Cabir İmanovun qəbirinin üstü niyə götürülmür? FOTOLAR

Cabir İmanovun qəbirinin üstü niyə götürülmür? FOTOLAR"Şən və Hazırcavablar Klubu"nun üzvü, Əməkdar artist Cabir İmanovun vəfatından dörd aya yaxın vaxt ötür.

"Yeni Sabah" əməkdaşı Bakının Yasamal rayonunda yerləşən "Qurd qapısı" qəbiristanlığında mərhumun məzarını ziyarət edib.

Daha öncəki ziyarətlərimizdə müşahidə etdiyimiz kimi, sənətkarın məzarı üzərinə yenə də çox sayda güllər düzülmüşdü. Görünür, yaxınları, sənət dostları və sevənləri Cabir İmanovun məzarını tez-tez ziyarət edir.

Ziyarət zamanı diqqətimizi çəkən əsas məqam isə Əməkdar artistin qəbirinin üstünün hələ də götürülməməsi, başdaşı qoyulmaması oldu. Hazırda Azərbaycanda müşahidə edilən ənənəyə görə, adətən, vəfat edən şəxsin məzarının üstü mərhumun 40 mərasiminədək götürülür, sinə və başdaşı qoyulur, ətrafı abadlaşdırılır. Amma C.İmanovun qəbirinin üstü götürülməyib, ilk gündə olduğu kimi saxlanılıb. Hətta, həmin məzarda Əməkdar artistin dəfn edildiyini göstərən bir nişanə belə yoxdur: Cabirin adı heç yerdə qeyd olunmayıb.

Doğmalarının nəyə görə belə bir qərar verməsinin səbəbi məlum deyil. Ona görə də bu barədə yalnız ehtimalla danışmaq olar.
Cabir İmanovun qəbirinin üstü niyə götürülmür? FOTOLARBirincisi, bu, mərhumun və onun qardaşı, Əməkdar artist, aktyor Tahir İmanovun dini baxışları ilə bağlıdır. Yerli mətbuat yazır ki, İmanov qardaşları İslamın sələfi təriqətinə mənsubdurlar, dinin tələblərini olduğu kimi yerinə yetirirlər. Bunu gücləndirən arqumentlərdən bir də Cabir İmanov son mənzilə yola salınması zamanı dini ayinləri Azərbaycan sələfilərinin tanınmış nümayəndəsi Əlixan Musayevin yerinə yetirməsi idi. Sələfilər məzar daşı hazırlatmırlar, qəbrin itməsini normal sayırlar.

İkincisi, ola bilər ki, C.İmanovun məzarüstü abidəsi hazırlanır. Bu isə müəyyən zaman tələb edir. Ona görə də qəbir olduğu kimi qalıb.

"Yeni Sabah"ın əməkdaşı məsələ ilə bağlı Cabir İmanovun atası, professor Qorxmaz İmanovla əlaqə saxlayıb. Lakin o, suallara cavab verməkdən imtina edib.

"Cabirlə bağlı heç vaxt danışmayacam. Heç kimə heç nə demək fikrində deyiləm", - o, söhbəti yekunlaşdırıb.

Qorxmaz İmanovun mövqeyini anlayışla qarşılayırıq. Görünür, dərdli ataya gənc yaşında dünyadan köçən övladı barədə danışmaq çətindir, amma Cabirin xatirəsinin yaşadılması da vacibdir…

Qeyd edək ki, C.İmanov 2025-ci il sentyabrın 29-da 49 yaşında vəfat edib. Onun ölümünə ürəktutması səbəb olub.
Cabir İmanovun qəbirinin üstü niyə götürülmür? FOTOLAR


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1411   Tarix: 15 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Avtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"

Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək

05.10.2026 263
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

05.10.2026 190
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

05.10.2026 252
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

05.10.2026 207
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

05.10.2026 235
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

05.10.2026 307
.

İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?

Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav

05.10.2026 123
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 137
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.