Kosmosda astronavtların orqanizmində hansı dəyişikliklər baş verir?

Kosmosda astronavtların orqanizmində hansı dəyişikliklər baş verir?Kosmik uçuşlar zamanı astronavtların beyninin mövqeyi və forması zamanla dəyişir. Bu barədə insan sağlamlığına kosmik uçuşların təsirini araşdıran yeni elmi tədqiqatda bildirilib.

Qaynarinfo xəbər verir ki, "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırmaya görə, kosmosda qalma müddətindən sonra beyin kəllə boşluğu daxilində yuxarı və arxaya doğru yer dəyişir. Ən böyük dəyişikliklər isə sensor və motor sahələrdə qeydə alınır.

Alimlərin sözlərinə görə, beynin yuxarı və aşağı hissələri arasında fərqlənən regional qeyri-xətti yan deformasiyalar müşahidə olunur.

Tədqiqat çərçivəsində alimlər 26 astronavtın kosmosa uçuşdan əvvəl və qayıtdıqdan sonra çəkilmiş MRT görüntülərini analiz ediblər. Əldə olunan nəticələr Yer üzündə uzunmüddətli yataq rejimində, başı aşağı meyilli vəziyyətdə qalan 24 mülki iştirakçının görüntüləri ilə müqayisə olunub. Bu model mikroqravitasiyanın təsirini imitasiya edir.

Mülki iştirakçılarda da beynin forma və mövqeyində dəyişikliklər qeydə alınıb, lakin astronavtlarda yuxarıya doğru yerdəyişmə xeyli daha aydın olub.

Alimlər bildiriblər ki, kosmik uçuşlarla əlaqəli bu yerdəyişmə və beyin deformasiyalarının insan sağlamlığına və əmək qabiliyyətinə təsiri daha təhlükəsiz kosmos tədqiqatlarına yol açmaq üçün əlavə araşdırmalar tələb edir.

Onların sözlərinə görə, deformasiyaların böyük hissəsi uçuşdan sonra altı ay ərzində aradan qalxsa da, bəzi dəyişikliklər qalıcı olur.

Tədqiqatın həmmüəllifi, Florida Universitetinin tətbiqi fiziologiya və kineziologiya kafedrasının professoru Reyçel Saydler vurğulayıb ki, bu dəyişiklikləri və onların təsirini anlamaq astronavtların təhlükəsizliyini, sağlamlığını və uzunmüddətli iş qabiliyyətini qorumaq üçün vacibdir.

Kosmosda qalma müddətinin rolundan danışan Saydler qeyd edib ki, məhz bu amil həlledicidir:

"Ən böyük dəyişikliklər kosmosda bir il qalanlarda müşahidə olunub. Cəmi iki həftəlik uçuş edənlərdə də dəyişikliklər var idi, lakin daha az ifadə olunmuşdu. Qalma müddəti həlledici rol oynayır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 785   Tarix: 14 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

05.10.2026 263
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

05.10.2026 403
.

Təyyarə səfərləri haqqında sərnişinlərin bilmədiyi maraqlı faktlar

Təyyarə ilə səyahət edərkən sərnişinlərin çoxunun bilmədiyi bir sıra maraqlı detallar var. Ekipajın istifadə etdiyi gizli təhlükəsizlik vasitələrindən tutmuş, təyyarənin quruluşundakı mühəndislik həllərinə qədər bir çox detal uçuş təhlükəsizliyində mühüm rol oynayır. xarici mediaya istinadən xəbər veri

05.10.2026 186
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 162
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

05.10.2026 203
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 123
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

05.10.2026 338
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 207
.