"Səhiyyə sistemində həm Səhiyyə Nazirliyi, həmdə TƏBİB-in olması doğru yanaşma deyil" - NATİQ CƏFƏRLİ

"Səhiyyə sistemində həm Səhiyyə Nazirliyi, həmdə TƏBİB-in olması doğru yanaşma deyil" - NATİQ CƏFƏRLİSon illərdə Azərbaycan səhiyyə sistemi bir sıra struktur dəyişikliklərdən keçsə də, vətəndaşların gündəlik həyatında yaranan problemlər hələ də həllini tapmayıb. Xüsusilə dövlət xəstəxanalarında TƏBİB-in tətbiqi ilə müayinələrin çeklə pulsuz olması bəzi vətəndaşlar üçün ümid yaratmış olsa da, praktiki olaraq uzun növbələr, rentgen və laboratoriya xidmətlərində məhdudiyyətlər, həmçinin dərmanların keyfiyyətsizliyi gündəlik təcrübəni çətinləşdirir. Media və vətəndaşların müraciətlərinə baxmayaraq, Səhiyyə Nazirliyi və TƏBİB məsuliyyəti bir-birinin üstünə atır, bu isə problemin həllini əngəlləyir. Belə vəziyyətlər sağlamlıq hüququnun və vətəndaş etimadının ciddi şəkildə zədələnməsinə səbəb olur.
"Səhiyyə sistemində həm Səhiyyə Nazirliyi, həmdə TƏBİB-in olması doğru yanaşma deyil" - NATİQ CƏFƏRLİMövzu ilə bağlı REAL partiyasının sədri Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, ümumiyyətlə səhiyyə sistemində bir neçə idarəedici mərkəzin olması, yəni həm Səhiyyə Nazirliyinin, həm TƏBİB-in olması, bundan başqa müvafiq icra hakimiyyəti strukturunda tibbi bölmələrin formalaşması və olması, yəni bütün bunlar pərakəndəliyi artıran və xidmətin keyfiyyətini aşağı salan və bir-birilərinin üzərinə məsuliyyətin atılması üçün yaranan şəraitlə izah etmək olar. Yəni bu doğru yanaşma deyil. Onun sözlərinə görə, istənilən sahə bir mərkəzdən bir məntiqlə idarə olunmalıdır: "Bu zaman həm idarəetmənin keyfiyyəti, həmdə səlahiyyət və məsuliyyət bölgüsü doğru həyata keçirilir. Bizdə həm Səhiyyə Nazirliyi var, həm TƏBİB var. Həmdə müvafiq icra strukturlarının tərkibində səhiyyə idarələri var. Bunların məsuliyyət və səlahiyyəti arasında bölgünü aydınlaşdırmaq çətindir. Ona görədə bəzi hallarda həttda bunlar rəqibə çevrilirlər. Yəni bir-birilərinə rəqib kimi baxırlar. Bunun isə acısını vətəndaş çəkir.

Ona görədə düşünürəm ki, bu sahədə vahid mərkəzdən idarəolunma məsələsi həllini tapmalıdır. Yəni ya TƏBİB olsun, yada Nazirlik olsun. Buna görədə bu yanaşmanın bəzi hallarda ciddi problemlər yaratdığı insanlar tərəfindən də görünür. Burda həttda İcbari Tibbi Sığortanında ayrıca bir problemi var. Yəni burda da bu sahə ilə bağlı səlahiyyətin və məsuliyyətin necə bölündüyüdə dəqiq deyil. Vətəndaş məsələn bilmir ki, hara getməlidir, nə etməlidir. İcbari Tibbi Sığorta ilə bağlı problem yarananda kimə şikayət etməlidir və bu şikayətə necə baxılmalıdır? Yəni bütün bunlar təbiiki səhiyyə sistemində pərakəndəlik, keyfiyyətin və vətəndaş məmnuniyyətinin aşağı düşməsinə səbəb olur".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 834   Tarix: 19 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Foto və güzgüdə niyə fərqli görünürük: Hansı görüntü həqiqətə daha yaxındır?

Yəqin ki, hər kəsin başına belə bir vəziyyət gəlib: evdən çıxarkən güzgüyə baxırsan və görünüşünün Olimpiya tanrıları ilə rəqabət apara biləcəyini düşünürsən. Qaynarinfo xəbər verir ki, sonra həmin gün foto çəkdirirsən, şəkilə baxanda isə hər şeyin niyə bu qədər pis göründüyünü anlamayaraq təəccüblənirsən

05.10.2026 159
.

"İnsanlara zəhər yedirilir": Dönərxanalarda nə baş verir?

Gəncədə zəhərlənmə hadisəsi baş verib. Hadisə şəhər ərazisində qeydə alınıb. İki nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara dərhal tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. İlkin məlumata görə, hər iki şəxs dönər yedikdən sonra özlərini pis his

05.10.2026 316
.

Şəhidimizin adını daşıyan gəmi dron hücumuna məruz qaldı: Həlak olan Məhəmmədin fotosu

Ukraynadan İtaliyaya taxıl daşıyan Türkiyə bayraqlı "Royal Məmmədov" yük gəmisinin PUA hücumuna məruz qalması nəticəsində həlak olan digər azərbaycanlı dənizçinin də kimliyi müəyyənləşib. -ın əldə etdiyi məlumata görə, həlak olan digər dənizçi Məhəmməd adlı şəxsdir. Onun fotosunu təqdim edirik:

05.10.2026 357
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

05.10.2026 222
.

Tarixin ən böyük avtomobil tıxacı 12 gün davam edib: Harada baş verib?

Tarixin ən böyük avtomobil tıxacı tam 12 gün davam edib və təxminən 100 kilometr məsafəyə uzanıb. Hadisə o qədər qeyri-adi olub ki, dünya mediasının manşetlərinə çıxıb. Qaynarinfo "Supercar Blondie" nəşrinə istinadən xəbər verir ki, tıxac 2010-cu ildə Çində yaranıb. Bu ölkədə avtomobil tıxaclar

05.10.2026 159
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

05.10.2026 244
.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

05.10.2026 201
.

Bir saç kəsimi necə böhrana çevrildi? - Nil Armstronqun yaşadığı qeyri-adi hadisə

Aya ilk ayaq basan insan Nil Armstronqun həyatındakı ən qəribə anlaşılmazlıqlardan biri bərbər kreslosunda başlayıb. Armstronq saçlarının özündən xəbərsiz şəkildə toplanaraq məşhur kolleksiyaçıya 3 min dollara satıldığını öyrənib. Qaynarinfo xəbər verir ki, Aya ilk ayaq basan insan olmaq Nil Armstronq

05.10.2026 137
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

05.10.2026 231
.