Pensiya yaşına çatmayan vətəndaşların kapitalı niyə ailəsinə qaytarılmır? - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda sosial təminat sistemi ilə bağlı cəmiyyətdə ən çox müzakirə olunan və narazılıq doğuran məsələlərdən biri pensiya kapitalı problemidir. Xüsusilə də vətəndaşların illərlə əmək fəaliyyəti dövründə maaşlarından tutulan və fərdi hesablarında toplanan pensiya kapitalının, onların pensiya yaşına çatmadan vəfat etməsi halında ailə üzvlərinə qaytarılmaması ciddi suallar yaradır. Bu vəziyyət həm sosial ədalət prinsipləri, həm də vətəndaşların gələcəyə olan etimadı baxımından narahatlıq doğurur. İnsanlar ömür boyu işləyir, dövlət qarşısında öhdəliklərini yerinə yetirir, lakin pensiya hüququnu reallaşdıra bilmədən dünyasını dəyişdikdə, onların zəhməti ilə formalaşmış vəsait faktiki olaraq sistem daxilində "itmiş" sayılır. Məhz bu səbəbdən pensiya kapitalının taleyi, onun miras kimi ailə üzvlərinə verilməsi məsələsi son illər ictimai diskussiyaların mərkəzinə çevrilib və sosial siyasətin yenidən nəzərdən keçirilməsini zəruri edir.
Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli BiG.AZ-a açıqlamasında bildirdi ki, bizdə pensiya sistemi fərqlidir. Yəni pensiya sistemi həmrəlik prinsipinə uyğundur. Yəni vətəndaş pensiya yaşına çatıb dünyasını dəyişsədə, dəyişməsədə və yaxudda pensiya yaşından sonra 5 ildə yaşasa, 30 ildə yaşasa hamıya pensiya verir. Onun sözlərinə görə, həttda hökümət 2026-cı ilə qədər 1 il işləməyən şəxsədə pensiya verir: "1 manat pensiya kapitalına pul keçirməyən adamada pensiya verir. Yəni bizdə bu sərt forma deyil, həmrəlik prinsipidir. Heç bir gün işləməyən vətəndaşda pensiya ala bilir. O halda digər vətəndaş deyə bilərki, mənim pensiya kapitalım mənə məxsusdursa, bir gün işləməyən vətəndaş kimdir ki, dövlət ona pensiya versin, pensiya fondu özü-özünü maliyyələşdirməlidir.
Dediyim kimi bizdə icbari penisya sistemidir, həmrəlik prinsipi əsasında təşkil olunur. Yəni biz indi yaşlıların pensiyasını ödəyirik, gələcəkdə də biz yaşlananda da gənclər bizim pensiyamızı ödəyəcək. Sistem bundan ibarətdir. Sadəcə bizim fərdi uçot, fərdi kapital sistemimiz bizim pensiyamızın məbləğini müəyyənləşdirir. Nə qədər müzakirə olunsada xeyri olmayacaq. Çünki bu dəyişiklik tamamilə pensiya sisteminin yenidən qurulması deməkdir. Bu məsələni həll etmək üçündə hökümət bir neçə ildir özəl pensiya fondu lahiyəsini işləyir. O, məsələlər isə özəl pensiya fondu çərçivəsində tənzimlənəcək.
Özəl pensiya varislik məsələsi olacaq. Təbiiki özəl pensiya fonduna əlavə pul qoymalıyıq. Pensiya yaşının artırılmasının qəti əleyhinəyəm. Hesab edirəm ki, hökümət orda anti-humanist davranır. Düzgün addım atmır. Pensiya xərcinin aşağı salınması üçün insanlara pensiya yaşının əlçatanlığını pisləşdirib. Avropada da penisya yaşı 65 yaşdır. Ancaq Avropada insanlar 83-84 il yaşayır. Yəni pensiyaya çıxandan sonra ən azı 15-20 il pensiya alır. Amma Azərbaycanda insanlar 74-75 il yaşayır. Yəni pensiya yaşının artırılması pensiya xərcini azaltmaq üçün, bilərəkdən atılan addımdır".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 889 Tarix: 22 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589