Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaq

Kərə yağı ilə bağlı ziddiyyət: Yenə də bahalaşacaqSon açıqlanan rəsmi statistika kərə yağı bazarında ziddiyyətli mənzərəni ortaya qoyur. Belə ki, ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 24 min 358,8 ton kərə yağı istehsal edilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,4 faiz azalma deməkdir. Bununla yanaşı, dekabrın 1-nə sənaye müəssisələrinin anbarlarında 179,6 ton kərə yağı ehtiyatının formalaşdığı bildirilir. İllik müqayisədə 199,6 dəfə artım kimi təqdim olunan bu göstəricilər bazarda real bolluqla bağlı ciddi suallar yaradır. İstehsalın azaldığı bir şəraitdə ehtiyatların bu qədər artması nə ilə izah olunur və bu ehtiyatlar bazara çıxarıldığı halda qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?

"Kərə yağı üzrə yerli istehsal mövcud deyil"

Azərbaycan süd və süd məhsulları istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Samir Eyyubovun sözlərinə görə, Azərbaycanda yerli süd əsasında kərə yağı istehsalı faktiki olaraq çox aşağı səviyyədədir: "Rəsmi statistikada göstərilən "istehsal" rəqəmləri əsasən idxal olunan qaymaqdan emal edilən məhsulların, eləcə də xammal formasında idxal edilən hazır məhsulun ölkə daxilində təkrar qablaşdırılması və ya minimal emalı hesabına formalaşır. Bu səbəbdən statistikada "yerli istehsal" kimi təqdim olunan göstəricilər real bazar vəziyyətini əks etdirmir və bazarın yanlış təhlil olunmasına gətirib çıxarır. Reallıqda kərə yağı üzrə idxaldan asılılıq 90 faizin üzərindədir. Anbarlarda mövcud olan kərə yağının hamısı ya hazır şəkildə idxal edilmiş məhsullardır, ya da xammal formasında xaricdən gətirilərək ölkə daxilində təkrar emal olunmuş məhsullardır. Tam mənada yerli istehsal hesab edilə biləcək məhsul demək olar ki, mövcud deyil".

"İdxal qiyməti 18 faiz artıb"

S.Eyyubovun sözlərinə görə, 2025-ci ilin ilk 9 ayın statistikasına nəzər yetirdikdə görünür ki, ölkəyə idxal olunan kərə yağının orta idxal qiyməti 2024-cü illə müqayisədə təxminən 18 faiz artıb. Bu qiymət artımı fonunda aylıq orta idxal həcmlərində təxminən 11 faiz azalma qeydə alınıb: "Bundan əlavə, 2024-cü ildə Rusiyaya təxminən 12 min ton kərə yağı ixrac edildiyi halda, 2025-ci ilin ilk 9 ayının göstəricilərinə əsasən, bu rəqəm 2 300 ton səviyyəsinə qədər geriləyib. Nəticədə təkrar emal həcmləri azalıb və bu da statistik "istehsal" göstəricilərinin aşağı düşməsinə səbəb olub. Rusiyaya ixrac həcmlərində baş verən kəskin azalma, yəni əsas satış kanallarından birinin daralması, bazarda balanssızlıq yaradaraq ehtiyatların artması görüntüsünü formalaşdırıb".

"Qiymətlər enməyəcək, əksinə, qalxacaq"

Sədr bu prosesin istehsalçılara necə təsir edəcəyindən də bəhs etdi: "Ehtiyatların uzun müddət anbarda saxlanılması istehsalçılar üçün ciddi maliyyə itkisi deməkdir. Bu, məhsulun istifadə müddətinin azalmasına, dövriyyə və likvidlik problemlərinə, nəticə etibarilə isə təkrar maliyyə itkilərinin artmasına səbəb olur. Mövcud ehtiyatlar artıq 2024-cü illə müqayisədə təxminən 18 faiz daha baha olub. Üstəlik, 2026-cı ilin ilk günlərindən etibarən idxal rüsumunun yenidən 15 faizə qaldırılması gözlənilir. Bu amillər qiymətlərin aşağı düşməsinə deyil, əksinə, bazarda ciddi qiymət artımlarına yol aça bilər. Şirkətlər orta hesabla 9-10 faiz qiymət artımı etməyə məcbur qala bilərlər".

"Südün maya dəyərinin artması kərə yağının qiymətlərinə təsir edir"

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimli isə təqdim edilən rəqəmlərlə razı deyil: "Ehtimal olunur ki, hesablamalara kərə yağı ilə yanaşı, digər yağ məhsulları da daxil edilib, bu da göstəricilər arasında fərqliliyin yaranmasına səbəb ola bilər".

C.İbrahimlinin fikrincə, 2025-ci ildə kərə yağının qiyməti əhəmiyyətli dərəcədə yüksəlib: "Paralel olaraq fermalardan südün çıxış qiymətlərində də artım müşahidə olunur ki, bu da əsasən yem xərclərinin və istehsal maya dəyərinin artması ilə bağlıdır. Südün maya dəyərinin artması birbaşa satış qiymətinə, nəticə etibarilə isə kərə yağının qiymətinə təsir göstərib. Mövcud vəziyyətdə yaxın vaxtlarda qiymətlərin enməsi gözlənilmir, çünki tələbat yüksək olaraq qalır".

"Kifayət qədər potensial mövcuddur"

Ekspert qiymətlərin aşağı düşməsini yerli istehsalın artırılmasında görür: "Bununla yanaşı, Azərbaycanın kərə yağı istehsalını artırmaq üçün kifayət qədər potensialı mövcuddur. Lakin hazırda fermer təsərrüfatları ilə emal müəssisələri arasında sinxron əməkdaşlıq mexanizmi düzgün qurulmayıb. Bu uyğunsuzluq istehsal zəncirində problemlər yaradır və ölkənin idxaldan asılılığını artırır. Düzgün koordinasiya və dəstək mexanizmləri formalaşarsa, daxili istehsalın artırılması mümkündür və bu da orta müddətdə qiymətlərin stabilləşməsinə şərait yarada bilər".

"Rəqəmlər satışın zəiflədiyini göstərir"

İqtisadçı-ekspert Günay Hüseynova isə düşünür ki, kərə yağı istehsalının azalması fonunda ehtiyatların artmasının əsas səbəbi idxal olunan alternativ məhsullarla, xüsusilə də marqarin və digər tərkibli yağlarla bağlıdır: "Bu məhsullar qiymət baxımından alıcının büdcəsinə daha uyğun olduğu üçün tələbat əsasən onlara yönəlir. Kərə yağının öz alıcısı olsa da, qiymət səbəbindən tələbat genişlənmir və nəticədə məhsul anbarda qalır. Ehtiyat anbarlarında məhsulun çox olması bazarda real bolluq və ya qiymətlərin avtomatik ucuzlaşacağı anlamına gəlmir. Bazarda bolluqdan yalnız o zaman danışmaq olar ki, məhsula tələbat olsun və onun qiyməti alıcı üçün əlçatan səviyyədə formalaşsın. Bu baxımdan, söhbət istehlakçı üçün deyil, anbar üçün real bolluqdan gedir. Real iqtisadi mühitdə isə bu vəziyyət satışın zəiflədiyini göstərir".("Kaspi" qəzeti)


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 17 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri

05.10.2026 223
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

05.10.2026 256
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 137
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

05.10.2026 190
.

Magistraturaya qəbul olan bu tələbələr pulsuz təhsil alacaqlar

2026-2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrinə əsasən müəyyən sayda dövlət sifarişli yerlər istifadə edilməyib. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmu

05.10.2026 170
.

Payızda yay izdihamı olmadan gəzmək üçün yeddi məkan

Avropa istiqamətləri payız aylarında xüsusilə cəlbedici olur - rahat Kopenhagendən və mistik İrlandiyadan qızılı rəngə bürünən Dolomitlərə və qastronomiyası ilə seçilən Umbriyaya qədər. İsti Avropa yayından sonra səyahət üçün heç də az cəlbedici olmayan başqa bir mövsüm başlayır. Payızda məşhur şəhərlərd

05.10.2026 171
.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 201
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

05.10.2026 338
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

05.10.2026 183
.