Bu ilanlar insanı sancmadan belə kor edə bilər: Bu, necə mümkündür
Bir çox insanlar hesab edir ki, zəhərli ilan yalnız dişlədikdə təhlükə yaradır. Lakin elə ilanlar var ki, insanı dişləmədən də ağır nəticələrə məruz qoya bilir. Xüsusilə bəzi kobra növləri zəhəri məsafədən püskürtmək qabiliyyətinə malikdir.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu ilanlar zəhəri üç metrə qədər uzaqlığa atır və hədəf gözlər olduqda nəticə son dərəcə ağır ola bilər.
Mexanizm necə işləyir?
Təkamül biologiyası üzrə mütəxəssis Scott Travers bildirib ki, bu kobralar zəhəri ön dişlərindəki xüsusi dəyişdirilmiş kanallar vasitəsilə, əzələlərin təzyiqi hesabına püskürdür.
İlan təhlükə hiss etdikdə başını qaldırır, xarakterik "başlıq" formasını alır və zəhər vəziləri ətrafındakı əzələləri sıxaraq zəhəri güclü axın şəklində qarşı tərəfə yönəldir.
Mütəxəssisin sözlərinə görə, zəhər adətən zədələnməmiş dəriyə nüfuz edə bilmir. Əl və ya ayağa düşdükdə qıcıqlanma və ya qabarcıq yarada bilər, lakin həyati təhlükə yaratmır. Əsas risk zəhərin selikli qişalara və həssas toxumalara düşməsidir. Kobralar isə çox vaxt məhz bu nahiyələri, xüsusilə gözləri hədəf alır.
Gözlər üçün ciddi təhlükə
Zəhərin bir və ya hər iki gözə düşməsi ən ağır nəticə hesab olunur. Bu, ani və şiddətli ağrı, konyunktivanın iltihabı və buynuz qişanın zədələnməsi ilə müşayiət olunur. Əgər gözlər dərhal yuyulmazsa, vəziyyət daimi korluğa qədər gedib çıxa bilər.
Ağız və burun boşluğu
Zəhər ağız boşluğuna və ya burun yollarına düşdükdə daha sürətlə qan dövranına keçə bilər. Bu zaman şişkinlik, ürəkbulanma və digər sistemli simptomlar yarana bilər.
Araşdırmalar göstərib ki, zəhər püskürdən kobralar təsadüfi hərəkət etmir. Onlar baş və boyun əzələlərinin koordinasiyası ilə zəhərin trayektoriyasını dəqiq tənzimləyir, hətta havada müəyyən həndəsi naxışlar formalaşdıraraq hədəfə maksimum dəqiqliklə yönəlirlər.
Müdafiə məqsədli təkamül
Bioloqun sözlərinə görə, əksər ilanlarda zəhərin əsas funksiyası ovunu ram etmək və öldürməkdir. Lakin zəhər püskürdən kobralarda bu maddə təkcə hücum üçün deyil, həm də güclü müdafiə vasitəsi kimi təkamül edib.
2021-ci ildə aparılan araşdırma zəhər püskürtmə qabiliyyətinin kobralar və onların yaxın qohumları arasında təkamül prosesində üç dəfə müstəqil şəkildə formalaşdığını göstərib.
Niyə bu ilanlara diqqət yetirmək vacibdir?
Adətən bu cür kobralarla qarşılaşma nadir haldır, çünki onlar insanlardan qaçmağa üstünlük verirlər. Lakin Afrikanın və Asiyanın bəzi bölgələrində bu ilanlar insanların və ev heyvanlarının yaxınlığında yaşayır və real təhlükə yarada bilir.
Mütəxəssislər vurğulayır ki, gözə düşən zəhər güclü ağrı və uzunmüddətli zədələnməyə səbəb ola bilər, zərərin azaldılması üçün dərhal yuma vacibdir, hətta təcrübəli ilan baxıcıları belə həddindən artıq yaxınlaşdıqda risk altına düşə bilər.
Zəhər püskürdən kobralar dişləmədən məsafədən toksik zərbə endirmək kimi son dərəcə ağıllı müdafiə mexanizmi formalaşdırıblar. Təkamül nəticəsində onların zəhəri insan bədənində ən həssas hədəfə gözlərə yönəlmiş güclü ağrı yaratmaq üçün xüsusi şəkildə uyğunlaşıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 875 Tarix: 12 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Ailəm tamaşaçıya gizli qalmalıdır"
Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:
05.10.2026 263 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
05.10.2026 231 Dünya üçün kritik mənzərə: Planetar sərhədlərdən yeddisi təhlükəsiz zonadan kənardadır
İqlimdən şirin su ehtiyatlarına, okeanlardan biomüxtəlifliyə qədər Yer kürəsində həyatı təmin edən əsas sistemlər getdikcə daha çox təzyiq altında qalır. Qaynarinfo xəbər verir ki, Potsdam İqlim Təsirləri Araşdırmaları İnstitutunun nəzdində fəaliyyət göstərən Planetar Sərhədlər Elmi Laboratoriyasını
05.10.2026 131 İbrahim Borçalının evində toy olacaq
Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub
05.10.2026 338 Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI
Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları
05.10.2026 212 Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"
Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri
05.10.2026 201 Sabah yağış yağacaq
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər
05.10.2026 190 Bakıda torpaq sahələri BAHALAŞDI
Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım
05.10.2026 181 Azərbaycanda tauna yoluxan var?
Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri
05.10.2026 223