Falçılara axın: cəmiyyətdə mistikaya maraq niyə artır? - PSİXOLOQDAN AÇIQLAMA

Falçılara axın: cəmiyyətdə mistikaya maraq niyə artır? - PSİXOLOQDAN AÇIQLAMASon dövrlər cəmiyyətdə diqqət çəkən tendensiyalardan biri insanların fala və müxtəlif mistik inanclara artan marağıdır. Bu maraq artıq təkcə sosial şəbəkələr və onlayn platformalarla məhdudlaşmır, real həyatda da açıq şəkildə özünü göstərir. Bu yaxınlarda Bakıda, Şamaxinka ərazisində bir falçının evinin qarşısında yaranan uzun növbə medianın gündəmində olmuşdu. Fərqli yaş qruplarından olan insanların saatlarla növbədə dayanması cəmiyyətdə fala marağın hansı həddə çatdığını bir daha nümayiş etdirdi. Texnologiyanın sürətlə inkişaf etdiyi, məlumat bolluğunun yaşandığı bir dövrdə belə, bir çox insan gələcəyi öyrənmək və qeyri-müəyyənliklərə cavab tapmaq ümidi ilə falçılara üz tutur.
Falçılara axın: cəmiyyətdə mistikaya maraq niyə artır? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, gəlin sualı belə qoyaq-insanlarda fal ehtiyacı nə zaman və hansı səbəbdən yaranır?
Birinci səbəb; insanın beynində, düşüncələrində xaos baş verir. Falçı bu xaosu süni şəkildə nizama salır, amma müvəqqəti olaraq.

İkinci səbəb; falçı qərarsız bir insan üçün, xaricdən " supereqo " dur. Yəni, daxildən zəifləmiş bir insanın xaricdən süni " güclü " əksidir.İnsan öz daxili səsini eşidə bilməyəndə, kənardan təkan verən səs axtarır.

Üçüncü səbəb; dəyişiklik zamanı, vəziyyət insanın istədiyi kimi getməyəndə, onu bürümüş narahatlıq hissi məsələn; keçid dövründə olanlar (boşanma, ayrılıq, işsizlik) falçıya ümid yaradır.

Dördüncü səbəb; uğursuzluqdan qorxmaq.

Beşinci səbəb; sosial şəbəkələrdə falçı reklamı təsiri.
Yəni, bütün bu emosional vəziyyətlər insanın daxili dayaq itkisidir. Bəs niyə psixoloq yox falçı? Falçı sürətli cavab verir, adətən bu cavablar insanı qane edən cavablar olur. Onun sözlərinə görə, çünki falçı ona müraciət edən şəxsdən məsuliyyət, düşünmək, vəziyyəti analiz etməsini tələb etmir: "Falçı eqonun nə istədiyini, daha doğrusu necə təmin olunmasını bilir. Buna manipulyasiya demək olarmı? Xeyr. Bu müraciət edənin psixoloji tələbidir. Bəs bir insanın psixoloji vəziyyəti niyə falçı tələb edir? Çünki müraciət edən şəxsin psixoloji savadı yoxdur. Düşüncələrini idarə edə bilmir. Özü özünü manipulyasiya olunacaq vəziyyətə gətirir. Qısası cahildir. Cahil insan qeyri-müəyyənliyə dözə bilmir və sakit olmaq üçün tez həll yolu axtarır. Psixoloji yüklənmənin, daxili boşluğunun, məsuliyyət qorxusunun qarşısını almaq üçün, "Mənim yerimə kimsə bilsin" kimi, sakitliyini təmin edən falçını satın alır.

Falçı valideyn roluna girir, insanı olduğu kimi, hətta dəyişməyini istəmədən qəbul edir. Təhlükəli məqam odur ki, falçı qısa davam edən, amma özünü vərdişə çevirən və müvəqqəti sakitlik satır. Həqiqət isə məsuliyyət, öz üzərində çalışmaq, reallığı qəbullanmağı tələb edir. Psixoloqa müraciət edən insan isə daxili ziddiyyətini inkar etmir, reallığı qəbul edir. Öz davranışını anlamaq istəyir. "Hər şeyin axırı necə olacaq?" yox, "Niyə belə olur?" sualını verir. Qərarın nəticəsini özü daşımağa hazırdır. Dəyişməyə, özü ilə işləməyə, özü ilə üzləşməyə hazırdır. Yəni, "zəka həqiqəti başa düşmək istəyir, hətta ağrılı olsa belə". Psixoloq valideyn rolu almır və müraciət edəni düşündürməyə vadar edir ki, insanda aydınlıq yaransın. Öz əməlinin məsuliyyətinə yükləyir.
Falçı:
"Sənə nə olacaq, deyim".
Psixoloq:
"Səndə nə baş verdiyini anlayaq" mexanizmi ilə çalışır.
Birincisi taleyi danışır, ikincisi insanı oyadır. Biri cahil seçimi, digəri sağlam düşünmək istəyi. Niyə falçıya müraciətlər getdikcə çoxalır? Mühit sürətlə dəyişir və mənaca boşalır. Ailə modelinin dağılması, gələcək qorxuları, statusların, uğur anlayışlarının sürətlə dəyişməsi, dəyərlərin dəyişməsi, gələcək qorxular və bəzi qeyri - peşəkar psixoloqların sosial çıxışları, məşhurların falçı reklamları insanlarda qeyri-müəyyənlik yaradaraq psixoloji yüklənmənin partlayışına yol açır. Savadsız insan falçıya kor-koranə inanır. Savadlı insan isə inanmaqla, oynamağı bacarır. Yəni, falçının dediyini söz kimi eşidir, amma qərarını özü verir və davranışını ona uyğun qurmur. Yəni, "mən səni duyuram, amma sən mənim inancım deyilsən"".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1177   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.