Azərbaycanın TRIPP uğuru: Naxçıvan dəhlizi və strateji üstünlük

Azərbaycanın TRIPP uğuru: Naxçıvan dəhlizi və strateji üstünlük"Prezident İlham Əliyevin uzaqgörən və prinsipial siyasəti nəticəsində 2025-ci il avqustun 8-də Ağ Evdə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan sülh bəyannaməsi və onun əsas elementi olan "Trump Route for International Peace and Prosperity" (TRIPP) layihəsi Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini möhkəmləndirən tarixi nailiyyət kimi qiymətləndirilir. Ermənistanın baş naziri Nikol Paşinyan bu marşrutun ölkəsi üçün iqtisadi imkanlar və Qərbə inteqrasiya baxımından üstünlüklərini önə çəksə də, real strateji və uzunmüddətli dividendlər məhz Azərbaycanın xeyrinə formalaşır".

Bunu BiG.AZ-a açıqlamasında politoloq Tural İsmayılov bildirib.

O, qeyd edib ki, TRIPP-in Azərbaycana verdiyi ən mühüm üstünlük Naxçıvan Muxtar Respublikası ilə maneəsiz əlaqənin təmin olunmasıdır. Beləliklə, 30 ildən artıq davam edən blokada faktiki olaraq aradan qalxır. Azərbaycan öz ərazisi üzərində suveren nəzarət çərçivəsində, ABŞ-ın zəmanəti ilə strateji dəhliz əldə edir. Bu marşrut Türkiyəni Xəzər hövzəsi və Orta Asiya ilə, eyni zamanda Avropa istiqaməti ilə birləşdirən ən qısa tranzit yolunu açır və Azərbaycanı Türk dünyasının Qərbə açılan əsas qovşağına çevirir:

"Razılaşma Azərbaycan-ABŞ münasibətlərində də yeni mərhələnin başlanğıcıdır. Tramp administrasiyası tərəfindən Section 907 məhdudiyyətinin ləğvi Azərbaycana hərbi-texniki əməkdaşlığın genişlənməsi, NATO standartlarına yaxınlaşma və enerji sahəsində strateji tərəfdaşlığın dərinləşməsi imkanlarını açır. SOCAR ilə ExxonMobil arasında imzalanmış memorandumlar, yeni investisiya və enerji layihələri Azərbaycanın qlobal enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 732   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

05.10.2026 263
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

05.10.2026 403
.

Təyyarə səfərləri haqqında sərnişinlərin bilmədiyi maraqlı faktlar

Təyyarə ilə səyahət edərkən sərnişinlərin çoxunun bilmədiyi bir sıra maraqlı detallar var. Ekipajın istifadə etdiyi gizli təhlükəsizlik vasitələrindən tutmuş, təyyarənin quruluşundakı mühəndislik həllərinə qədər bir çox detal uçuş təhlükəsizliyində mühüm rol oynayır. xarici mediaya istinadən xəbər veri

05.10.2026 186
.

Tbilisi merindən Avropaya qarşı sərt ittiham

"Avropa strukturlarının Gürcüstandakı inqilab və çevriliş cəhdlərini heç vaxt pisləməməsi bu proseslərin məhz onların göstərişi əsasında baş verdiyinə dəlalət edir". -ın TASS-a istinadən verdiyi məlumata görə, bu sözləri hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının ba

05.10.2026 162
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

05.10.2026 203
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 123
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

05.10.2026 338
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 207
.