Etirazlar artıq "dalğa" deyil, legitimlik böhranıdır

Etirazlar artıq "dalğa" deyil, legitimlik böhranıdır"İranda baş verən proseslər artıq klassik "etiraz dalğası" mərhələsini keçib və dərin siyasi parçalanma fazasına daxil olub. Fərəh Pəhləvinin təhlükəsizlik qüvvələrinə müraciəti və etirazçıların Xamneyni ilə bağlı açıq çağırışları göstərir ki, küçədəki narazılıq tədricən simvol və alternativ hakimiyyət axtarışına çevrilir. Bu, sadəcə sosial narazılıq deyil, legitimlik böhranıdır - sistemin mənəvi dayaqları çatlayır".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki, Pəhləvi monarxiyasının indiki İran cəmiyyətində real hakimiyyət alternativinə çevrilməsi çox çətindir. Bugünkü İran 1979-cu ilin İranı deyil. Əhalinin böyük hissəsi nə şah nostaljisi ilə yaşayır, nə də xaricdən gətirilən siyasi modellərə kor-koranə inanır. Küçədə olan gənclik azadlıq, rifah və normal həyat istəyir - tac, taxt, saray yox. Reza Pəhləvi ailəsi daha çox simvolik fiqur rolunu oynaya bilər, real siyasi inqilabın lokomotivi yox:

"Əsas təhlükə və eyni zamanda əsas imkan İranın daxilindədir: rejim elitasının parçalanıb-parçalanmaması. Əgər təhlükəsizlik strukturları, SEPAH və siyasi elita içində ciddi çat yaranarsa, bu sistemin transformasiyasına yol aça bilər. Əks halda, küçə nə qədər gur səs çıxarsa çıxarsın, divarı təkbaşına dağıda bilməz - tarix bunu dəfələrlə sübut edib.

Bu proseslərin ən real sonluğu ya tədrici siyasi yumşalma və islahatlar, ya da idarə olunan, nəzarətli dəyişiklikdir. Kənardan "Xamneynini aradan götürün" çağırışları isə İran cəmiyyətində qorxu və millətçi refleksi gücləndirir, bu da rejimin sərtləşməsinə xidmət edir. Paradoks budur: xarici təzyiq artdıqca, daxili dəyişiklik ehtimalı azalır.

Qısa desək, Pəhləvi hakimiyyətinin geri qayıtması daha çox emosional arzu, real siyasi ssenari isə daha mürəkkəb və uzun yoldur. İran dəyişəcək, bəli - amma böyük ehtimalla bu, keçmişə dönüş yox, ağrılı və qarışıq bir transformasiya formasında olacaq. Tarix geriyə yox, həmişə daha narahat gələcəyə doğru axır… və İran da bu qaydadan qaça bilməz".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 635   Tarix: 14 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

"Sabah" Çexiya klubunun azarkeşləri üçün 3 700-ə yaxın bilet ayırıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda baş tutacaq "Sabah" - "Slaviya" (Çexiya) oyunu ilə bağlı qonaq azarkeşlərə 3 675 yer ayrılıb. "Report" xəbər verir ki, bu barədə Praqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Həmçinin stadiona maksimum A4 ölçüsünd

05.10.2026 163
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

05.10.2026 202
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.

Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi

Zəngəzurun Şəki kəndində saxlanılan azərbaycanlı hərbçi Nəsimi Musayev insidentdən sonrakı gecə Sisyan xəstəxanasından İrəvandakı tibb mərkəzlərindən birinə aparılıb. "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə nəşrə mənbələr məlumat verib. Müvafiq dövlət qurumları isə Azərbayca

05.10.2026 202
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

05.10.2026 274
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 316
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

05.10.2026 253
.