Mirşahin Ağayev Vahid Mustafayevə cavab verdi: Sərt ittihamlar - VİDEO

Mirşahin Ağayev Vahid Mustafayevə cavab verdi: Sərt ittihamlar - VİDEO"O vaxt ANS-də nə mənim, nə sənin, nə də onun ayrıca bir rolu vardı. Orada hər üçümüzün - Vahid, Seyfulla, Mirşahin rolu eyni idi. Biz ANS-in Azərbaycan tamaşaçısına, Azərbaycan dinləyicisinə, Azərbaycan xalqına xidmət etməsi üçün çalışan insanlar idik. Konkret bölgü yox idi. Elə məqamlar olurdu ki, yaradıcılığı mən idarə edirdim, elə məqamlar olurdu ki, Seyfulla idarə edirdi, başqa vaxtlarda isə Vahid edirdi".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri "Real" Təhlil-İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev deyib.

"AStar" yutub layihəsinin qonağı olan Əməkdar jurnalist illər sonra ANS-lə bağlı danışıb:

"Bəzən iş elə gətirirdi ki, mən xəbərlə daha çox məşğul olurdum, amma bu o demək deyildi ki, yalnız xəbərlər mənim sahəm idi. Bir müddət baş prodüser də olmuşam. Prodüser departamenti fəaliyyət göstərən dövrdə bir çox layihələr məhz bizim zamanımızda həyata keçirildi. Ona görə də deməzdim ki, bu konkret olaraq kiminsə sahəsi idi, kiminsə deyildi. Biz ümumilikdə ANS-in rəhbərliyini daşıyır və Azərbaycan xalqına ANS xidməti göstərirdik".

O, ANS haqqında çox danışmaq istəmədiyini bildirib:

"ANS haqqında çox danışmaq istəmirəm, xüsusilə də indi. Çünki ANS artıq mənim çalışmadığım bir şirkətdir və orada çalışan insanların ANS barədə danışmağa haqqı daha çoxdur. Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Bir cümlə ilə fikrimi yekunlaşdırmaq istəyirəm: Mən ANS-də çalışmamışam, mən ANS çalışmışam, mən ANS-də işləməmişəm, mən ANS işləmişəm, mən ANS-də olmamışam, mən ANS olmuşam".
Mirşahin Ağayev Vahid Mustafayevə cavab verdi: Sərt ittihamlar - VİDEOM.Ağayev söyləyib ki, ANS Azərbaycanın informasiya tarixində xüsusi rolu olan bir qurumdur:

"ANS Azərbaycanın ilk özəl teleradio şirkətidir və ölkənin müstəqillik tarixində çox böyük işlər görüb. Bu mənim üçün artıq keçmişdir. Keçmişim haqqında danışmaq istəmirəm ki, özümü tərifləyən kimi çıxmasın. Hər bir həmkarımın ANS-lə bağlı öz baxışı var və bu da normaldır.

Bu gün mən daha qlobal mövzular haqqında düşünürəm. Məsələn, dünyada su müharibələrinin başlama ehtimalı məni ciddi narahat edir. Çox yaxın zamanda bəşəriyyət su qıtlığı ilə üzləşə bilər. Necə ki, bu gün enerji uğrunda mübarizə gedir, gələcəkdə su uğrunda mübarizə başlaya bilər. Artıq bəzi ölkələrdə, o cümlədən, Tehranın paytaxt statusunun dəyişdirilməsi, İstanbulun su problemi, kəndlərdə bulaqların quruması kimi məsələlər gündəmdədir. Bu baxımdan mən ANS mövzusu ətrafında dolaşmaq istəmirəm".

M.Ağayev vaxtilə ANS-də işləmiş, indi isə "Real" TV-də çalışan əməkdaşların keçmiş həmkarları, xüsusən də Vahid Mustafayevin yanında qalanlarla ünsiyyət saxlamasına qadağa qoyulması barədə suala belə cavab verib:

"Mən "Real"ın əməkdaşlarına heç bir qadağa qoymamışam. Əgər mən ünsiyyət saxlamıramsa, bu, mənim seçimimdir. Əgər onlar ünsiyyət saxlamırlarsa, bu da onların seçimidir. Elə adamlar var ki, ünsiyyət saxlayırlar? Bəzən mənimlə də ünsiyyətdə olurlar".

Bu yerdə aparıcı Ülvira Qarayeva repilka verib: "İnan ki, yox…".

M.Ağayev:

- Yox, elə bir şey yoxdur. Natavan xanımın yasında uşaqlarımızın çoxu iştirak edib. Mais müəllim də rəhmətə gedəndə getmişdilər.

Mən isə sadəcə getmirəm. Bu, mənim şəxsi seçimimdir. Onlar da gəlmirlərsə, bu, onların seçimidir. Mən ümumiyyətlə, ANS mövzusu ətrafında danışmamağa çalışıram. Çünki az əvvəl də dediyim kimi, ANS mənim üçün artıq nə deməkdir, onu açıq şəkildə bildirmişəm.

Qeyd edək ki, V.Mustafayev bir müddət əvvəl Mirşahin Ağayevin ANS-dəki fəaliyyəti ilə bağlı demişdi:

"Mirşahin Ağayev heç vaxt bizim şərikimiz olmayıb. Mirşahini bizimlə ilk dəfə Sabir Rüstəmxanlı tanış edib. O vaxt bizə Azərbaycandilli müxbir lazım idi. Sabir Rüstəmxanlı da "Azərbaycan" qəzetinin baş redaktoru idi".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1269   Tarix: 22 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.