"O bağçada uşaqlara yeməyi işçilərin anaları bişirir"

"O bağçada uşaqlara yeməyi işçilərin anaları bişirir""Yasamal rayonunda yerləşən 32 saylı uşaq bağçasının aşpazları qanunsuz olaraq işdən çıxarılıb. Hazırda onların əvəzinə uşaqlara yeməyi bağçada çalışan iki əməkdaşın valideynləri bişirir. Amma həmin şəxslərin nə əmrləri verilib, nə də bu işə uyğun olub-olmamaları ilə bağlı sağlamlıq arayışları var".

Bu barədə "Qafqazinfo"ya şikayət daxil olub.

İddia olunur ki, bağça rəhbərliyi aşpazları qeyri-qanuni olaraq işlərinə bərpa etmir: "İki il əvvəl bağçada işləyən aşpazlar Təhsil İdarəsinin balansından çıxarılaraq "Depot" MMC-yə işə götürüldülər. Lakin ötən il dekabrın 30-dan həmin şirkət ləğv olunub və aşpazlar yenidən bağçaya qaytarılıb. Bu halda rəhbərlik işçiləri işlə təmin etməli idi. Lakin 32 saylı bağçanın müdiri Nuranə Rzayeva nə onları işlərinə bərpa edir, nə də başqa işlə təmin edir. Əməkdaşlar işdən çıxarılanda 3 ay müddətinə üçqat kompensasiyanı verməmək üçün Əmək Məcəlləsinin 68-ci maddəsinin 2A bəndi ilə kütləvi ərizə yazdırıblar.

Aşpazlar yanvarın 5 və 6-sı əmr olmadan işləyiblər. Ondan sonrakı gün dayələr uşaqlara yemək bişirib, hazırda isə əmək müqaviləsi olmadan iki işçinin anası orada qeyri-qanuni aşpazlıq edir. İşdən çıxarılan aşpazlardan biri Vətən müharibəsi veteranının anasıdır".

Şikayətdə qeyd olunub ki, aidiyyəti qurumlara müraciət olunsa da, məsələyə laqeyd yanaşılıb, problem həllini tapmayıb.

"O bağçada uşaqlara yeməyi işçilərin anaları bişirir"Məsələ ilə bağlı 32 saylı uşaq bağçasına ünvanladığımız sorğuya belə cavab aldıq: "32 nömrəli körpələr evi-uşaq bağçasında kənar şəxlər tərəfindən yemək bişirilməsi iddiası əsassızdır. Əsas məqsəd uşaqların sağlamlığı, təhlükəsizliyi və keyfiyyətli qidalanmasının təmin edilməsindən ibarətdir.

Bağçanın sabiq aşpazları ilə yenidən əmək müqaviləsinin bağlanmaması onların işlədikləri müddət ərzində davamlı olaraq nizam-intizam qaydalarını və bağçanın normal iş rejimini pozmaları ilə əlaqədardır".

Dövlət Məşğulluq Agentliyindən isə sorğumuza cavab olaraq bildirildi ki, işəgötürən tərəfindən işçinin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi əmək qanunvericiliyinin pozulması halı hesab olunur və qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur: "Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən bu halların qarşısının alınması məqsədilə mütəmadi nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir. Əmək münasibətlərinin rəsmiləşdirilməsi həm işçilərin hüquqlarının təminatı, həm də işəgötürənlərin hüquqi risklərinin azaldılması baxımından vacibdir.

Müraciətlər araşdırılarkən əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslər hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilirsə və nəticədə işəgötürən şifahi formada razılaşdırılmış əməkhaqqının ödənilməsindən yayınması halı aşkar edilirsə, işəgötürənlər barəsində AR İXM-in 192.1 maddəsinə əsasən inzibati cərimə tətbiq edilir. Bundan sonra vətəndaş qeyd olunan məsələ ilə bağlı aidiyyəti məhkəməyə müraciət edib hüquqlarının bərpası ilə əlaqədar iddia qaldıra bilər".

Xatırladaq ki, sözügedən uşaq bağçası ötən ay keyfiyyətsiz ət məhsullarından istifadə iddiaları ilə bağlı gündəmə gəlmişdi. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bağçada yoxlama aparılsa da, hər hansı uyğunsuzluq aşkarlanmamışdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1068   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 263
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

05.10.2026 156
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 162
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri

05.10.2026 223
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 123
.