Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir

Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədirDörd il əvvəl, 2022-ci il yanvarın 13-də ölkəmizin həyatında önəmli bir hadisə baş verdi. Həmin gün Bakıdakı Gülüstan sarayında Səudiyyə Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KES) təməlqoyma mərasimi keçirildi.
Həmin məraimdə qeyd edilmişdi ki, gücü 240 meqavat olan bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olmaqla həm ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına əlavə töhfə verəcək, həm də eyni zamanda yeni iş yerlərinin yaradılmasına səbəb olacaqdır. Stansiyanın tikintisi ilə əlaqədar Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti tərəfindən 300 milyon dollara yaxın sərmayə yatırılıb ki, bu da Səudiyyə Ərəbistanının öz ölkəsinin hüdudlarından kənarda yatırdığı ən böyük sərmayədir.
Qeyd edilməlidir ki, Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır, bu da Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir.
Artıq bu il, yanvarın 8-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə vurğulanıb ki, son illər ərzində Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu illər ərzində ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb və hazırda Azərbaycan energetikasının generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Gələcəkdə də bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacağını nəzərə alsaq bu rəqəm daha artacaq və imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin ediləcək, həm də elektrik enerjisi daha böyük həcmdə ixrac ediləcəkdir.
Ötən il Mingəçevirdə yeni elektrik stansiyasının açılışı keçirildi. bu bir daha əminlik yaratdı ki, ölkəmizdə ənənəvi generasiya gücləri və bərpaolunan generasiya güclərinin inkişafı paralel şəkildə aparılmalıdır.
Prezident İlham Əliyev yanvarın 8-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi zamanı çıxışında demişdir: "Keçən il Mingəçevirdə istismara verilmiş ənənəvi elektrik stansiyasının generasiya gücü təxminən 2000 meqavata bərabərdir və bu gün Azərbaycan enerji təminatı, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən özünü çox rahat hiss edir. Bu yaxınlarda 230 meqavat gücündə Günəş elektrik stansiyası istismara verilmişdir. Bu gün 240 meqavat gücündə külək elektrik stansiyası, işğaldan azad edilmiş ərazilərdə - Cəbrayıl rayonunda hazırda üç Günəş elektrik stansiyası inşa edilir. Bu üç stansiyanın ümumi potensialı 340 meqavatdır".
Ölkə başçısı öz çıxışında qeyd edib ki, beynəlxalq qiymətləndirməyə görə Xəzər dənizinin Azərbaycan sektorundakı külək potensialı 157 giqavat səviyyəsindədir. Yəni növbəti illərdə artıq bu proses Azərbaycanda geniş vüsət alacaq. Azərbaycan bölgənin çox etibarlı və böyük elektrik generasiya gücünə malik ölkəsi olacaq. Bununla əlaqədar Prezident İlham Əliyev xarici investorları, o cümlədən Azərbaycan şirkətlərini də həm bu sahəyə, həm də böyük həcmdə elektrik enerjisi tələb edən digər sahələrə, xüsusilə süni intellekt, data mərkəzlərinin yaradılması və böyük enerji gücünə tələbat olan digər sahələrə investisiya qoymağa dəvət edib.
Bu gün Azərbaycanda gözəl investisiya iqlimi vardır. Artıq ölkəmizə 300 milyard dollardan çox xarici sərmayə cəlb edilib. Bu gün ölkəmizin maliyyə vəziyyəti çox müsbətdir. Bu sahədə aparılan islahatlar, əldə edilən uğurlar dünyanın aparıcı reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, bu gün Azərbaycanın kredit reytinqi daha da artırılıb, investisiya və müsbət proqnozu olan reytinq səviyyəsinə qaldırılıb.
Ölkəmizin xarici borcu çox aşağı səviyyədədir, ümumi daxili məhsul təqribən 6 faizindən bir qədər çoxdur. Valyuta ehtiyatları xarici borcu 16-17 dəfə üstələyir və bu göstəriciyə görə, Azərbaycan dünya miqyasında aparıcı ölkələr sırasındadır. Prezident İlham Əliyevin mərasimdəki çıxışında qeyd etdiyi kimi "Bütün bu və başqa amillər deməyə əsas verir ki, Azərbaycana qoyulan sərmayə xeyir gətirəcək, mənfəət gətirəcək. Bu gün Azərbaycan sərmayə qoyuluşu üçün çox gözəl bir məkandır. Ölkəmizdə siyasi, iqtisadi və sosial sabitlik hökm sürür. Beş ildir ki, ölkəmiz rəsmən sülh şəraitində yaşayır, ölkəmizdə genişmiqyaslı quruculuq işləri aparılır. Ona görə bugünkü mərasimin timsalında xarici şirkətlərin bizə olan inamını da görürük və bu inam tam əsaslıdır".
Ölkə başçısı gələcək planları da açıqlayıb. Bildirib ki, gələcəkdə Azərbaycanın bərpaolunan enerji potensialı daha çox artacaq və əlbəttə, biz bu enerjini saxlamaq üçün infrastruktur yaradılmalıdır. Bu məqsədlə ölkəmizdə tarixdə ilk dəfə olaraq gücü 250 meqavat olan Batareya Enerji Saxlanc Sistemi də yaradılır. Birinci layihə lıqdır. Bunu "AzərEnerji" öz vəsaiti hesabına icra edir.
2030-cu ilə qədər Azərbaycanda altı, 2032-ci ilə qədər isə, ümumiyyətlə, 8 giqavat gücündə külək və Günəş elektrik stansiyaları inşa ediləcək. Əgər bura su elektrik stansiyalarının potensialını əlavə etsək, bizim potensialımız təbii ki, daha da böyüyəcək. Xüsusilə qeyd edilməlidir ki, son beş il ərzində Qarabağda və Şərqi Zəngəzurda dövlət vəsaiti hesabına 40-a yaxın kiçik su elektrik stansiyası inşa edilib və bu gün onların ümumi potensialı 300 meqavatdan çoxdur.
Azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib və yaxın gələcəkdə o bölgədə təqribən 500-600 meqavat gücündə kiçik su elektrik stansiyalarının inşası nəzərdə tutulub. Bu gün demək olar ki, bu stansiyaların yarısı artıq hazırdır. Bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur.
Ölkə başçısı çıxışında qeyd edib ki, "Bütövlükdə energetika sahəsində gedən proseslərə nəzər saldıqda görürük ki, bu gün bəlkə də enerji təhlükəsizliyi məsələləri daha qabarıq şəkildə ortaya çıxır. Biz uzun illərdir bu istiqamətdə fəaliyyət göstəririk. Bizim neft ixracımız, qaz ixracımız, neft məhsullarının ixracı, elektrik enerjisinin ixracı, neft-kimya məhsullarının, gübrələrin ixracı bu gün bir çox ölkələr üçün, onların enerji təhlükəsizliyini təmin etmək üçün imkan yaradır. Azərbaycan burada çox məsuliyyətli və etibarlı tərəfdaş kimi özünü göstərir, dünya miqyasında gözəl imic və etibarlı tərəfdaş adı qazanmışdır".

Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədirİsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 585   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp-Si zirvəsində nələr təhlükədədir?

ABŞ prezidenti Donald Trampın gələn həftə Pekinə səfəri zamanı Çin prezidenti Si Cinpinlə görüşməsi planlaşdırılır. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, hər iki ölkə ticarət, Tayvan və İran müharibəsi ilə bağlı gərginlik səbəbindən gərginləşən münasibətləri sabitləşdirməyə çalışır. Şirkət rəhbərlər

07.05.2026 198
.

Xaricə səfər edənlərə vacib xəbərdarlıq

Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və zəruri xidmətlərdən biri hesab olunur. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı hələ də aşağı səviyyədədir. Mövzu ilə bağlı BİG.AZ-a açıqlama verən sığorta eksperti Şahin İsmayılov bildirib ki, Şengen ölkələrinə səfər etməyə hazırlaşa

07.05.2026 233
.

"İqlimdə ciddi pozulma yoxdur" - Mütəxəssis danışdı

"Aprel ayının soyuq keçməsi və yağıntıların normadan artıq olması iqlim dəyişkənliyinin növbəti təzahürlərindən biridir. Əgər diqqət etsək, yanvar və fevral aylarında havanın temperaturu 18-19 dərəcəyədək yüksəlmişdi. Lakin aprel ayında temperaturun mövsüm normasından xeyli aşağı düşdüyü müşahid

07.05.2026 197
.

Avstraliya qaz ixracının 20%-ni daxili ehtiyaclar üçün saxlayacaq

Energetika naziri Kris Bouen bildirib ki, Avstraliya əsas qaz ixracatçılarını yanacağın 20 faizini daxili istifadə üçün ayırmağa məcbur edəcək. BİG.AZ France 24-ə istinadən xəbər verir ki, o, jurnalistlərə bildirib ki, "Avstraliya qaz ixracının 20 faizi Avstraliya istifadəsi üçün saxlanılır"

07.05.2026 200
.

Trampın ambisiyaları danışıqları dalana dirədi

ABŞ Prezidenti Donald Trump ilə İran arasında mümkün sülh prosesinin qarşısındakı əsas maneələrdən birinin Trampın şəxsi ambisiyaları olduğu iddia edilir. xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Mənbənin sözlərinə görə, "İran tərəfi indiyədək Trampa mövcud vəziyyətdən çıxmaq və nüfuzun

07.05.2026 176
.

Gürcüstanda Rusiya vətəndaşlarını girov saxlayan şəxs tutuldu

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Rusiya vətəndaşlarını girov saxlayan şəxslərdən birini saxlayıblar. xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Gürcüstan Daxili İşlər Nazirliyinin açıqlamasına görə, "təqsirləndirilən şəxs və onun əlbirləri bu ilin mart ayında saxtakarlı

07.05.2026 188
.

İstehlak bazarında yeni trend: kiçilən məhsullar, artan narazılıq - EYYUB HÜSEYNOVDAN AÇIQLAMA

Son illər qlobal brendlərin istehsal etdiyi qida, təmizlik və şəxsi gigiyena məhsullarında diqqət çəkən dəyişikliklərdən biri də qablaşdırmaların və məhsul həcmlərinin getdikcə kiçilməsi ilə bağlıdır. Bir vaxtlar daha böyük həcmdə satılan məhsulların indi eyni qiymətə, bəzən isə daha baha qiymətə dah

07.05.2026 300
.

Fransa: "Hörmüz boğazı açılmadan İrana qarşı olan sanksiyalar ləğv edilməyəcək"

Bu gün Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib ki, Hörmüz boğazı bağlı qaldığı müddətdə İrana qarşı sanksiyaların yumşaldılması və ya ləğvi mümkün deyil. Bizim.Media xəbər verir ki, o, Barro RTL radiosuna müsahibəsində qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ümumi əhəmiyyət daşıyan bir keçiddi

07.05.2026 117
.

İran Yaxın Şərqdə ABŞ-ın ən azı 228 hərbi obyektini məhv edib və ya zədələyib - İDDİA

İran Yaxın Şərqdə ABŞ-ın ən azı 228 hərbi hədəfinə zərbə endirib, lakin Amerika rəsmiləri dəyən ziyanın həqiqi miqyasını ictimaiyyətə açıqlamayıblar. bildirir ki, peyk görüntülərini təhlil edən "The Washington Post" qəzeti belə bir nəticəyə gəlib. Nəşrin məlumatına görə, İranın zərbələri anqarlara

07.05.2026 161
.

TOP MP3