Sürücülərə vacib XƏBƏRDARLIQ - Yollarda duman olacaq
Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.
Bu barədə BiG.AZ-a idarədən məlumat verilib.
Bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə respublika ərazisində hava şəraitinin dəyişəcəyi, yağıntılı hava ilə əlaqədar yollarda görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan hava şəraitinin yol hərəkəti iştirakçıları üçün əlverişsiz olduğunu nəzərə alaraq, onları diqqətli olmağa, verilən tövsiyələrə əməl etməyə çağırır:
"Dumanlı, yağıntılı havalarda xüsusilə sürücülər aşağıdakı təhlükəsizlik tədbirlərinə mütləq əməl etməlidirlər:
Hərəkət sürəti yol və hava şəraitinə uyğun seçilməli, təhlükəsiz ara məsafəsi və interval mütləq qorunmalıdır;
Kəskin manevrlərdən, qəfil əyləcləmədən və əsassız ötmələrdən çəkinilməlidir;
Nəqliyyat vasitəsinin şüşələrinin, faralarının və işıq siqnallarının təmiz və saz vəziyyətdə olmasına diqqət yetirilməlidir.
Nəqliyyat vasitəsinin yaxın işıqları və ön-arxa gabarit işıqları daim yanılı vəziyyətdə saxlanılmalıdır;
Görünmə məsafəsi kəskin azaldıqda duman əleyhinə işıqlardan yalnız zərurət olduqda istifadə edilməlidir;
Qarşıdan gələn nəqliyyat vasitələrinin sürücülərinin görmə qabiliyyətini zəiflətdiyi üçün zərurət olmadıqda uzaq işıqlardan istifadə etmək yolverilməzdir".
BDYPİ-nin xəbərdarlığında qeyd edilib ki, piyadalar da məhdudiyyətli görünmə şəraitində sürücülərin onları vaxtında və aydın görə bilmələri üçün qabaqlayıcı tədbirlər görməli, yolu yalnız müəyyən edilmiş keçidlərdən keçməli, əlverişsiz havalarda daha diqqətli və ehtiyatlı davranmalıdırlar.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 605 Tarix: 13 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİkinci kurs tələbəsi vəfat etdi
Sumqayıtda tələbə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin II kurs tələbəsi Rizvan Vəliyev dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib
07.07.2026 437 Portuqaliya millisinə kimin rəhbərlik edəcəyi AÇIQLANIB
Portuqaliya millisinin yeni baş məşqçisi Jorje Jezuş olacaq. xarici KİV-ə istinadla bildirir ki, mənbənin məlumatına görə, 71 yaşlı portuqaliyalı məşqçi Portuqaliya Futbol Federasiyası (FPF) prezidentinin baş məşqçi vəzifəsinə əsas namizədidir. Jezuşun Portuqaliyanın İspaniya və Mərakeşlə birgə ev sahibliy
07.07.2026 261 Netanyahu ABŞ-ı Türkiyəyə F-35 qırıcı təyyarələri satmamağa çağırıb
İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi günü ABŞ-ı Türkiyəyə F-35 qırıcı təyyarələrini və ya komponentlərini satmamağa çağıraraq bunun bölgədəki "güc balansını pozacağını" iddia edib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, prezident Tramp NATO sammiti üçün Ankaraya səfər edi
07.07.2026 221 Tramp Türkiyəyə yola düşdü - Video
ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu
07.07.2026 203 ABŞ rəsmisi İranın Hörmüz boğazından keçən ticarət gəmilərinə atəş açdığını bildirib
Axios çərşənbə axşamı səhər tezdən ABŞ rəsmisinə istinadən bildirib ki, İran Hörmüz boğazından keçən ticarət gəmilərinə ən azı iki raket atıb. BİG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, hər iki gəmiyə ciddi ziyan dəyib, lakin tələfat olmayıb. Hesabatdan qısa müddət əvvəl Birləşmiş Krallı
07.07.2026 199 Dərnəgül yolunda dəhşətli qəza - Sürücü öldü - Video
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində "Mitsubishi Pajero İO" markalı avtomobil "156 Evakuasiya Xidməti"nin avtomobilinə çırpılıb. Nəticədə, minik avtomobilinin sürücüsü aldığı xəsarətlərdə
10:13 71 Qızı "Ələkbər əmi"ni belə yad etdi - Video
Bir vaxtlar "Ələkbər əmi" kimi tanınan mərhum Əməkdar artist Ələkbər Hüseynov doğum günündə yaxınları tərəfindən anılıb. "Qafqazinfo" xəbər verir ki, aktyorun qızı Nərgiz onunla bağlı paylaşım edib. O, atasının arxiv videosunu yayımlayaraq "65 yaşın mübarək, ata. Qoy, hər kə
07.07.2026 429 Venesuelada zəlzələlər nəticəsində ölənlərin sayı 3535-ə çatıb, minlərlə insan evsiz qalıb
Venesuelada baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 3535-ə çatıb. Rəsmilər bazar ertəsi bildiriblər ki, fəlakət paytaxt və yaxınlıqdakı sahil ərazilərini vurduqdan bir həftədən çox müddət sonra təxminən 18.00 insan evsiz qalıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, parlamentin aparıcı üzv
07.07.2026 206 Dünyanın ən böyük ayağına sahib qadın
ABŞ sakini Tanya Herbert dünyanın ən böyük ayağına sahib qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb. Onun qeyri-adi bədən ölçüləri gündəlik həyatına ciddi təsir göstərir və ən böyük problemi uyğun ayaqqabı tapmaqdır. xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Texas ştatında yaşayan Tanya Herber
07.07.2026 355