40 saat kağız üzərində, 70 saat reallıqda: Azərbaycanda əmək istismarı

40 saat kağız üzərində, 70 saat reallıqda: Azərbaycanda əmək istismarıAzərbaycanda qanunvericilikdə həftəlik 40 saatlıq iş rejimi nəzərdə tutulsa da, bu norma faktiki olaraq yalnız kağız üzərində qalır. Reallıqda milyonlarla insan gündə 10-12 saat, həftə ərzində isə 60-70 saata qədər çalışdırılır. Əlavə işlərə görə ödəniş edilmir, iş vaxtı uçotu formal xarakter daşıyır və işçilər hüquqlarını tələb etməkdən çəkinirlər. Nəticədə qanunla müəyyən edilmiş iş rejimi ilə real əmək bazarı arasında ciddi uçurum yaranır. Ötən il saatlıq əmək haqqı sisteminə keçidlə bağlı müzakirələr aparılsada anidən bu müzakirə dayandı və saatlıq əmək haqqı sisteminə keçid təxirə salındı. Bu mənzərə dünyadakı ümumi tendensiya ilə kəskin ziddiyyət təşkil edir. Bu gün inkişaf etmiş və hətta inkişaf etməkdə olan ölkələrin böyük bir qismi iş-həyat balansını qorumaq məqsədilə 4 günlük iş rejiminə keçid edir.

AFP-nin məlumatına görə, dünyanın artıq 48 ölkəsində 4 günlük iş həftəsi ya tətbiq olunur, ya da pilot layihə kimi icra edilir. Azərbaycanda isə nəinki 4 günlük iş rejimi gündəmdə deyil, hətta mövcud 40 saatlıq iş həftəsi belə real həyatda işlək mexanizmə çevrilə bilmir. Problemin digər tərəfi sahibkarlığa dəstək adı altında illərdir yoxlamaların dayandırılmasıdır. Bu səbəbdən əmək müfəttişliyi müəssisələrdə real və sistemli nəzarət həyata keçirə bilmir və mexanizm əsasən işçinin şikayətinə bağlanıb. Lakin ölkədə əmək haqqının 400-500 manat arasında dəyişdiyi bir şəraitdə demək olar ki, heç kim işini itirmək qorxusu ilə şikayət etmir. Çünki işçi müraciət etdikdə, ən "yaxşı" halda işdən çıxarılır, ən pis halda isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azad edilir. Bu maddə ilə işdən çıxarılan işçi faktiki olaraq heç bir yerdə işə götürülə bilmir və əmək bazarından kənarlaşdırılır. Həmin maddəni üzərindən götürmək üçün isə işçi məhkəməyə müraciət etməli, vəkil tutmalıdır ki, bu da əlavə maddi yük, vaxt itkisi və ciddi psixoloji gərginlik deməkdir. Nəticədə qanunla qorunmalı olan işçi reallıqda seçim qarşısında qalır: ya susub istismara dözməlidir, ya da hüququnu tələb edib əmək bazarından tamamilə kənarda qalmalıdır.
40 saat kağız üzərində, 70 saat reallıqda: Azərbaycanda əmək istismarıMövzu ilə bağlı REAL partiyasının sədri Natiq Cəfərli BiG.AZ-a açıqlamasında bildirdi ki, saatlıq iş qrafikinin Azərbaycanda tətbiq edilməsi çox çətindir. Çünki bizdə dövlət sektorunda çalışan işçilərin sayı kifayət qədər çoxdur. Onların sayı 895 minə yaxındır. Onun sözlərinə görə, polis, nazirlik işçiləri, müəllimləri, həkimləri necə saatla çalışdırmaq olar? Ona görə burda biraz çətinlik var: "Biznesdə isə saatlıq iş qrafikinə keçmək çətindir. Çünki iş yerləri ilə bağlı problem olduğundan bununla bağlı hansısa bir addım atmaq çətinlik törədir. İşçilərin istismar hallarının qarşısını almağın iki çıxış yolu var. Birincisi, Həmkarlar Komitəsi güclənməlidir.

Dünyanın hər yerində bu işlə Həmkarlar Komitəsi məşğul olur. Bizdə isə Həmkarlar Komitəsi ölü doğulmuş bir orqan kimidir. Onların fəaliyyətini demək olar ki, görmürük. İkincisi isə insanlar özləri kollektiv şəkildə birləşməlidir. Çünki bir işçini işdən çıxarda bilərlər, amma 10-15 nəfər birləşib şikayət etsələr və öz sözlərinin arxasında dursalar, onların hamısını birdən-birə işdən çıxarmaq mümkün deyil təbiiki. Yəni burda vətəndaş aktivliyinə və Həmkarlar təşkilatlarının güclənməsinə ehtiyac yaranır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 939   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.