Dərsdə telefon dövrü bitir: Şagirdlərdən sonra müəllimlərə də qadağa gəlir

Dərsdə telefon dövrü bitir: Şagirdlərdən sonra müəllimlərə də qadağa gəlirGürcüstanda məktəblərdə təkcə şagirdlərə deyil, müəllimlərə də mobil telefonlardan istifadə etmək qadağan olunacaq. Dövlət məktəblərində müəllimlər dərs zamanı mobil telefonlardan istifadə edə bilməyəcəklər.

Gürcüstan Təhsil və Elm Nazirliyinin yaydığı məlumata görə, bu qadağa 2026-2027-ci tədris ilində qüvvəyə minəcək ümumi təhsil islahatlarında nəzərdə tutulub. Qeyd olunur ki, müəllimlər dərs zamanı mobil telefonların istifadəsini məhdudlaşdırmaqla şagirdlərinə şəxsi nümunə göstərməlidirlər.

Azərbaycanda da bu cür qadağa ola bilərmi?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, tədris prosesinin daha səmərəli təşkil olunması üçün Azərbaycanda da bu cür addımların atılması zəruridir:

"Təbii ki, belə bir qərarın alınması Gürcüstan Elm və Təhsil naziri tərəfindən müsbət bir addım kimi qiymətləndirilə bilər. Çünki son dövrlər informasiya texnologiyalarının inkişafı və texnoloji alətlərdən kütləvi şəkildə istifadə təhsil sahəsinə də daşınıb. Auditoriyada həm şagirdlərin, həm də müəllimlərin texnoloji cihazlardan istifadəsi dərs prosesinə müəyyən mənada ziyan vurur, tədrisə maneçilik yaradır. Bu amil nəzərə alınaraq Gürcüstan hökuməti belə bir qərar qəbul edib.

Məlumdur ki, oxşar qərar Rusiyada da qəbul edilib. Təhsil göstəricilərinin yüksəldilməsini istəyən, eyni zamanda təhsil verənlərin, yəni müəllim və pedaqoji heyətin yüksək ixtisaslı kadrlar olmasını arzulayan qurumlar bu cür qərarları vacib və əhəmiyyətli hesab edərək atırlar. Tədris prosesinin daha səmərəli təşkil olunması üçün bu addımların atılması zəruridir.

Bizim ölkəmizdə də hazırda Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şagirdlər üçün müvafiq qadağalar tətbiq edilir. Bu tədris ilindən etibarən auditoriyada mobil telefonlardan istifadə məhdudlaşdırılıb.

Müəllimlərlə bağlı isə konkret olaraq mobil telefon istifadəsinə qədər olmasa da, müəllimlərin etik davranış qaydaları bu tədrisdən etibarən tətbiq edilməyə başlanıb. Nəticə etibarilə həmin etik davranış qaydalarında dərsin gedişatında mobil telefondan istifadə məsələsi müəllimin ixtiyarına buraxılır. Yəni müəllim mobil telefondan istifadə edərsə belə, bu, mütləq etik qaydalar çərçivəsində olmalıdır".

Elçin Əfəndi vurğulayıb ki, son dövrlər bəzi müəllimlər dərsin gedişatında diqqət çəkən videolar çəkərək paylaşmaqla daha çox rəğbət qazanmaq istəyirlər. Bu isə dərs prosesinə mənfi təsir göstərir:

"Məsələn, dərsdə şagirdlərin mövzuya yaxşı hazırlaşmasını göstərən görüntülər, yaxud müəllimin dərsin gedişatına hazırlıqlı olduğunu əks etdirən videolar paylaşılır. Bu cür fəaliyyətlər dərsin gedişatına mane olursa və 45 dəqiqəlik dərsin 7-8 dəqiqəsi belə görüntülərə sərf edilirsə, şagirdlərin mövzunu mənimsəməsində problemlər yaranır. Bu halda qadağan tətbiqinin bir müddət sonra reallaşması da mümkündür.

Əgər görüntülər dərs saatı zamanı deyil, dərsdən kənar, tənəffüs vaxtı və ya dərnək saatı zamanı çəkilib paylaşılırsa, bu zaman qadağalar o qədər də real görünmür".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 776   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

21:00 125
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl

17:57 217
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

19:30 140
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

15:48 194
.

Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura

13:07 248
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

15:42 298
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 221
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

20:20 84
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 182
.