Aleyna Tilkinin vəkili: "Tüstü saçlarına hopub deyə narkotik testi pozitiv çıxıb"

Aleyna Tilkinin vəkili: "Tüstü saçlarına hopub deyə narkotik testi pozitiv çıxıb"Türkiyədə narkotik istintaqı çərçivəsində saxlanılan və saç nümunəsi üzrə test nəticələri pozitiv çıxan müğənni Aleyna Tilkinin vəkili Adəm Uğur Kızıldere mediada yayılan xəbərlərlə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, Kızıldere müvəkkilinin narkotik istifadə etməsi iddialarına etiraz edib:

"Müvəkkilimdən götürülmüş qan nümunəsində heç bir narkotik və ya kimyəvi maddə aşkar edilməyib.

Onun saç nümunəsində aşkarlandığı bildirilən maddə kimyəvi maddə deyil, tüstü ilə əlaqəli bir maddədir. Müvəkkilim bu yaxınlarda bu maddənin sərbəst şəkildə istehlak edildiyi bir ölkəyə səfər etdiyini nəzərə alsaq, onun ictimai yerdə inhalyasiya yolu ilə və saç təması ilə passiv şəkildə bu maddəyə məruz qaldığına inanırıq".

Qeyd edək ki, İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində saxlanılan müğənni Aleyna Tilki ifadəsi alındıqdan sonra Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Tilkinin saç və qan nümunələri götürüldükdən sonra sərbəst buraxılıb.

Hesabatda Tilkinin qan nümunəsində qadağan olunmuş maddələrin tapılmadığı, lakin saç nümunəsində marixuana ilə əlaqəli izlərin aşkar edildiyi bildirilib.

Xatırladaq ki, ötən il dekabrın 18-də polisin keçirdiyi əməliyyat çərçivəsində Türkiyədə müğənni Aleyna Tilki ilə yanaşı bir sıra məşhurlar da saxlanılmışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 915   Tarix: 09 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

05.10.2026 203
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

05.10.2026 181
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 123
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

05.10.2026 200
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.