Yol polisi qarla bağlı XƏBƏRDARLIQ ETDİ
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanvarın 17-dən 22-dək Azərbaycan ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
İdarədən BiG.AZ-a verilən məlumata görə, müraciətdə hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmaq tələb edilib.
"Başa çatmaqda olan həftə ərzində dağlıq və dağətəyi rayonlarda yağan qarın yollarda yaratdığı çətinliklər fonunda hava şəraitinin yenidən pisləşməsi hərəkət iştirakçılarından daha ehtiyatlı və hazırlıqlı olmağı tələb edir. Xüsusilə qarın ərimədiyi, eləcə də külək tutan açıq ərazilərdə, enişli-yoxuşlu yollarda, körpülərdə səhər və axşam saatlarında yolların buz bağlaması ehtimalı nəzərdə qaçmamalıdır", - bildirilib.
O da vurğulanıb ki, DYP əməkdaşları aidiyyəti qurumlarla birgə yağıntılı hava şəraitinin yollarda yarada biləcəyi fəsadların aradan qaldırılması, hərəkət iştirakçılarının təhlükəsiz hərəkətinin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlər görür.
Bununla yanaşı, BDYPİ xüsusilə həftəsonu avtomagistrallarda hərəkət intensivliyinin artacağını nəzərə alaraq, qarşıdakı günlərdə səfərə hazırlaşan sürücülərdən yolların buz bağlama ehtimalını unutmamağı, texniki-təhlükəsizlik baxımından - ələlxüsus şinləri yararsız, mövsümə uyğun təchiz edilməmiş avtomobillərlə yola çıxmamağı, təcrübəsiz sürücülərdən sükan arxasına əyləşməməyi, sərnişindaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərdən daha təhlükəsiz marşurutlar üzrə hərəkətə üstünlük verməyi xahiş edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 802 Tarix: 17 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAvtomobil sığortası bahalaşdı: "Başqa səbəb yoxdur"
Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AQSİS) üzrə həm yığımlarda, həm də ödənişlərdə kəskin artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında bu sığorta növü üzrə 131,228 milyon manat sığorta haqqı toplanıb. Bu, 2025-ci ilin müvafiq dövründək
05.10.2026 263 Prezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izlədi - Fotolar-Yenilənib
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. *. Əvvəlcə dövlət başçısı Bakıda keçirilən cüdo üzrə dünya çempionatında qızıl medal qazanan azərbaycanlı idmançı Əhmə
05.10.2026 352 Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"
Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri
05.10.2026 201 Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?
Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar
05.10.2026 159 İnsan orqanizminin dözə biləcəyi ən yüksək temperatur nə qədərdir?
Alimlər insan orqanizminin yüksək temperatur və rütubət qarşısında hansı həddə müdafiəsiz qaldığını araşdırıblar. "Yaş termometr temperaturu" adlandırılan göstərici həyati təhlükə yaradan hədləri müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır. Qaynarinfo xəbər verir ki, dünyada isti hav
05.10.2026 123 "Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi
Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild
05.10.2026 210 Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri
Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu
05.10.2026 174 Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
05.10.2026 274 Sentyabrda metrodan 14 milyondan çox sərnişin istifadə edib
Sentyabrda sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər. Bu barədə Teleqraf-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikd
05.10.2026 161