Dünyada 3-4%, Azərbaycanda 13-14%: Bank faizlərinin ağırlığı - İQTİSADÇIDAN AÇIQLAMA

Dünyada 3-4%, Azərbaycanda 13-14%: Bank faizlərinin ağırlığı - İQTİSADÇIDAN AÇIQLAMAAzərbaycanda bank faizləri uzun illərdir ki, həm vətəndaşlar, həm də sahibkarlar üçün ciddi problem olaraq qalır. Dünyanın bir çox ölkəsində illik faizlər təxminən 3-4% civarında olsa da, bizdə bu göstərici 13-14%-dir. Nəticədə kreditlər həm baha, həm də çətin əlçatandır, bu da iqtisadi aktivliyi ləngidir, sahibkarların investisiya imkanlarını məhdudlaşdırır, vətəndaşların isə borc yükünü artırır. Yüksək faizlər kiçik və orta biznes üçün kredit resurslarına çıxışı çətinləşdirir. Fərdi istehlakçılar isə ev, avtomobil və digər uzunmüddətli kreditləri götürməkdə əziyyət çəkir. Eyni zamanda bankların əmanət faizləri yüksək olsa da, inflyasiya və digər xərclər fonunda insanlar real gəlir əldə edə bilmir. Bu vəziyyət həm maliyyə sistemindəki struktur problemləri, həm də iqtisadi siyasətin vətəndaş və sahibkar maraqlarına uyğunluğunu sual altına qoyur.
Dünyada 3-4%, Azərbaycanda 13-14%: Bank faizlərinin ağırlığı - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Asif İbrahimov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycanın maliyyə sistemində SSRİ dövründə və SSRİ dağıldıqdan sonra müstəqilliyin ilk illərinə müəyyən boşluqlar olmuşdur. Məsələn, 10 il bundan əvvəl insanlar şəffaf qazanclarını isbat edə bilmirdilər ki, gedib kredit götürsünlər. Yəni orda problem var idi. Onun sözlərinə görə, müştəri hər hansısa bir bankdan kredit götürmək istədiyi halda orda risklər qiymətləndirilir. Yəni ödəmə qabiliyyəti ölçülür, hesablanılır: "Ödəmə qabiliyyətidə müvafiq gəlirlərə uyğun olaraq hesablanır. Bir çox hallarda baxırsanki, müştərinin gəliri var, ancaq onu isbat edə bilmir. Son dönəmlərdə bu biraz daha rahat olub. Məsələn, 10-15 il bundan əvvəl daha çətin idi. Belə olduğu halda müəyyən məsələlər nəzərə alınır. Məsələn, infiliyasiya əmsalı, proqnozlaşdırılan infiliyasiya əmsalı, şəxsin ödəmə qabiliyyəti nəzərə alınır. Həttda ötən il qanuna edilən əlavələrə görə sosial şəbəkələrdə qiymətləndirmə aparılır ki, vətəndaş ola bilsin ki, rəsmi göstərə bilmir ancaq hansısa bir lahiyənin icraçısı və ya rəhbəridir. Bu risklər təhlil edildikdən sonra faizlər müəyyənləşir.

Məsələn, ödəmə qabiliyyətində hər hansısa bir problem yarandıqda, bank özünü qarantiyə alır. Yəni faizlər biraz yüksək olur. Mərkəzi Bankın özünündə banklara verdikləri kreditlərin faizi heçdə aşağı deyil. Yəni uçot dərəcələri çox yüksəkdir. Buda kredit faizlərinə təsir edir. Məsələn, Avropa ölkələri ilə müqayisə etdikdə görürük ki, onlarda bank faizləri 2-3%-dir. Bizdə isə bank faizləri 13-15%-dir. Bundan başqa kredit verilərkən vətəndaşa verilən vəsaitin bir hissəsi əmanətçilərdən toplanan vəsaitdir. Yəni bank əmanətçilərə 10-12% dividend verirsə, kredit faizləri ondan aşağı ola bilməz. Yəni bank bu dividendtdən yüksək faizlə kredit verməlidir ki, həm qazanc əldə etsin, həm öz xərclərini ödəsin, həmdə bazarda dayanıqlılığını qoruyub saxlaya bilsin. Belə olduğu halda nisbətən Azərbaycanda kredit faizləri yüksək olur. Təbiiki kredit faizlərini aşağı salmaq olar və bunun mexanizmləri üzərində işlənilməlidir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 981   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.