Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib13 yanvar 2026-cı il tarixdə, Oğuz rayon Mədəniyyət Mərkəzində 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrə dair Oğuz Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilib.
Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, Regional idarələrin rəhbərləri, Oğuz RİH başçısı yanında Şuranın üzvləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Ümummilli Lideri Heydər Əliyevə həsr olunmuş videoçarx nümayiş edilmişdir.
Hesabat yığıncağında məruzə ilə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov 2025-ci il ərzində rayonun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər, icra olunan layihələr, infrastrukturun yenilənməsi, əhalinin məşğulluğu, sosial rifahın yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. O, həmçinin 2026-cı ildə qarşıda duran əsas vəzifələri diqqətə çatdırıb.
Xalqımızın mədəni irsinin qorunub saxlanmasına və təbliğ olunmasına xüsusi diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya bütün oğuzlular adından təşəkkür edib.
Hesabat yığıncağında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 9-cu ərazi sektorunun müdiri İlqar Süleymanov, Milli Məclisin deputatı Eyvaz Qurbanov, Şəki-Zaqatala Regional Məşğulluq filialının müdiri Abdulla Kərimov, şəhid Nail İbrahimlinin anası Aqibət İbrahimova rayonda aparılan quruculuq işlərini yüksək qiymətləndirərək, əldə olunan nailiyyətlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olduğunu vurğulayıblar.
Tədbirdə hesabat yığıncağı adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Oğuz Rayon İcra Hakimiyyəti başçısı yanında İctimai Şuranın sədri Günel Abdullayeva tərəfindən müraciət səsləndirilib, Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Orxan Cabbarov tərəfindən yığıncağın yekun qərarı elan olunub.
Daha sonra xidməti sahələri üzrə uzun müddət səmərəli fəaliyyət göstərən və rayonun ictimai-siyasi həyatında fərqlənən 11 nəfər Oğuz Rayon İcra Hakimiyyətinin Təşəkkürnaməsi ilə təltif edilib.
Sonda bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Oğuz rayonu bundan sonra da davamlı inkişaf edəcək və qarşıya qoyulan vəzifələr uğurla icra olunacaq.

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilibOğuz RİH başçısının hesabat yığıncağı keçirilib


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 874   Tarix: 13 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

05.10.2026 263
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

05.10.2026 186
.

Prezidentin sosial şəbəkə hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:

05.10.2026 156
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 162
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri

05.10.2026 223
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 123
.