"Adore"un 402 manatlıq ətrinin keyfiyyətindən narazıdır - Video
Paytaxt sakini tanınmış parfümeriya şəbəkələrindən olan "Adore"dan aldığı ətrin keyfiyyətindən narazıdır.
"Qafqazinfo" xəbər verir ki, bu şikayətlə APA TV-yə Gülər Mehdiyeva müraciət edib.
Onun sözlərinə görə, yüksək məbləğə aldığı ətrin nə qoxusu, nə də qalıcılığı təqdim olunan xüsusiyyətlərə uyğundur.
Şikayətçi məsələ ilə bağlı həm mağazaya, həm də rəsmi səhifələrə müraciət etdiyini, lakin buna laqeyd münasibət göstərildiyini iddia edib:
"Dekabrın 3-də "Adore"un "Gənclik Mall" filialından ətir aldım. Məhsulun öz qiyməti 402 manat, 30 faiz endirimlə 281 manat 40 qəpik idi. Evə gələndən sonra açıb istifadə etdim və gördüm ki, ətrin iyi tamamilə fərqlidir. Həm kəskin qoxu, həm də spirt iyi gəlirdi. Qalıcılığı da heç yox idi. Əvvəlcə səhifələrinə yazdım, cavab verilmədi. Daha sonra mağazaya yaxınlaşdım, onda da inkar etdilər ki, "bizdə saxta ətir olmur". Laqeyd yanaşdılar və dedilər ki, "hara istəsəniz, müraciət edə bilərsiniz".
G.Mehdiyeva qeyd edib ki, məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinə (AİB) də müraciət edib.
AİB sədri Eyyub Hüseynov bildirib ki, ictimai rəydə "Adore" parfümeriya və kosmetika mağazalar şəbəkəsi barədə mənfi rəylər mövcuddur:
"Böyük endirimlərlə istehlakçıları cəlb edərək onun tələbatına uyğun olmayan və natural ətirlə identik olmayan məhsullar satırlar. Nazirlər Kabinetinin 114 saylı Qərarından sui-istifadə edərək istehlakçıların hüquqlarını pozurlar".
"Adore" parfümeriya və kosmetika mağazalar şəbəkəsinin baş direktor müavini Yusif Zeynalov məsələ ilə bağlı bildirib ki, məhsul istehalçı şirkət tərəfindən hansı formada istehsal olunubsa, mağazalarda da eyni şəkildə satışa təqdim edilir.
Onun sözlərinə görə, daxil olmuş şikayətlə bağlı müvafiq brend artıq məlumatlandırılıb: "Həmin məhsulla bağlı həm gigiyenik sertifikatımız, həm məişət sertifikatımız, həm də gömrük bəyannaməmiz var. Həmin məhsul birbaşa Avropada brendin öz zavoduna göndərilə və orjinallığı yoxlanıla bilər".
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən isə müvafiq araşdırma aparıldığı vurğulanıb:
"Qeyd olunanları nəzərə alaraq bildiririk ki, vətəndaşın müraciəti hazırda araşdırma mərhələsindədir. Araşdırma yekunlaşdıqdan sonra əldə edilmiş nəticələr barədə müraciət edən tərəfə qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada məlumat veriləcək".
"Əgər müştəriyə satılan məhsulun saxta olduğu aşkarlanarsa, vətəndaş təzminat tələb edə bilər. Həmin məhsula görə şirkətin əldə etdiyi, formalaşdırdığı dövriyyəyə uyğun olaraq cərimə sanksiyası tətbiq oluna bilər. Eyni zamanda vətəndaş da ödəniş etdiyi məhsula görə vurulmuş zərərin tam məbləğini və mənəvi zərəri də tələb edə bilər", - bunu isə məsələnin hüquqi tərəflərini izah edən hüquqşünas Ramil Süleymanov qeyd edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 942 Tarix: 09 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAlplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib
İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin
05.10.2026 138 Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan
Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd
05.10.2026 171 Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları
05.10.2026 212 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
05.10.2026 308 Bakıda torpaq sahələri BAHALAŞDI
Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım
05.10.2026 181 Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə
Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq
05.10.2026 137 Tbilisi merindən Avropaya qarşı sərt ittiham
"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba
05.10.2026 162 Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək
05.10.2026 263 Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə
05.10.2026 352