Azərbaycanda kərə yağı bahalaşır - Saxta, ucuz yağlar satılacaq
Bu ildən etibarən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən 15 faizə qaldırılıb. Bu isə onu deməyə əsas verir ki, qiymətlərdə artım qaçınılmazdır. Lakin müəmma ondan ibarətdir ki, kərə yağlarının qiyməti və tərkibi ilə bağlı daim şübhələr var. Qiymətlərin qalxması fonunda alış-verişi tənzimləmək üçün alıcıları aldadan saxta və ucuz qiymətə təklif olunan yağlar evimizə ayaq basmayacaq ki?
Azad İstehlakçılar Birliyinin (AİB) sədri, iqtisadçı Eyyub Hüseynov Lent.az-a bildirib ki, artıq aylardır ölkədə süt çatışmazlığı var:
"Azərbaycanda 5 aya yaxındır ki, süd defisiti yaranıb. Buna təsir edən amillərdən biri də dabaq xəstəliyi oldu. Bu şəraitdə yağın qiymətinin artması və idxal rüsumunda dəyişiklik yalnızca istehsalçılara ziyan vurur. Çünki alıcılar daim kərə yağının qiymətinin bahalığından şikayətlənirlər. Bu hal istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olacaq. Paralel olaraq saxta, tərkibi müəmmalı olan yağların satışına stimul yaranacaq, eləcə də məhlə dükanları, kəndlərdə hazırlanan yağlar "kənd yağı" adı altında geniş yayılacaq. Yəqin ki, bu halda insanlar bitki yağlarını istehlak etməyə üstünlük verəcəklər. Kərə yağı ilə bağlı təəssüf ki, ildən ilə problemlər artır. Lakin biz optimist yanaşırıq, düşünürük ki, işğaldan azad olunmuş yerlərdə böyük heyvandarlıq fermaları yaranacaq. Hökumət aqrar siyasəti rasional apardığı halda yaxın 8 ildə Azərbaycanın ət, süd və kərə yağından asılılığı minimuma enəcək".
Bəs təbii, tərkibi müəmmalı olmayan yağları necə ayırd edək?
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Lent.az-a açıqlamasında bildirib ki, yağ alarkən ilk növbədə onun etiket məlumatlarını oxumaq lazımdır:
"Bu gün satışda olan bir çox keyfiyyətsiz, mənşəyi bəlli olmayan, insan orqanizminə zərər verən yağların qəbulu həm xəstəliklərin yaranmasına, həm inkişafdan geriqalma, həm də ürək-damar xəstəliklərinə səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarında ürək-damar xəstəliklərindən ölən insanların sayının çoxalması və Azərbaycanın da bu sırada yer alması göstərilir. Sözsüz ki, bu xəstəliklərin yaranmasında keyfiyyətsiz yağların rolu əsasdır.
Kərə yağı fəsildən asılı olaraq 20-25 litr süddən əldə olunur. Yağ alanda onun etiket məlumatlarına diqqət etmək lazımdır. Yağ hansı növə aiddirsə, mütləq 70-80 faizi ondan ibarət olmalıdır. Qalan faizini isə köməkçi maddələr təşkil etməlidir.
Bu gün əksər hallarda kərə yağı adı altında satılan yağların tərkibində transyağlar, marqarin, kərə dadlandırıcılar, aromatizatorlar istifadə olunur. Bu tərkib isə xüsusən riskli xəstəliklər yaradır. Aldadıcı məqam odur ki, bitki yağı altında satılan yağların da heç də, hamısı orqanizm üçün faydalı deyil. Bu hal palma yağında özünü daha çox göstərir. Onu isə çox zaman "bitki yağı" altında satıb, tərkibində göstərmirlər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 844 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ailəm tamaşaçıya gizli qalmalıdır"
Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:
05.10.2026 263 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
05.10.2026 231 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 131 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
05.10.2026 338 Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları
05.10.2026 212 Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"
Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri
05.10.2026 201 Sabah yağış yağacaq
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər
05.10.2026 190 Bakıda torpaq sahələri BAHALAŞDI
Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım
05.10.2026 181 Azərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri
05.10.2026 223