Pensiyalar bu qədər ARTIRILACAQ - YENİLİK

Pensiyalar bu qədər ARTIRILACAQ - YENİLİKSon illər Azərbaycanda sosial müdafiə sisteminin gücləndirilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi ön plana çıxır. Pensiya və sosial ödənişlərin mərhələli şəkildə artırılması, əhalinin həssas təbəqələrinin rifahının yaxşılaşdırılması və məşğulluğun genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Milli Məclisin əmək və sosial siyasət komitəsində keçirilən iclasda səsləndirilən yeni rəqəmlər də sosial xərclərin artan payını və 2026-cı il üçün nəzərdə tutulan əsas hədəfləri aydın şəkildə ortaya qoyur.

Bu barədə iqtisadçı Rəşad Nəcəfzadə Demokrat.az-a açıqlama verib.

O bildirib ki, yaşa görə pensiyaların 53 manat artırılması rəqəmlərlə baxdıqda kifayət qədər aydın mənzərə yaradır:

"Hazırda yaşa görə pensiyanın orta aylıq məbləği 576 manatdırsa, 53 manatlıq artımdan sonra bu göstərici 629 manata yüksəlir. Bu, nominal ifadədə təxminən 9,2 faiz artım deməkdir. Bu artım aşağı pensiya alanlar üçün daha hiss olunan olacaq. Məsələn, 400 manat pensiya alan bir şəxs üçün 53 manat artım aylıq gəlirin əhəmiyyətli hissəsini təşkil edir və gündəlik xərclərin ərzaq, dərman, kommunal ödənişlərin qismən yüngülləşməsinə imkan yaradır. Lakin 800-900 manat civarında pensiya alanlar üçün bu artımın təsiri nisbətən zəif hiss olunacaq".

O deyib ki, artımı real qiymətləndirmək üçün inflyasiya amilini də nəzərə almaq lazımdır:

"Əgər illik inflyasiya 6-8 faiz civarındadırsa, 53 manatlıq artım pensiyaçıların alıcılıq qabiliyyətini tam artırmır, daha çox qiymət artımlarının yaratdığı itkiləri kompensasiya edir. Yəni bu addım rifahı kəskin yüksəltmir, mövcud vəziyyəti qorumağa yönəlib. Yaşa görə pensiya alanların sayını nəzərə aldıqda, bu artım dövlət üçün hər ay milyonlarla manat əlavə xərc deməkdir. Bu səbəbdən belə qərarların davamlı olması üçün pensiya artımları iqtisadi artım, məşğulluğun genişlənməsi və sosial sığorta daxilolmaları ilə paralel aparılmalıdır".

Sadə dildə desək, bu dəyişiklik ilk növbədə inflyasiya qarşısında müdafiə mexanizmidir. Xüsusilə minimal və ya orta məbləğdə pensiya alan şəxslər üçün bu 53 manatlıq artım, ay sonunda büdcədə yaranan kəsiri bağlamaq, bir neçə zəruri dərmanı və ya bir həftəlik ərzaq ehtiyacını qarşılamaq imkanı deməkdir.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9280   Tarix: 24 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Toya qonorarla gedən sənətçilərə Nazilədən dəstək: "Arzular satılır"

Nazilə Səfərli sənətçilərin toylara dəvət olunması və qonorar alması ilə bağlı fikirlərini bölüşüb. "Yeni Sabah" xəbər verir ki, şairə bir neçə Xalq artistinin toya gəlməsinin hər kəs üçün böyük şərəf olduğunu bildirib. O qeyd edib ki, oğlu üçün toy hazırlığı zamanı özü də bəzi sənətçiləri

21:00 125
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl

17:57 217
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

19:30 140
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

15:48 194
.

Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura

13:07 248
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

15:42 298
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 221
.

İlham Əliyev Bakıda dünyaşöhrətli müğənni ilə görüşdü

Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyib. Açılış mərasimi məşhur italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb

20:20 84
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 182
.