Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymət

Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymətSon 22 il ərzində Azərbaycanın bütün sahələrdə inkişaf edərək iqtisadi tərəqqi əldə etməsi, daxili və xarici siyasətdə qazandığı uğurları, ən başlıcası isə Ermənistan ilə 30 illik qanlı qarşıdurmaya son qoyularaq işğal altında olan torpaqların azad edilməsi məhz Prezident İlham Əliyevin intellekti, müdrik siyasəti və dahi sərkərdəlik məharəti sayəsində əldə olunub.
Prezident İlham Əliyevin effektiv diplomatiyası və nümayiş etdirdiyi siyasi iradə nəticəsində 2020-ci ildə qazandığımız tarixi Zəfərdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Vətən müharibəsindəki Şanlı Qələbədən üç il sonra - 2023-cü il sentyabr ayının 19-da şanlı Azərbaycan Ordusu Qarabağ bölgəsində həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra düşmən tam şəkildə məğlub edilib, Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir, tam yeni infrastruktur yaradılır, şəhərlər, kənd və qəsəbələr yenidən tikilir, yollar çəkilir, sosial obyektlər, yaşayış və digər təyinatlı binalar tikilir, keçmiş məcburi köçkünlərin döğma yurdlarına qayıdışı təmin edilir.
Bu gün Cənubi Qafqazda əsas söz sahibi olan Azərbaycan dünyanın qabaqcıl dövlətləri sırasında yer alıb. Ölkəmiz bir çox beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Əminliklə demək olar ki, bütün bu qələbə və uğurların başında məhz İlham Əliyev fenomeni, onun uğurlu siyasəti və fəaliyyəti durur.
Hazırki dövrdə hərbi qələbəni dayanıqlı sülhə çevirmək hər bir liderin qarşısında duran çətin və ali missiyadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu Şeyx Zayed Fondu tərəfindən layiq görüldüyü "Zayed İnsan Qardaşlığı Mükafatı" məhz bu missiyanın qlobal səviyyədə təqdir olunmasının bariz nümunəsidir.
Qeyd edilməlidir ki, Şeyx Zayed Fondu BƏƏ-nin banisi Şeyx Zayed bin Sultan Əl Nəhyanın irsini yaşatmaq üçün təsis edilib. Fondun əsas missiyasının fəlsəfəsi dünyada humanizm, dözümlülük, ətraf mühitin qorunması və xalqlararası sülhün təşviqidir. "Zayed İnsan Qardaşlığı Mükafatı" dünyada sülh, həmrəylik və dinc yanaşı yaşama prinsiplərini təşviq edən şəxslərə və qurumlara verilən nüfuzlu beynəlxalq mükafatdır.
Prezident İlham Əliyevin layiq görüldüyü bu mükafat sadəcə diplomatik uğurun deyil, həm də Azərbaycanın sülh gündəliyinin dünya tərəfindən qəbul edilməsinin təsdiqidir. Prezident İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi isə Azərbaycanın həm regional, həm də qlobal miqyasda sülh quruculuğu prosesindəki aparıcı roluna beynəlxalq səviyyədə verilən yüksək qiymətdir.
"Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər komitəsinin üzvü və mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın Prezident İlham Əliyevlə görüşündə vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh sazişinin paraflanmasına xüsusi önəm verib. "Zayed İnsan Qardaşlığı Mükafatı"nın münsiflər heyətinin üzvlərinin ötən il dünya üzrə bütün sülh modellərinin araşdırılmasından sonra Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin modelinin münaqişə və müharibə olan digər bölgələrdə də tətbiqi üçün gözəl nümunə olması barədə qərar qəbul ediblər. Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin saziş qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir. Bu nailiyyətlərin müəllifi olan İlham Əliyevin əvəzolunmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.
Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalı olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktını dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur. Eyni zamanda hərbi qüdrətin təcəssümü olan siyasi zəfərin diplomatik uğurunu qısa zamanda təmin etmək olduqca çətindir.
Azərbaycan beynəlxalq aləmə digər bir gerçəkliyi də təqdim etdi, öz torpaqlarını azadlığa qovuşdurmaqla həm də dünyada yeni geosiyasi tarazlıq modelini - haqqın, ədalətin, ləyaqətin düsturunu formalaşdırdı. Hərbi qüdrətinin fonunda və bir sıra hallarda müxtəlif qüvvələrin antisülh bəyanatları şəraitində regionda əbədi sülh carçısı olduğunu nümayiş etdirərək bunu praktiki əməli ilə təsdiqlədi, bölgədə dinc və birgəyaşayışın, tolerantlığın, kin və nifrətdən uzaq mülayim qonşuluğun modelini yaratdı.
Azərbaycan lideri yorulmaz fədakarlığı, heyrətamiz diplomatiyası ilə bütün region, yaxın və uzaq coğrafiyaları birgə əməkdaşlıq, həmrəylik körpüsündə daha sıx birləşdirdi, enerji, nəqliyyat, logistika, kommunikasiya ailəsini möhkəmləndirdi. Bu təşəbbüskarlıq arxitekturasının növbəti təməli 2025-ci ilin avqust ayında Vaşinqtonda qoyuldu, sülh sazişinin paraflanması isə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tam və şərtsiz tanıması və geri dönməz sülh qapısına ayaq qoyması demək idi.
Azərbaycanın irəlilətdiyi sülh prosesi Ermənistan üçün də nicat qapılarını açdı. Son yarım ildə Qazaxıstan və Rusiyadan Azərbaycan üzərindən bu ölkəyə logistik axının başlanması, digər ölkələrlə inteqrasiyanın qurulması, eləcə də Azərbaycanın özünün Ermənistana yanacaq satması bölgədə etimad habının əsasını qoydu, uzunömürlü sülhə inamı gücləndirdi.
Bakının xoşməramlı şərtləri və sülh proqramı bölgədəki bütün ölkələrin və xalqların rifahına xidmət edən yeni iqtisadi-humanitar platforma kimi təqdir olunur. Azərbaycan Prezidentinin başlatdığı quruculuq və bərpa prosesi Cənubi Qafqazın nəqliyyat və logistika xəritəsini formalaşdırması, yeni iqtisadi bağlantılar üçün əlavə fürsətlər yaradır. Bu mütərəqqi yanaşma və humanizm səyləri bir daha dövlətimizin yalnız hərbi qüdrətinin deyil, həm də strateji baxışının və beynəlxalq təhlükəsizliyə sadiqliyinin dünyaya nümayişi deməkdir.
Bütün bu faktorlar və digər mühüm amillər Prezident İlham Əliyevin layiqincə yerinə yetirdiyi mötəbər sülh və humanitar quruculuq missiyasının müasir dünya siyasi salnaməsində öz tarixi dəyərini aldığını təsdiqləyir. Beləliklə, bu tarixi gerçəkliyi dəyərləndirən Şeyx Zayed Fondunun layiq gördüyü "Zayed İnsan Qardaşlığı Mükafatı"nın cənab Prezidentə verilməsi də ardıcıl və davamlı missiyanın tərənnümü və təcəssümüdür.

İsrafil Kərimov - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycan Prezidentinin sülh diplomatiyasına verilən layiqli qiymət


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 722   Tarix: 23 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiya təyyarələrinin Kiyev bölgəsində 28 nəfərin ölümünə səbəb olan hücumları Ukraynanın hava hücumundan müdafiə çatışmazlığını üzə çıxarıb

Rəsmilər bildiriblər ki, Rusiya bazar ertəsi səhər Kiyev və ətraf bölgəni raket və dronlarla vurub, nəticədə ən azı 28 nəfər həlak olub və Ukraynanın ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını üzə çıxarıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xilasedicilər gecə bombardman

07.07.2026 214
.

Qızı "Ələkbər əmi"ni belə yad etdi - Video

Bir vaxtlar "Ələkbər əmi" kimi tanınan mərhum Əməkdar artist Ələkbər Hüseynov doğum günündə yaxınları tərəfindən anılıb. "Qafqazinfo" xəbər verir ki, aktyorun qızı Nərgiz onunla bağlı paylaşım edib. O, atasının arxiv videosunu yayımlayaraq "65 yaşın mübarək, ata. Qoy, hər kə

07.07.2026 335
.

"Türkiyəsiz regional problemlərin həlli çətin görünür" - Bəhruz Quliyev

"ABŞ Prezidenti Donald Trampın 17 ildən sonra Türkiyəyə səfəri təkcə iki ölkə arasındakı münasibətlər baxımından deyil, həm də dəyişən qlobal geosiyasi nizam kontekstində xüsusi diqqət çəkir. Bu səfər göstərir ki, Türkiyə artıq regional güc statusunu xeyli aşaraq qlobal siyasi proseslərə təsir göstərə

07.07.2026 195
.

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

NATO ölkələri ABŞ-ın "Abrams" tankları, "ATACMS" raketləri və "Stinger" daşınan zenit-raket kompleksləri daxil olmaqla, bir sıra strateji silah sistemlərini birbaşa Avropada istehsal etməyə başlayacaq. Bizim.Media xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rütt

07.07.2026 147
.

Daha bir yeniyetmə dənizdə batdı

Dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

07.07.2026 312
.

Netanyahu ABŞ-ı Türkiyəyə F-35 qırıcı təyyarələri satmamağa çağırıb

İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi günü ABŞ-ı Türkiyəyə F-35 qırıcı təyyarələrini və ya komponentlərini satmamağa çağıraraq bunun bölgədəki "güc balansını pozacağını" iddia edib. BİG.AZ CBS News-a istinadən xəbər verir ki, prezident Tramp NATO sammiti üçün Ankaraya səfər edi

07.07.2026 211
.

"Ət yeyən" bakteriya Avropada yayılmağa başlayıb

Ölümcül infeksiyalara səbəb ola bilən Vibrio vulnificus bakteriyasının Avropada yayılma riskinin artdığı bildirilir. xəbər verir ki, bu barədə Metro nəşri məlumat yayıb. Məlumata görə, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi (ECDC) "ət yeyən bakteriya" kimi tanınan Vibri

07.07.2026 212
.

Evinizin səliqəsiz olmasının SƏBƏBLƏRİ

Bəzi insanların evi hər zaman səliqəli və təmiz görünür, digərlərində isə yığışdırdıqdan cəmi bir neçə saat sonra yenidən qarışıqlıq yaranır. Mütəxəssislərin fikrincə, bunun əsas səbəbi nə vaxt azlığı, nə də əşyaların çoxluğudur. Əsas fərq gündəlik vərdişlərdə və əşyaların necə təşkil edilməsindədir

07.07.2026 222
.

ABŞ rəsmisi Hörmüz boğazının təhlükəsizliyi məsələsinin NATO sammitində müzakirə olunacağını gözləyir

ABŞ-ın yüksək vəzifəli rəsmisi bazar günü bildirib ki, Tramp administrasiyası NATO liderlərinin bu həftə Ankarada görüşəcəyi zaman Hörmüz boğazındakı təhlükəsizliyin müzakirə olunacaq mövzular arasında olacağını gözləyir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın yüksək vəzifəli rəsmisi bildiri

07.07.2026 197
.

TOP MP3