Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardı

Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardıGömrük əməkdaşının iştirakı ilə törədilmiş daha bir qaçaqmalçılıq cinayəti üzrə məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, bu dəfə üç nəfər-baş gömrük inspektoru Tural Nəsibov, Cavid Babayev və Tehran Ramazanov mühakimə edilib. Onlardan yalnız sonuncu azadlıqda olub.

İstintaqla müəyyən olub ki, Cavid Babayev Tural Nəsibovun doğma dayısıdır. Cinayət planı da əvvəlcə dayı ilə bacıoğlu arasında qurulub.

Tural dayısını inandırıb ki, Rusiyadan ölkəyə dərman vasitələri, aksizsiz siqaretlər və digər mallar gətirməklə yaxşı qazanc əldə etmək mümkündür. O, dayısını gömrük orqanında işlədiyini əsas gətirərək malların ölkəyə keçirilməsində heç bir problem yaranmayacağına inandırıb.

Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardıBu işdə qohumlara yük maşını sürücüsü Tehran Ramazanov da kömək edib. Onlar arasında razılaşma Bakıda restoranların birində əldə olunub. Razılaşmaya əsasən, xaricdə dərman və digər malların alınmasını Cavid, onların yük avtomobili ilə sərhəddən keçirilməsini Tehran, gömrükdən maneəsiz buraxılmasını isə Tural Nəsibov təşkil etməli imiş.

Planlaşdırıldığı kimi 2024-cü ilin yayında şimal istiqamətindən yük avtomobili ilə gətirilən mallar gömrük orqanlarına bəyan edilmədən ölkəyə keçirilib. Lakin maşın rentgen yoxlamasına yönləndirilərkən cinayət planı ifşa olunub. Həmin vaxt Tural Nəsibov maşının rentgen yoxlamasının gecikdirilməsi və ya ümumiyyətlə, keçirilməməsi üçün gömrükdə çalışan tanışlarından xahiş etsə də, müsbət cavab ala bilməyib. Yoxlama zamanı gizlədilmiş bütün mallar aşkar edilərək müsadirə olunub.

Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilib.

Gömrükdəki tanışlarına güvənirdi - Dayısını da özü ilə həbsə apardıƏsas təşkilatçı olan Tural Nəsibov ittihamla razılaşmasa da, bir çox epizodlar Tehranın etirafedici ifadələri əsasında təsdiqlənib.

Tehran ifadəsində deyib ki, o, yük avtomobili sürücüsü kimi Dağıstandan aldığı yükləri Azərbaycana daşıyırmış. Turalla isə bu hadisədən təxminən bir ay əvvəl tanış olub. Sonuncu dəfə gətirdikləri yükün qanunsuz olduğunu ona nə malı maşına yükləyərkən Cavid, nə də Tural deyib. Bundan yalnız gömrükdə saxlanılarkən xəbər tutub.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə verilmiş ittihamlar şahidlərin ifadələri ilə də təsdiqini tapıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nəsibov 6, Cavid Babayev və Tehran Ramazanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu vaxta qədər azadlıqda olan Tehran Ramazanov məhkəmə zalında həbs edilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 746   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

"Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd

05.10.2026 163
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 202
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

05.10.2026 274
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 316
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.