Tofiq və Ağamalı İsayevlər dövlətə və təbiətə 1 milyon manatlıq ziyan vurublar

Tofiq və Ağamalı İsayevlər dövlətə və təbiətə 1 milyon manatlıq ziyan vurublar"Messenat Holdinq"ə məxsus "Bəhramtəpə-Çınqıl" ASC-nin icraçı direktoru vəzifəsində çalışarkən qanunsuz sahibkarlıqda, vergiləri, işsizlikdən sığortanı, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada, işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozmada, habelə vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunan Ağamalı İsayevin cinayət təqibinə xitam verilməsi və cinayət məsuliyyətindən azad edilməsi barədə İmişli Rayon Məhkəməsinin qərarından dövlət ittihamçı tərəfindən verilmiş apellyasiya protestinə baxılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, apellyasiya məhkəməsində keçirilən prosesdə Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov tərəfindən verilmiş apellyasiya şikayətinə, o cümlədən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin rəisi Ərəb Aslanov tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxılaraq, cinayət kollegiyası qərar verib.

Qərara əsasən, verilmiş apellyasiya şikayətləri qismən təmin edilib. İmişli Rayon Məhkəməsinin 12 iyun 2025-ci il tarixli qərarı dəyişdirilib və Ağamalı İsayevdən dəymiş maddi ziyana görə 818.636 manat alınaraq Ekologiya və Təbii Sərvərlər Nazirliyinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin hesabına, həmçinin vergi borcuna görə 113.941,47 manat alınaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin hesabına ödəniləcək.

Qeyd edək ki, A.İsayevin rəhbəri olduğu şirkət İmişli rayonunun Xubyarlı kəndi ərazisində 5 il vahid qəsdlə qum-çınqıl hasilatı ilə bağlı qanunsuz fəaliyyət göstərib. Ağamalı İsayev habelə dağ-mədən obyektinin istismarı zamanı qanunvericiliyin tələblərini pozaraq hidrotexniki gilsovuran qurğunun istifadəsinin qadağan edilməsinə baxmayaraq, yataq ərazisində 1 623 600 manat dəyərində 295 200 kub metr həcmində qum çıxarıb dövlətə və təbiətə xüsusilə külli miqdarda ziyan vurub.

Bu əməllər nəticəsində, həmin ərazidə uzunluğu 240 metr, eni 123 metr, orta dərinliyi 10 metr olan gölün yaranmasına səbəb olmaqla torpaq sahələrinin geniş miqyasda çökməsi, infrastruktur və yaşayış sahələrinin dağılmasına təhlükə yaratmaqla təbiətə və ətraf mühitə mühüm zərər vurub. Bundan başqa, o, külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınıb.

Tofiq və Ağamalı İsayevlər dövlətə və təbiətə 1 milyon manatlıq ziyan vurublarQeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, "Messenat Holding"in rəhbəri "Titanik Tofiq" kimi tanınan iş adamı Tofiq İsayevdir.

Tofiq İsayev əslən İmişli rayonundan olan iş adamıdır. O, "Messenat Holdinq" MMC-nin faktiki rəhbəridir. Belə ki, "Messenat Holdinq" MMC-nin tərkibinə adları çəkilən 19 müəssisə - "Azərikimya İstehsal və Xarici İqtisadi Əlaqələr" ASC, "Bəhrəmtəpə-Çınqıl" ASC, "İmişli Dəmir Beton" ASC, "Muğan Su Elektrik Stansiyası" ASC, "Qaradağ" ASC"Arbitr-H.T.İ Konsaltinq" MMC, "Titanik" MMC, "Mühafizəçi" MMC, "Marka LTD" MMC, "Viləş-A.A" MMC, "Viləş-M.A" MMC, "Kommunal" MMC, "Aristokrat-İnşaat" MMC, "Həbibli-LTD" MMC, "GART" MMC, "RNT" MMC, "STR" MMC, "Hüquq" MTK, "Konserv Məhsulları İstehsalı" firmaları daxildir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 798   Tarix: 08 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

"Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd

05.10.2026 163
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 202
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

05.10.2026 274
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 316
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.