Şagird sayı az olan məktəblər bağlana bilər? - Yeni tədris ilində pilot layihə icra olunacaq

Şagird sayı az olan məktəblər bağlana bilər? - Yeni tədris ilində pilot layihə icra olunacaqUşaq sayı az olan ucqar kənd məktəblərinin bağlanması, şagirdlərinin onlayn təhsilə cəlb edilməsi ilə bağlı çoxdan səslənən fikirlər reallığa çevrilməyə yaxındır. Elm və təhsil naziri Emin Əmrullayevin bu yaxınlarda bununla bağlı verdiyi açıqlama keçidin başlanğıcına doğru addım sayıla bilər: "Bizim elə bölgələrimiz var ki, orada adambaşına bir şagird üzrə düşən xərc Bakının mərkəzindəki özəl məktəblərin təhsil haqqından daha yuxarıdır. Belə kənd məktəblərinin sayı 10 deyil, yüzlərlədir". Nazir kiçik məktəblərdə ciddi keyfiyyət probleminin mövcudluğunu, orada işləyən heyətin sayının şagirdlərin sayından iki dəfə çox olduğunu da vurğulayıb. Onun sözlərinə görə, növbəti sentyabr ayından şagird sayı az olan məktəblərdə distant təhsilə keçilməsi planlaşdırılır və bu, pilot layihə kimi həyata keçiriləcək.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

Ancaq bu keçid təbii ki, çox ağrılı ola bilər. Bu model uşaqların sosiallaşmasını əngəlləməyəcəkmi? Bağlanacaq məktəblərdə təhsil alan bütün uşaqların texnoloji alətlərə çıxışları əlçatan olacaqmı? Bu keçid valideynlərin övladlarının təhsili naminə kənddən şəhərə yeni köçünə rəvac verməyəcəkmi?

Şagird sayı az olan məktəblər bağlana bilər? - Yeni tədris ilində pilot layihə icra olunacaq

Mövzu ilə bağlı təhsil sahəsində çalışanların fikirləri də birmənalı deyil.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təlim-tədris mərkəzinin müdiri Xalidə Həmidovanın sözlərinə görə, həqiqətən ucqar yerlərdə bir və ya iki şagirdin oxuduğu məktəblər var: "Ailələrin şəhərə köç etməsi, kəndlərdə uşaqların az olması bu məsələdə rol oynayır. Belə məktəbin saxlanması da maliyyə baxımından çətin məsələdir. Yəqin ki, nazirlik alternativ modellər fikirləşir. Məsələn, qonşu Gürcüstanda avtobus ucqar kəndlərdən uşaqları yığıb bir məktəbə gətirir, sonra da aparıb valideynlərinə təhvil verir". X.Həmidova bildirir ki, onlayn təhsilə keçilməsi ilə bağlı qanunvericilikdə də dəyişiklik edilməlidir: "Hələ ki, bizdə onlayn təhsil forması yoxdur. Bu, qanunvericilikdə təsbit olunmalıdır. Kənd yerlərində texnoloji avadanlıqlar əlçatan deyil, internetlə bağlı da problemlər var. Biz bunu pandemiya dövründə müşahidə etdik".

Şagird sayı az olan məktəblər bağlana bilər? - Yeni tədris ilində pilot layihə icra olunacaq

"O uşaqlar sosiallaşmaqda çətinlik çəkəcəklər"

Xaçmaz rayon Çarxı kənd tam orta ümumtəhsil məktəbinin alman dili müəllimi Tavat İsgəndərova hesab edir ki, ucqar və şagird sayı az olan məktəblərdə onlayn tədrisə keçilməsi, qismən də olsa, müəllim çatışmazlığının qarşısını almış olacaq: "Uşaqlar daha keyfiyyətli tədris görməklə yanaşı, həm də ucqar kəndlərdə təmirsiz məktəblərdə oturmaq məcburiyyətində qalmayacaqlar. Eyni zamanda, fənlərin davamlılığı təmin olunar və şagirdlər bütün fənlərdən ixtisaslaşmış müəllimlərdən dərs almış olarlar". Amma müsahibimiz təklif olunan modelin mənfi tərəfinin olacağını da istisna etmir: "O uşaqlar sosiallaşmaqda və yeni dostlar qazanmaqda çətinlik çəkəcəklər. Pilot layihə kimi tətbiq olunması isə mümkün çətinlikləri öncədən müəyyənləşdirmək baxımından çox yaxşıdır".

Şagird sayı az olan məktəblər bağlana bilər? - Yeni tədris ilində pilot layihə icra olunacaq

"Yolda 2-3 saat vaxt itirməkdənsə…"

"Sinif otağında, əyani şəkildə olan dərslərin yerini heç bir şey verə bilməz", - deyən Astara rayonu Deqədi kənd ümumi orta məktəbin informatika müəllimi Nemət Tarverdiyevin məsələyə münasibəti də birmənalı deyil. Onun sözlərinə görə, ucqar yerlərdə uşaqların məktəbə gəlməsi üçün bəzən 2-3 saat vaxt lazım olur: "Bəlkə də o vaxtı itirməkdənsə, onlayn dərs daha yaxşıdır. Bu gün ölkədə internet məsələsi demək olar ki, həll olunub. Amma uşaqlar kompüter, notbukla təmin olunmalıdırlar ki, bu dərslərə qoşula bilsinlər. Onsuz da biz əyani dərsləri keçəndə də bir çox materialların axtarışını, tapşırıqları şagirdlərə internet üzərindən veririk". Müəllim hesab edir ki, bu ideyanın uğur qazanmasında valideyn məsuliyyəti əsas olacaq: "Uşaq evdə onlayn oxuyanda valideynin üzərinə daha çox məsuliyyət düşəcək. Yaxşı olar ki, belə layihələrin nəzərdə tutulduğu kəndlərdə qabaqcadan valideynlərə də təlimlər keçirilsin. Valideynlər uşaqlara istiqamət verməklə yanaşı, onlara nəzarəti gücləndirməlidirlər".

Fransız dili müəllimi Gülnar Əliyevanın fikrincə, onlayn dərslərin müsbət və mənfi tərəfləri var: "Artıq bütün evlərdə internet mövcuddur, texnoloji avadanlığa əlçatanlıq var. Onlayn dərslər bəzən əyani dərslərdən daha yaxşı effekt verir. Uşaqlar məktəbdə daha çox nadincdir, dərsi pozmağa meyillidirlər. Onlayn dərsdə bu, mümkün deyil. Sadəcə, uşaqların sosiallaşması bir az çətin ola bilər".

Şagird sayı az olan məktəblər bağlana bilər? - Yeni tədris ilində pilot layihə icra olunacaq

"Bəs bağlanacaq məktəblərin müəllimləri neyləyəcəklər?"

ABŞ-də çalışan təhsil üzrə ekspert Qoşqar Məhərrəmovun fikrincə, şagird sayı çox az olan uzaq kənd məktəblərinin distant təhsilə keçməsi maddi resursların rentabelli istifadəsi baxımından məntiqli görünür: "Ancaq burada təhsilin keyfiyyətinə də diqqət edilməlidir. Həmin yerlərdə uşaqlara keyfiyyətli təhsil, sürətli internet, lazımi avadanlıq təklif edə biləcəyikmi?" Ekspertin fikrincə, ucqarlarda yaşayan uşaqlara dərs keçmək üçün müxtəlif modellər mövcuddur ki, onlardan biri onlayn, digəri daşımalı təhsildir: "Onlayn təhsil bəlkə də məktəbin savad vermək funksiyasını yerinə yetirə bilər, bütün funksiyalarını icra etməsi isə mümkünsüzdür. İnternetin sürəti normal olsa, şagirdləri kompüterlə təmin edə bilsək, müəllimlər dərsləri onlayn formada keçə bilərlər. Amma biz o uşaqlara sosial mühit verə, dost mühiti təmin edə bilmərik. Bəs bağlanacaq məktəblərin müəllimləri neyləyəcəklər? Mənə elə gəlir ki, bizim o kəndlərə onlayn təhsildənsə, daşımalı təhsili aparmağımız daha düzgün olar". Q.Məhərrəmov ucqar kəndlərdəki şagirdləri yaxın kəndlərə daşıyıb, ən azı 9-cu sinfə qədər icbari təhsillə təmin etməyin tərəfdarıdır.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 717   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

17:44 203
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

17:23 213
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

16:42 165
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 254
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

19:15 134
.

Zelenski: "Vurulan Türkiyə gəmisində azərbaycanlılar da olub"

"Rusiya tərəfinə məxsus iki pilotsuz uçuş aparatı neytral sularda Türkiyənin taxıl daşıyan mülki gəmisinə zərbə endirib. Məlumata görə, gəminin göyərtəsində Azərbaycan və Hindistan vətəndaşları olublar. Hazırkı məlumatlara əsasən, hücum nəticəsində gəmi kapitanı həyatını itirib. Daha bir nəfəri

17:48 178
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 217
.

"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"

"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib

12:16 164
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 217
.