə baş tutmayan aksiya cəhdlərini "İnqilab Dalğası" kimi təqdim edən "Səhər" kanalı 11 gündür ölkəsinin bütün şəhərlərini bürüyən kütləvi etirazları niyə işıqlandırmır?
Azərbaycanda bir nəfərin burnu qanayan kimi onu xüsusi buraxılışla efirə verən "Səhər" televiziyası molla rejimi tərəfindən öldürülən etirazçılardan niyə danışmır?
Azərbaycanda təxribat törətdikləri üçün həbs edilən "ruhanilər"ə azadlıq tələb edən "Səhər" kanalı İranda günahsız yerə həbs olunan minlərlə insanın taleyi ilə niyə maraqlanmır?
Çünki bu kanal molla rejiminin propaqanda ruporudur!
Bəli, SEPAH tərəfindən idarə olunan "Səhər" kanalını daha yaxından tanıyaq...
İranın fars-molla rejimi guya əsarətində saxladığı cənublu soydaşlarımızı "düşünərək" Azərbaycan dilində dövlət kanalı təsis ediblər. Lakin bu kanal Azərbaycan dövlətinin əleyhinə təbliğat aparmaq, beyinləri zəhərləməklə məşğuldur. Hətta cənublu soydaşlarımız öz aralarında "Səhər" televiziyasını "Zəhər televiziyası" da adlandırırlar. Çünki bu telekanal Azərbaycan dövlətini, xalqını və dövlətçiliyini tamamilə sistemli şəkildə hədəf alıb. Bu telekanalın yaradılmasının əsas məqsədi məhz bundan ibarətdir.
Cənubi Azərbaycanın əhalisinin 95 faizi Azərbaycan türklərindən ibarətdir. Baxmayaraq ki, İranda 30 milyondan çox azərbaycanlı yaşayır, ancaq bu ölkədə fəaliyyət göstərən hər hansı televiziyanın efirində Azərbaycan dilində yayımlanan bir veriliş belə yoxdur. SEPAH tərəfindən idarə olunan "Səhər" telekanalının efirində isə Azərbaycan dövlətinin və dövlətçiliyinin əleyhinə yönələn Azərbaycan dilində verilişlər yayımlanır.
Fars-molla rejimi bunları görə-görə susursa, heç bir tədbir görmürsə, demək ki, Azərbaycana qarşı aparılan propaqandanın ruporu elə o özüdür! / Lent.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 685 Tarix: 07 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib
Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat
05.10.2026 307 "Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd
05.10.2026 163 Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı
Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay
05.10.2026 202 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
05.10.2026 252 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi
Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca
05.10.2026 202 Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
05.10.2026 274 "İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his
05.10.2026 316 Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
05.10.2026 171 "Belə kişidən boşanmaq lazımdır"
Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
05.10.2026 253