Azərbaycanda yayılan xəstəlik hansı virusdur? - İNFEKSİONİSTDƏN AÇIQLAMA

Azərbaycanda yayılan xəstəlik hansı virusdur? - İNFEKSİONİSTDƏN AÇIQLAMASon həftələr Azərbaycanda əhali arasında kəskin şəkildə yayılan yoluxucu xəstəliklər ciddi narahatlıq yaradıb. Vətəndaşlar yüksək hərarət, güclü halsızlıq, əzələ və baş ağrıları, boğazda yanma, uzunmüddətli öskürək, bəzi hallarda isə nəfəs darlığı və ağciyər ağırlaşmalarından şikayətlənirlər. Sosial şəbəkələrdə bu vəziyyət bəzən "yeni virus", bəzən isə "adi soyuqdəymədən fərqli ağır qrip" kimi təqdim olunur. Aparılan tibbi müşahidələr və yoluxma dinamikası göstərir ki, ölkədə yayılmaqda olan xəstəliklərin əsas səbəbi mövsümi influenza - qrip virusudur. Xüsusilə influenza A tipli virusun A(H1N1) və A(H3N2) ştammları aktiv dövriyyədədir.

Bu ştammlar sürətli yayılma xüsusiyyəti ilə seçilir və əksər hallarda xəstəliyin daha ağır keçməsinə səbəb olur. Virus əsasən hava-damcı yolu ilə yayılır. Məktəblər, uşaq bağçaları, ictimai nəqliyyat, iri ticarət mərkəzləri və qapalı iş mühitləri yoluxma riskinin yüksək olduğu əsas məkanlar hesab olunur. Qısa inkubasiya dövrü səbəbindən eyni ailədə və ya kollektivdə bir neçə nəfərin qısa müddətdə eyni simptomlarla xəstələnməsi geniş yayılmış haldır. Araşdırmalar göstərir ki, influenza A ilə yanaşı, B tipli qrip virusuna da rast gəlinir, lakin ümumi yoluxmaların böyük hissəsi A tipinin payına düşür. Bununla yanaşı, xüsusilə uşaqlar arasında respirator sinsisial virus (RSV) infeksiyası da qeydə alınır. Bu virus bəzi hallarda yüksək hərarət və tənəffüs yollarında ağırlaşmalarla müşayiət oluna bilir.

Hazırkı mərhələdə Azərbaycanda əvvəllər qeydə alınmayan və ya yeni virusun yayılması ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur. Sosial mediada dolaşan "yeni virus" iddiaları əsasən mövsümi qripin ağır simptomlarla keçməsi fonunda yaranan çaşqınlıqla əlaqələndirilir. Klinik əlamətlər və xəstələrin ümumi mənzərəsi mövsümi respirator infeksiyalara uyğun gəlir. Yayılan virusun əsas simptomları sırasında 38-40 dərəcəyədək yüksələn hərarət, güclü halsızlıq, əzələ və oynaq ağrıları, quru və davamlı öskürək, boğaz ağrısı, iştahasızlıq və ümumi zəiflik yer alır. Bəzi hallarda xəstəlik pnevmoniya ilə ağırlaşa bilər. Xüsusilə uşaqlar, yaşlılar, xroniki xəstəlikləri olan və immun sistemi zəif şəxslər risk qrupuna daxildir. Mövcud vəziyyət göstərir ki, hazırda ölkədə müşahidə olunan yoluxmalar əsasən influenza A qrip virusunun A(H1N1) və A(H3N2) ştammları ilə bağlıdır. Bu, mövsümi xarakter daşısa da, geniş yayılması və ağır keçmə ehtimalı səbəbindən diqqətli yanaşma tələb edən bir epidemioloji durumdur.
Azərbaycanda yayılan xəstəlik hansı virusdur? - İNFEKSİONİSTDƏN AÇIQLAMAMövzu ilə bağlı infeksionist Adil Qeybulla BiG.AZ-a açıqlamasında bildirdi ki, hal-hazırda Respublikada epidemioloji vəziyyət xeyli qarışıqdır. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, COVİD pandemiyası bitsədə hələlik SARS 2 virusunun ommikron ştampının mutasiyaları davam edir: "Bundan başqa resperator sinsitial virus, qrip virusu, paloqrip, meto pnevma virus ölkəmizdə var. Ən çox yayılan A qripi virusudur. Hər fəsildə Noyabr ayından başlayaraq qrip yeni bir mutasiyon formada peyda olur. Bu mutasiya edən virusdur. Bilirik ki, bizi Ümumdünya Səhiyyə Təşkilatı xəbərdar etmişdi ki, nə vaxtsa qripin dəhşətli pandemiyası dünyada gözlənilir.

Məsələn, İspan qripi tipində. Yəni hər dəfə xassəsini dəyişir. Hal-hazırda qrip nisbətən ağır keçir. Yəni söhbət ondan gedir ki, biz bütün yuxarı tənəffüs yollarının xəstəlikləri, soyuqdəymə xəstəlikləri, resperator xəstəliklərini adətən qrip adlandırırıq. Əlamətlər bir-birinə uyğundur. Boğazağırısı, başağırısı, burun tutulması, asqırma, öskürmə, halsızlıq, zəiflik bütün bunlar yuxarı tənəffüs yollarının infeksiyalarına xasdır. Ümumiyyətlə insanlar koronavirus pandemiyası dönəmindən karantin qaydalarına riayət etmədilər. Maska taxmaq qaydasına xüsusi ilə qapalı məkanlarda, məktəblərdə əməl olunmur.

Məktəblərdə uşaqlar bir-birini yoluxdurur. Uşaqlar arasında yoluxma daha çoxdur. Evdə əllərin gigiyenasına fikir verilmir. Təbiiki virus çox asanlıqla nəfəs yolları ilə, əlaqə ilə bir nəfərdən digərinə keçir. Mən hesab edirəm ki, bu dəqiqə Azərbaycanda çatışmayan iki məsələ var. Birinci məsələ insanların maarifləndirilməsidir televiziya kanallarında. Bu çox vacibdir ki, insanlar bu situasiyada nə etməlidirlər. İkinci məsələ isə bu işin düzgün təşkili məsələsidir ki, hansısa tədbirlər görülə bilsin. Birinci mənim tövsiyyəm ondan ibaətdir ki, insanlar qapalı mühitdə maska taxmalıdırlar. Xəstə insanla məsafəli dayanmalıdırlar. Əllərini tez-tez yumalıdırlar. Xəstələndikləri təqdirdə, yataq rejimində olmalıdırlar. Bol maye qəbul etməlidirlər. Ağrıkəsici və iltihab əlehinə vasitə kimi ancaq Parasetamoldan istifadə etmək olar.

Qalan şeylər həkim məsləhəti ilə olmalıdır. Özbaşına antibiotik və başqa dərmanlardan istifadə etmək qadağandır. Onlardan nəyinki müalicə, əksinə dahada ağırlaşmalar olur. Ona görədə mənim əsas tövsiyyəm insanlara ondan ibarətdir ki, rejimə riayət etsinlər. Hamınında bir devizi olmalıdır. Hər kəs özünü virusa yoluxmaqdan qorumalıdır və başqalarını yoluxdurmamalıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 923   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

"Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd

05.10.2026 163
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 202
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

05.10.2026 274
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 316
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.