Azərbaycanda ayların adları dəyişdirilir? - "Çıxçömbəl, Oğlaqqıran, Vaynənə…"
Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan dilinin qorunması, inkişafı və saflığının təmin olunması istiqamətində ardıcıl addımlar atır və müxtəlif tədbirlər həyata keçirir. Bu fonda ayların adlarının dəyişdirilməsi yenidən müzakirə obyekti olub. Belə ki, tarixi məlumatlara görə, Azərbaycanda ayların adları əvvəllər fərqli olub. Məsələn, yanvar "ocaq", fevral "çillə", mart "bozay", aprel "çiçək", may "elat", iyun "qızmar", iyul "bürkü", avqust "qorabişirən", sentyabr "yığım", oktyabr "əkin", noyabr "güzdək", dekabr isə "aralıq" adlandırılıb.
Ay adlarını yenidən dilimizə uyğunlaşdırmaq mümkündürmü?
Ölkə.Az xəbər verir ki, bu barədə Globalinfo.az-a tarixçi alim Zaur Əliyev danışıb. O deyib ki, uzun illər əvvəl ayların adı iqlimlə əlaqələndirilib:
"Məsələn, fevral - boz ay, mart - çıxçömbəl, oğlaqqıran ay, aprel - leysan, may - ağlargülər, iyun - vaynənə, iyul - qorabişirən, avqust - quyruq donan (bəzi yerlərdə quyruq doğan), elqovan, sentyabr - solyan, oktyabr - elköçdü, noyabr - qırovdüşən və sair adlandırılıb. Qədim dövrlərdə Azərbaycan türkləri ayları təbiətdə baş verən bioloji və iqlim dəyişikliklərinə (fenologiyaya) uyğun adlandırırdılar. İslamdan əvvəlki və erkən orta əsrlərdə Azərbaycanın yerli türk tayfaları təbiət hadisələrinə və təsərrüfat dövrlərinə əsaslanan adlardan istifadə edirdilər".
Tarixçi bildirib ki, təqvimdəki ayrı-ayrı kəsim adları həmin dövrlərin ən xarakterik xüsusiyyətini poetik şəkildə əks etdirir:
"Məsələn, xalq təqvimində yayın ən isti ayı hesab olunan avqust - "qora bişirən" adlandırılıb, çünki bu zaman üzüm gilələrindəki qoralar (yəni kal üzüm) yetişməyə başlayır və bu, həmin dövrün əsas fərqləndirici əlamətidir. Göründüyü kimi, oğlaqqıran, leysan, ağlar‑gülər, vay nənə, qorabişirən və sair adlar xalq təqvimində ilin müxtəlif dövrlərinin ən əlamətdar xüsusiyyətlərini birbaşa göstərən poetik metaforlar kimi təqdim olunur. Lakin unutmayaq ki, hər bir türk tayfasının özünəməxsus təqvim sıralaması olub. Bundan başqa, islam dininin qəbulu da sıralamaya təsir edib".
Alim qeyd edib ki, XI əsrdən başlayaraq dövlət səviyyəsində Məlik Şah tərəfindən qəbul edilmiş təqvimimiz olub:
"Məlik Şah təqvimi XIX əsrə qədər az dəyişiklik istifadə edilib. "Ocaq", "nisan" adları əslində Türkiyə türklərinin adlandırılmasıdır. 1920-ci illərin əvvəllərində görkəmli ədib Cəfər Cabbarlı ayların adlarını milliləşdirmək üçün yeni siyahı təklif etmişdi. "Ocak, Söven, Güran" kimi milli adlar təklif etsə də, sovet rejiminin standartlaşdırma siyasəti nəticəsində bu adlar rəsmi qəbul edilmədi. Lakin Azərbaycan 1918-ci ildə Qriqorian təqviminə keçdi və SSRİ-nin tərkibində olarkən bu sistemə tam uyğunlaşdı. Ayların adlarının dəyişdirilməsinə gəldikdə, bu məsələdə vətəndaş cəmiyyətinin qərar verməsi düzgündür. Qeyd edim ki, bununla bağlı Türkmənistan variantı da var. Onlar da müəyyən adları dəyişiblər. Türkiyədə bəzi adlar beynəlxalq formada saxlanıb, bəziləri isə milli sözlərlə əvəzlənib. Hesab edirəm ki, artıq XXI əsrdir, dünyanın böyük hissəsi bunu qəbul edib. Hər şeyi milli etmək olar, lakin beynəlxalq standrtları da düşünmək lazımdır".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1913 Tarix: 25 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUkrayna ordusu Rusiya HHM sistemlərini belə aldadır
Ukrayna ordusu Rusiya hava hücumundan müdafiə sistemlərinin sursatlarını sərf etməsinə səbəb olmaq üçün saxta dronlardan istifadəyə başlayıb. xəbər verir ki, bunu "Zvezda" kanalına açıqlamasında rusiyalı hərbçilərdən biri deyib. "Əvvəlcə boş dronları buraxırlar, daha sonra isə silahlıla
12.10.2026 102 Bu vəziyyətdə yatmaq bel və boyun ağrılarına səbəb ola bilər
Üzüstə yatmaq səhərlər boyun tutulmasına, bel ağrılarına və çiyinlərdə narahatlığa səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, bu vəziyyətdə uzun müddət qalmaq onurğanın təbii formasını qorumasını çətinləşdirir və əzələlərə əlavə yük salır. xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisləri
12.10.2026 164 Yemək zamanı dinlədiyiniz musiqi qida seçiminizə təsir edə bilər
Sakit musiqi insanları daha sağlam yeməklər seçməyə sövq edə bilər. Makaoda aparılan araşdırmada həzin melodiyaların səsləndiyi vaxtlarda faydalı məhsulların alışlarda payı daha yüksək olub. xarici mediaya istinadən xəbər verir ki, Makaо Elm və Texnologiya Universitetinin tədqiqatçıları musiqi fonunu
12.10.2026 161 Uşağın məktəbə getmək istəməməsinin SƏBƏBLƏRİ
Uşağın hər səhər ağlaması, evdə qalmaq üçün yalvarması və ya dərsdən əvvəl baş və qarın ağrısından şikayət etməsi həmişə naz etmək anlamına gəlmir. Bəzən məktəbə getmək istəməməyin arxasında güclü narahatlıq və qorxu dayanır. xarici mediaya istinadən xəbər verir ki, məktəblə bağlı zaman-zaman həyəca
12.10.2026 178 "Kişi qadından ancaq namus üstə boşanar"
"Sevgi elə bir şeydir ki, onu dərəcəyə bölmək olmaz. Bölə bilməzsən ki, bundan artıq sevməyəcəyəm. Sevgi zəka ilə olmur. Beyinlə sevmək plan qurmaqdır: sevim, mənə ev, maşın alsın. Amma qəlbən sevməyi hamıya arzulayıram. Qadın kişidən çox sevməməlidir. Elə şey mümkün deyil. Bunu tənzimləyə bilməzsən
12.10.2026 210 Fransada məktəbdə atışmadan sonra 14 yaşlı yeniyetmə saxlanılıb
Fransanın Obon şəhərində yeniyetmə məktəbdə atəş açıb, nəticədə ümumtəhsil müəssisəsinin direktoru və müəllimlərindən biri yaralanıb. "Report" xəbər verir ki, bu barədə Fransanın təhsil naziri Eduard Jeffrey "X" sosial şəbəkəsində məlumat verib. Hadisə Obon şəhərindəki Lakanal ort
12.10.2026 117 Ən dadlı narı necə seçmək olar?
Yetişmiş narlar daha şirin olur və tərkibində daha çox faydalı qida maddələri saxlayır. Şirin, yetişmiş və şirəli narı seçmək üçün bir neçə sadə əlamətə diqqət yetirmək kifayətdir. Mütəxəssislər meyvənin formasına, çəkisinə və qabığının vəziyyətinə xüsusi diqqət yetirməyi tövsiyə edirlər. Dietoloq Steys
12.10.2026 151 Komitə sədri: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur
Gələcək Azərbaycan cəmiyyətinin hansı dəyərlər, düşüncə modeli və vətəndaşlıq məsuliyyəti üzərində bərqərar olacağı bu gün qarşımızda duran mühüm məsələlərdəndir. Söhbət yalnız gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsindən deyil, milli kimliyini dərk edən, müstəqil düşünən, müasir çağırışlar
12.10.2026 117 Madyar gələn həftə Zelenski ilə görüşəcək
Macarıstan Baş naziri Peter Madyar gələn həftənin əvvəlində Brüsseldə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Teleqraf xəbər verir ki, bu barədə o, Finlandiyanın "Helsingin Sanomat" qəzetinə verdiyi müsahibədə bildirib. Madyar qeyd edib ki, Macarıstan və Ukrayna arasında tədricə
12.10.2026 133