Ərini ad günündə öldürmüşdü - Baldızı DANIŞDI
Bakı Ağır Cinayətlər Məhkəməsində ərini qətlə yetirməkdə təqsirləndirilən Nərgiz Quliyevanın cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən məhkəmə şahid ifadəsi ilə davam edib.
Şahid Aygün Quliyeva ifadəsində Nərgiz Quliyevanın 9 ildir qardaşı ilə evləndiyini və münasibətlərinin əvvəl çox yaxşı olduğunu bildirib:
"Nərgizlə qardaşımın yaxşı münasibətləri vardı. Dava-şavaları olsa da, Natiq heç vaxt ona şiddət göstərməyib. Qardaşım tez- tez içirdi, bundan sonra davalar başlayırdı. Mən onların münasibətlərinə heç vaxt qarışmırdım. Hadisə günü mən, qızım, atam və anam aşağı evdə oturmuşduq. Birdən qardaşımın 5 yaşlı oğlu Fərhad qaça-qaça gəldi ki, anam atamı vurub. Həyətdən qışqırıq səsini eşidib çölə qaçdım, qışqıran anam idi. Anam dedi ki, gəlin qardaşını vurub. Sonra məndən yod və pambıq istədi. Yuxarı çıxanda qardaşımı qonaq otağında yerdə uzanmış gördüm. Qapının qırağında, yerdə qan ləkəsi vardı. Anam ev telefonu ilə təcili yardıma xəbər verdi".
Hakim Səbinə Məmmədzadə şahidin məhkəmədəki çıxışı ilə ilkin istintaq zamanı verdiyi ifadədə ziddiyyətlərin olduğunu deyərək, onun ilkin istintaqdakı ifadəsini məhkəmədə elan edib:
"Spirtli içki qəbul etdikdən sonra davaları yaranırdı və qardaşım Natiq Nərgizi döyürdü. Biz bunun qarşısını almaq istəyəndə Natiq hər dəfə deyirdi ki, onun ailə işinə qarışmayaq. Hadisə günü hamı evdə olub, həmin günü Natiqin ad günü idi. Atamla Natiq həyətdə yeyib içirdilər. Nərgiz sonra masanı yığışdırdı və Fərhadla yuxarı evə çıxdı. Bir müddət sonra səs-küy eşidib yuxarı qaçdım. Nərgiz yerdə qardaşımın başını qucaqlayıb ağlayırdı, anam da Natiqin üzünə su çiləyirdi. Nərgiz sonra təcili yardıma zəng etdi. Qardaşımın ölümü ilə bağlı şikayət və tələbim yoxdur".
Hakim əsas şahid kimi qanuni nümayəndə və pedaqoqun müşayiəti ilə Fərhad Quliyevin növbəti proses zamanı dindirilməsini vacib hesab etdiyini bildirib.
Növbəti proses 5 fevral saat 11:30-a təyin olunub.
Xatırladaq ki, 2025-ci ilin avqust ayında Xəzər rayonu, Türkan qəsəbəsində 1986-cı il təvəllüdlü Nərgiz Rafiq qızı Quliyeva yaşadığı evdə münaqişə zəminində əri, 1979-cu il təvəllüdlü Natiqi bıçaqlayaraq öldürüb. N.Quliyeva polis tərəfindən tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Xəzər rayon prokurorluğu tərəfindən cinayət işi başlanılıb və N. Quliyeva Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham olunub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1067 Tarix: 22 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTürkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində
18.09.2021 254 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-
18.09.2021 250 Bakıda intiharın qarşısı alındı
Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl
17.09.2021 1997 Sinemi o əvəz edəcək - FOTO
Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq
17.09.2021 3477 Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ
Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"
17.09.2021 999 "Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA
ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər
18.09.2021 880 Şimşək çaxıb, leysan yağıb
Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala
17.09.2021 1179 Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...
"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə
18.09.2021 2589