Bir çox ölkədə mərkəzləşdirilmiş kamera sistemi var, Azərbaycanda niyə yoxdur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Bir çox ölkədə mərkəzləşdirilmiş kamera sistemi var, Azərbaycanda niyə yoxdur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illər məktəblərdə baş verən zorakılıq halları, şagirdlər arasında münaqişələr və təhlükəsizliklə bağlı insidentlər təhsil müəssisələrində nəzarət mexanizmlərinin aktuallığını bir daha gündəmə gətirir. Bir çox ölkələrdə məktəblər mərkəzləşdirilmiş kamera sistemləri vasitəsilə vahid nəzarət altında saxlanıldığı halda, Azərbaycanda bu sahədə hələ də sistemli və ümumi yanaşma formalaşmayıb. Mövcud vəziyyət isə məktəblərdə baş verən hadisələrin vaxtında araşdırılmasını və məsuliyyətin dəqiq müəyyənləşdirilməsini çətinləşdirir.
Bir çox ölkədə mərkəzləşdirilmiş kamera sistemi var, Azərbaycanda niyə yoxdur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Elşən Qafarov BiG.AZ-a açıqlamasında bildirdi ki, müasir dünyada müəssisələrdə, o cümlədən təhsil müəssisələrinin idarə edilməsinə nəzarət sistemində IP texnologiyalarının, İKT texnologiyalarının, o cümlədən müşahidə kameralarının istifadəsi çox geniş yayılıb. Onun sözlərinə görə, ancaq reallıq ondan ibarətdir ki, ölkədə təhsil müəssisələrində 10 ildən artıqdır ki, təhsil müəssisələrində tərbiyə sistemi yəni tərbiyə mühiti aradan qalxıb. Bu reallıqdır: "Bu gün əslində Elm və Təhsil Nazirliyi, Məktəbə qədər təhsil üzrə Dövlət Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özü maraqlı olmalıdır ki, məktəblərdə müşahidə kameraları olsun. Eyni zamanda həmin müşahidə kameraları təhsil idarə etmə orqanlarına, xüsusi müəssisələrdə Sosial Xidmətlər Agentliyinə və eyni zamanda təhsil müəssisələrində valideynlərində girişi ola biləcək bir sistem yaradılmalıdır ki, hər şey şəffaf olsun. Bu məktəbə qədər təhsil müssisələrinə, ümumtəhsil müəssisələrinə, xüsusi təhsil müəssisələrinə hamısına aiddir. Xüsusi təyinatlı təhsil müəssisələri istisna olmaqla. Ancaq məsələ ondadır ki, təhsil idarə etmə orqanları bunda maraqlı deyillər.

Məsələnin bir hissəsində maraqlıdırlar. Dövlət büdcəsi hesabına böyük vəsaitlər ayrılır. Məktələrdə və məktəbə qədər təhsil müəssisələrində kameralar quraşdırılır. Amma bu kameraların mərkəzləşdirilmiş nəzarət sistemi yoxdur. Sual olunur ki, niyə yoxdur? Çünki özləri bilirlər ki, mərkəzləşdirilmiş nəzarət sistemini qursalar, məktəblərdə baş verənləri daha aydın görə bilərlər. Eyni zamanda valideynlər, hər kəs girib görə bilərlər. Burda da məktəblərdəki real vəziyyət üzə çıxacaq. Bu gün Azərbaycan məktəblərində, xüsusi ilədə şəhər yerlərində yuxarı sinif uşaqları aşağı sinif uşaqlarını məcbur edirlər gündəlik və həftəlik onlara kiçikdə olsa pul ödəyirlər. Şagirdlər arasında cinsi zorakılıq, bullinq halları kütləvi hal alıb. Məktəb direktorlarının bütün işi məktəbdə təlim-tərbiyə sistemini qurmaq deyil, baş verənləri gizlətməkdir. Çünki hansı məktəbdə hadisə ictimailəşdisə o məktəb direktorunu işdən çıxardırlar.

Bəzən elə hallar varki məktəb direktoru gedib müəyyən vəsait təklif edir valideynəki məsələni ictimailəşdirməsin. Ona görədə bu gün məktəblərdə baş verən biabırçılıqları müşahidə kameraları üzə çıxardacaq. Oda Elm və Təhsil Nazirliyinə maraqlı deyil. Ancaq beynəlxalq sistemdə məktəblərdə qurulan kamera sisteminə həm təhsil idarə etmə orqanları baxa bilir, həmdə xüsusi hal varsa hüquq mühafizə orqanları ora giriş əldə edə bilirlər. Eyni zamanda hər bir valideyndə övladı ilə bağlı informasiya əldə etmək istəyirsə sistemə girə bilir. Yəni orda qeyri-adi bir şey yoxdur. Amma reallıq budur ki, bizdə bunu etmək istəmirik. Ona görə etmək istəmirik ki, bizdə baş verənləri gizlətməklə məşğuldurlar. Məktəblərimizdə vəziyyət göründüyündən qat-qat ağırdır.

Region məktəblərində bir çox hallarda dərslər keçirilmir. O cümlədən Bakı məktəblərində. Yuxarı siniflərdə uşaqlar dərsdə yoxdur. Hamı hazırlıqlardadır. Hazırlığa getməyənlərdə görür ki, sinif yoldaşları məktəbə gəlmir, onlarda dərsə getmirlər. Məktəblər boşalıb və təhsilin bu qədər acınacaqlı olduğu bir dövrdə təbiiki təhsil idarə etmə orqanlarına maraqlı deyilki bu sistem mərkəzləşsin. Heç valideynləri o sistemə buraxmasalar belə, istənilən halda yoxlama zamanı o video görüntüləri izləyə bilərlər və araşdırırlar. Nəticədə məktəblərdəki vəziyyət üzə çıxar və nəticə etibarı ilə təhsilin bu vəziyyətdə olmasına əyani sübut olar. Ona görədə buna maraqlı deyillər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1609   Tarix: 09 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

05.10.2026 203
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 181
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 123
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

05.10.2026 200
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.