Gələcək hədəflər daha çox yaşıl enerji istehsalıdır

Gələcək hədəflər daha çox yaşıl enerji istehsalıdırAzərbaycan ənənəvi enerji resurslarının həm hasilatçısı, həm də ixracatçısıdır. Yəni, ölkəmiz dünyada neft və qaz ölkəsi kimi tanınır. Buna baxmayaraq, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə müvafiq infrastrukturun qurulması istiqamətində çox iri addımlar atan, böyük investisiyalar cəlb edən nadir neft-qaz ölkələrindəndir və bu iş hazırda sürətlə davam etdirilir. Məsələn, 2024-cü ildə Bakıda COP29 tədbiri keçirildi. Azərbaycan tədbirə ev sahibliyi etməklə bütün dünyaya sübut etdi ki, yaşıl enerjiyə keçid sahəsində böyük qətiyyət göstərməyə, hər cür vasitələrdən yararlanmağa və investisiyaları cəlb etməyə hazırdır.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin investisiya şirkətləri ilə bağlanan müqavilələr nəticəsində Azərbaycanda bərpaolunan enerji infrastrukturu sahəsində möhtəşəm nəticələr əldə olunduğunu qeyd edən ekspert, eyni zamanda, ölkəmizin digər dövlətlərlə də ikitərəfli əlaqələrdə maraqlı olduğunu və bunu geniş şəkildə nümayiş etdirdiyini bildirib.
Prezidentin yerli telekanallara müsahibəsindən qeyd etdiyi kimi, bu sahədə Çin ilə də əməkdaşlığın bünövrəsi qoyulub və Çin şirkətləri müvafiq infrastrukturun yaradılmasına başlayıb. Məlumdur ki, Çin bu sahədə dünyada ən böyük nailiyyətlər əldə etmiş ölkələrdən biridir.
Yaşıl enerji sahəsində müvafiq istehsal sahələrinin yaradılması da mühüm prioritetdir. Yaxın zamanlarda Azərbaycanda Günəş panelləri istehsal edəcək zavod tikiləcəkdir. Bu, çox mühüm layihədir, çünki Günəş panelləri və külək turbinləri kifayət qədər bahalı texnologiyalardır. Bu avadanlıqların xaricdən gətirilməsi əvəzinə ölkə daxilində istehsal olunması bizə həm vəsaitə qənaət etmək, həm də gələcəkdə həmin texnologiyaların ixracatçısına çevrilmək imkanı verəcək.
Yanvarın 8-də Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə vurğulanıb ki, son illər ərzində Azərbaycanda enerji sisteminin müasirləşdirilməsi, modernləşdirilməsi və inkişafı əsas prioritetlərdən biri kimi qəbul edilmişdir. Son 20 il ərzində demək olar ki, Azərbaycanın enerji sistemi, yəni generasiya gücləri, böyük dərəcəli yarımstansiyalar və ötürücü xətlər tamamilə yenilənib. Bu illər ərzində ölkədə yaradılmış generasiya gücləri bütün əvvəlki dövrlə müqayisədə təxminən üç dəfə artıb və hazırda Azərbaycan energetikasının generasiya gücü təxminən 10 min meqavata bərabərdir. Gələcəkdə də bir çox yeni bərpaolunan enerji generasiya gücü yaradılacağını nəzərə alsaq bu rəqəm daha artacaq və imkan verəcək ki, həm artan daxili tələbatı lazımi səviyyədə təmin ediləcək, həm də elektrik enerjisi daha böyük həcmdə ixrac ediləcəkdir.
Azərbaycanın qısa müddətdə bu istiqamətdə atdığı addımlar dünya miqyasında çox yüksək qiymətləndirilir. Əsas məqsədlərdən biri daxili istehlakda ənənəvi enerji resurslarından istifadəni maksimum dərəcədə məhdudlaşdırmaq və qənaət olunan qazı ixrac etməkdir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. 12-dən çox ölkəyə qaz ixrac edirik və tələbat getdikcə artır. Yaşıl enerji keçidinin əsas məqsədlərindən biri də elə budur - daxili tələbatı alternativ mənbələrlə ödəmək və daha çox mavi yanacağı xarici bazarlara yönəltmək.
2030-cu ilə qədər hədəfimiz elektrik enerjisi tələbatının 30 faizini bərpaolunan mənbələr hesabına ödəmək, ölkə daxilində istehlakın 1/3 hissəsinin yaşıl enerji ilə təminatına nail olmaqdır.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 740   Tarix: 09 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Alplar göz önündə əriyir: İsveçrə 5 ildə buzunun 20 faizini itirib

İsveçrə cəmi beş il ərzində buzlaq buzlarının təxminən beşdə birini itirib. Alimlərin sözlərinə görə, bu, Alp ölkəsinin görünüşünü köklü şəkildə dəyişir: nəhəng ağ buzlaqlar Ay səthini xatırladan qayalı səhralara çevrilir. Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır. İllik monitorin

05.10.2026 138
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

05.10.2026 212
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

05.10.2026 308
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 181
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 137
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 162
.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

05.10.2026 263
.

Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib

Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə

05.10.2026 352
.