Zelenski: Əbu-Dabidəki danışıqlar konstruktiv olub

Zelenski: Əbu-Dabidəki danışıqlar konstruktiv olubUkrayna Prezidenti Volodimir Zelenski Rusiya, ABŞ və Ukrayna arasında Əbu-Dabidəki danışıqları konstruktiv adlandırıb. O qeyd edib ki, müzakirələrdə əsas diqqət müharibənin dayandırılmasının mümkün parametrlərinə yönəlib.

"Report" xəbər verir ki, o, bu barədə öz teleqram kanalında yazıb.

"Nümayəndə heyətimizin məruzəsi oldu: Əmirliklərdəki görüşlər başa çatdı. Bu, kifayət qədər uzun müddətdən sonra ilk belə format idi - iki günlük üçtərəfli görüşlər. Çox məsələləri müzakirə etməyə macal tapdıq və danışıqların konstruktiv keçməsi vacibdir", - o yazıb.

O dəqiqləşdirib ki, danışıqlar həmçinin üç ölkənin hərbi rəsmilərinin iştirakı ilə keçib: "Bizim tərəfdən bu gün Rüstəm Umerov, Kirill Budanov, Andrey Qnatov, David Araxamiya, Sergey Kislitsa, Vadim Skibitski iştirak ediblər. Amerika tərəfindən Stiv Uitkoff, Cared Kuşner, Den Driskoll, Aleks Qrinkeviç, Coş Qruenbaum olublar. Rusiya tərəfindən isə hərbi kəşfiyyat və ordu nümayəndələri olub".

Onun sözlərinə görə, Amerika tərəfi Rusiya-Ukrayna müharibəsinin yekunlaşması ilə bağlı mümkün yolları və bunun üçün lazım olan təhlükəsizlik şərtlərini qabardıb: "Müharibənin dayandırılması prosesinin və real təhlükəsizliyin təmin edilməsində Amerikanın monitorinqi və nəzarətinin zəruriliyi barədə anlayışın mövcudluğunu yüksək qiymətləndirirəm".

Zelenski həmçinin qeyd edib ki, hərbçilər gələcək görüşlərdə müzakirə ediləcək məsələlərin siyahısını müəyyən ediblər. "İrəliləyiş şərti ilə Ukrayna buna hazırdır və növbəti görüşlər keçiriləcək. Çox güman ki, növbəti həftə danışıqlar davam etdiriləcək. Qayıtdıqdan sonra nümayəndə heyətinin məruzəsini gözləyirəm".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 697   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

21:00 125
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl

17:57 217
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

19:30 140
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

15:48 194
.

Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura

13:07 248
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

15:42 298
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 221
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

20:20 84
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 182
.