Netanyahu: Qəzzanın idarə edilməsi üzrə şuranın tərkibi İsrail ilə razılaşdırılmayıb
Qəzza sektorunun idarə edilməsi üzrə şuranın tərkibi İsrail tərəfindən razılaşdırılmayıb və onun siyasətinə ziddir.
"Report"un məlumatına görə, bu barədə İsrailin hökumət başçısı Benyamin Netanyahunun dəftərxanası bəyanat yayıb.
"Sülh Şurasına tabe olan Qəzzanın idarə edilməsi üzrə şuranın tərkibi haqqında elan İsrail ilə razılaşdırılmayıb və onun siyasətinə ziddir", - deyə bəyanatda bildirilib.
Dəftərxana əlavə edib ki, Netanyahu İsrailin xarici işlər naziri Qideon Saara bu məsələ ilə bağlı ABŞ-nin Dövlət katibi Marko Rubioya müraciət etməyi tapşırıb.
Xatırladaq ki, 9 oktyabr 2025-ci ildə İsrail və Fələstinin HƏMAS hərəkatı Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə ABŞ Prezidenti Donald Tramp tərəfindən təqdim edilmiş sülh planının birinci mərhələsinin icrası barədə razılığa gəlib. Növbəti gün Qəzza sektorunda atəşkəs rejimi qüvvəyə minib. Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini, habelə sektorun idarə olunması üzrə strukturların, o cümlədən Sülh Şurasının fəaliyyətə başlamasını nəzərdə tutur.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 123 Tarix: 18 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Makron ABŞ-nin Qrenlandiyaya görə rüsum tətbiqini qəbuledilməz adlandırıb
Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı vəziyyətə görə rüsumlar tətbiq etmək qərarını qəbuledilməz adlandırıb. "Report"un məlumatına görə, müvafiq açıqlama Fransa liderinin "X" sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib. O qeyd edi
18:00 173 İsrail ordusu Qəzzada HƏMAS-ın bir neçə komandirinin məhv edildiyini açıqlayıb
İsrail ordusu Qəzzaya son zərbələr nəticəsində bir neçə yüksək rütbəli HƏMAS döyüşçüsünün zərərsizləşdirildiyini bildirib. "Report"un "The Times of Israel"ə istinadən məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Həlak olanlar arasında "Əl-Qassam" briqadasını
20:20 138 KİV: Almaniyalı hərbçilər Qrenlandiyanı təcili tərk etmək əmri alıblar
Qrenlandiyada olan Almaniya hərbçiləri yanvarın 18-də səhər saatlarında gözlənilmədən Berlindən adanı təcili tərk etmək əmri alıblar. bildirir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən xəbər verir. Məlumata görə, admiral Ştefan Paulinin rəhbərlik etdiyi 15 əsgər və zabit artıq Nuu
22:30 104 Estoniya 2026-cı ildə müdafiəyə 2,4 milyard avro xərcləyəcək
Estoniya bu il ümumi daxili məhsulun (ÜDM) 5,4 %-ni müdafiəyə xərcləyəcək. "Report" xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristen Mixal "Facebook"da paylaşım edib. "2026-cı ildə xarici vəsaitlər də daxil olmaqla, Estoniyanın müdafiə xərcləri tarixi baxımdan yüksəkdir
21:40 109 Avstriyanın Alp dağlarında qar uçqunları nəticəsində beş nəfər həlak olub
Alp dağlarınının Avstriya ərazisinə düşən hissəsində qar uçqunları nəticəsində beş nəfər həlak olub. "Report" xəbər verir ki, bu barədə Avstriyanın "ORF" teleradio şirkəti məlumat yayıb. Məlumata görə, Zalsburq yaxınlığındakı Ponqau rayonunda yerləşən Finsterkopf dağında (hündürlüy
20:30 148 Suriya ordusu Rakka şəhər mərkəzində nəzarəti ələ keçirdi
Suriyanın Deyr-əz-Zor bölgəsində üsyan qaldıran ərəb qəbilə qüvvələri başda strateji əhəmiyyətli "Ömər" neft və "Kuniko" təbii qaz yataqları olmaqla, bir çox yaşayış məntəqəsini SDQ/YPG terror təşkilatından azad edib. bu barədə "Milliyet" qəzetinə istinadən xəbər verir
22:10 107 ABŞ senatoru: Hazırda Qrenlandiya üçün təhlükəsizlik sahəsində təhdid yoxdur
ABŞ və Danimarka arasında gərginliyin azaldılması üçün addımların atılması vacibdir. "Report"un "ABC News" telekanalına istinadən məlumatına görə, bunu ABŞ nümayəndə heyətinin rəhbəri demokrat-senator Kris Kuns Kopenhagendə mətbuat konfransında bildirib. ABŞ qanunvericilərindən ibarə
12:00 173 Starmer: Trampın rüsumların tətbiqi ilə bağlı qərarı tamamilə yanlışdır
Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, Qrenlandiya ilə bağlı qərarı Danimarka və ada sakinləri verməlidir. "Report"un "Sky News"a istinadən məlumatına görə, Starmer bu barədə Amerika lideri Donald Trampın Qrenlandiya məsələsinə görə Böyük Britaniya da daxil olmaqla
19:20 163 İstanbulda qar fırtınası: Uçuşlar ləğv edildi
İstanbulun bütün rayonlarına mövsümün ilk güclü qarı yağıb. "RİA Novosti"yə istinadən xəbər verir ki, bazar günü günortadan sonra şəhərin əksər əraziləri ağ örpəyə bürünüb. Qar güclü küləklə müşayiət olunur. Sinoptiklər hər kvadratmetrə 3-7 kq qar yağacağını proqnozlaşdırırlar. Onlar nəqliyyatd
23:20 80