Sosial Şəbəkələrdə Radikal Fəallıq: Bu Paylaşımlar Hansı Hüquqi Nəticələrə Yol Aça Bilər? - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Son dövrlərdə radikal dindarlar və İrana dəstək verən qüvvələr sosial şəbəkələrdə yenidən aktivləşib. Onların yayımladığı fikir və mesajlar yalnız ictimaiyyət üçün narahatlıq doğurmur, həm də təhlükə elementləri daşıyır. Belə məzmunun yayılması təhdid xarakteri daşıya bilər və qanunvericilik baxımından müəyyən hüquqi məsuliyyət yaradır. Suallar yaranır: bu fəallıq hansı hallarda cinayət məsuliyyəti doğurur və ictimai nizamı pozan paylaşım və şərhlərə qarşı hansı tədbirlər görülə bilər?
Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyasının vicdan azadlığı deyilən bir maddəsi var. Bu maddənin tələbinə görə şəxsin istədiyi dini seçmək hüququ var. Onun sözlərinə görə, eyni zamanda şəxsin tək və ya kollektiv şəkildə dini ritualları yerinə yetirməyə icazəsi var: "Amma bu qanunvericiliyin tələblərini pozmamalıdır. Qanunvericiliyin tələblərini pozmaması burda o anlama gəlir ki, məsələn hər hansısa bir ibadətlərin edilməsi üçün toplanmalar, toplantıların keçirilməsi, tədbirlərin keçirilməsi mütləq şəkildə qabaqcadan dini komitə ilə razılaşdırılmalıdır və bu barədə onlara məlumat verilməlidir. Vicdan azadlığı elə bir məsələdir ki, həttda bir dinin içərisində bir təriqət üçün həqiqət olan bir şey, digər təriqət üçün batil hesab oluna bilər.
Ona görədə şəxslər mütləq şəkildə öz ibadətlərini, öz təriqətlərini təbliğ eliyən zaman digər təriqətlərin batil olması və s. fikirlər söyləyən zaman ehtiyatlı olmalıdırlar. Amma digər dinlərlə bağlı məsələlərdə isə şəxslərin söyləyəcəyi fikirlər onların dinlərinin ehkamlarında, müqəddəs kitablarında yazıldığı formadadırsa bu şübhəsiz dövlət qurumları tərəfindən də qəbul olunur. Məsələn, Quranda yazılır ki, Allah xaçpərəstlərlə, yəhudilərə lənət etmişdir. Şəxsində bunu ifadə etməsi özündən nəyisə kəşf etməsi anlamına gələ bilməz. Şəxsin bunu ifadə etməsi özünün müqəddəs kitabında yazılan bir ayəni ortaya qoyması deməkdir.
Əgər Tiktok və ya hər hansısa bir sosial şəbəkədə Azərbaycan dövlətinin əleyhinə dini ekstremizm dalğası ilə zərbə vurularsa, bununla bağlı dövlətin təhlükəsizlik xidmətləri hərəkətə keçə bilər. Həttda gözəl qonşuluq münasibətlərində olduğumuz dövlətlərin ünvanına xoşagəlməz fikirlərin səsləndirilməsi həmin dövlətlərin bizim dövlətə qarşı qıcıqlanmasına səbəb olarsa, bu artıq dövlət təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirilə bilər və həmin şəxslərin barəsində həbs qəti imkan tədbirləri və ya hər hansısa hüquqa müvafiq tədbirlərin görülməsidə mümkündür. Eyni zamanda təkcə Azərbaycan Respublikasınən Konstitusiyasında deyil, Avropa İnsan Haqları Konvensiyasının 9-cu maddəsi din azadlığı haqqındadır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 744 Tarix: 09 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?
"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları
18.09.2021 862 Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO
Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini
17.09.2021 1467 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR
Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:
18.09.2021 2497 Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ
2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu
18.09.2021 2678 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO
2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar
18.09.2021 245