Azadlığa çıxan müğənni Dəniz Əsədova yenidən hakim qarşısında

Azadlığa çıxan müğənni Dəniz Əsədova yenidən hakim qarşısındaSaxta əlillik sənədi düzəltməkdə ittiham olunan müğənni Dəniz Əsədovanın cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası yanvarın 22-nə təyin edilib.

Dəniz Əsədova barəsində həbs olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4, 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4, 313-cü (vəzifə saxtakarlığına təhrik etmə) maddələri ilə ittiham verilib.

Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

İş üzrə dövlətə 1.6 milyon manat ziyan vurulub.

Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

O, vəkil Asim Abbasovu təhqir və böhtan atdığı səbəbindən Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 7 ay azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.

Dəniz Əsədova Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilən Amnistiya aktı çərçivəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmənin 4 saylı (qadınlar üçün nəzərdə tutulan) cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb./Oxu.Az


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

"Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd

05.10.2026 163
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 202
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

05.10.2026 274
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 316
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.