"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİ

"Evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər" - "Qumar milyonçuları"nın MƏHKƏMƏSİBakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə onlayn qumar oyunları təşkil edən dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

BiG.AZ Lent.az-a istinadla xəbər verir ki, hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən şəxslərin ifadəsi ilə davam edib.

Təqsirləndirilən Nemət Qurbanov Elmidar İsmayılzadənin vasitəsilə işə qoşulduğunu deyib: "Mən 2024-cü ilin fevralında şəhərə gəldim, martda işə başladım. Sentyabrın 2-də gecə Masazırda tutulmuşam. Adıma 86 000 pul yazılıb. O pul ümumi dövriyyə giriş-çıxışıdır. Elmidar dostum olub, yerliyik. Bu işin qanunsuz olduğunu bilmirdim. İşim o idi ki, müştərilərə cavab verim. Aylıq maaşım 300, 500 olurdu. Evdə, yaşadığım yerdə bu işi görə bilməzdim: evdəkilər nə iş gördüyümü bilsəydilər, yeyib-içdiyimi burnumdan gətirərdilər".

Təqsirləndirilən Elnur Nağıyev işsizlik səbəbindən bu işi qəbul etdiyini bildirib: "Əsgərlikdən qayıtdıqdan sonra işsiz qaldım. Kənddə nə iş görərdim? Biri qoyun qırxır, gedib kömək edirdim, heyvanlarını otarmağa yardım edirdim. Gəldim Bakıya. Bir müddət ofisiant işlədim. Elmidar qohumumdur. İşi izah etdi, dedi ki, ancaq gələn mesajlara cavab verəcəyəm. 400- 500 manat maaş alırdım. Baxdım ki, rayonda pulu belə asanlıqla qazanmaq mümkün deyil, razılaşdım".

Növbəti iclas digər təqsirləndirilənlərin ifadələrinin dinlənilməsi üçün fevralın 6-na təyin olunub.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli ofislərdə keçirdiyi əməliyyat zamanı 2002-ci il təvəllüdlü Nihat Vəliyev və 2001-ci il təvəllüdlü Altay Əsgərlinin başçılıq etdiyi 10 nəfərdən ibarət dəstənin üzvləri saxlanılıblar.

Araşdırmalarla müəyyən olunub ki, sosial şəbəkələrdə xüsusən, "Instagram"da bu şəxslər tərəfindən "TT", "Admiral", "Bir-iki", "Gold" və s. müxtəlif adlar altında açılan səhifələrdə vətəndaşlar onlayn qumar oyunlarına cəlb olunublar. Nihat Vəliyev və Altay Əsgərli məsuliyyətdən yayınmaq məqsədi ilə onlayn qumar oyunlarının təşkili zamanı xarici ölkələrin mobil operatorlarına, eləcə də digər şəxslərin adına olan nömrələr işlədiblər. Onlar nəzarətlərində olan səhifələr vasitəsilə vətəndaşları ölkə hüdudlarından kənarda idarə olunan "Fast Loto365" və "CHCPlay" kimi qeyri-leqal saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Qeyd edilən saytların xaricdə yaşayan rəhbərləri ilə birbaşa cinayət əlaqəsinə girən dəstə başçıları ölkə ərazisində şəbəkə quraraq kirayə götürdükləri mənzillərdə bu qanunsuz fəaliyyəti yaradıblar. Dəstə üzvlərindən aşkar edilən 500-ə yaxın bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pul köçürmə əməliyyatlarında istifadə olunub.

Bundan əlavə məhkəmə qərarları əsasında onların ofis kimi istifadə etdikləri mənzillərə baxış zamanı 50-dən artıq yerli və xarici mobil nömrə, telefonlar, eləcə də digər elektron sübutlar aşkarlanıb. Şəbəkə üzvlərinin fəaliyyət göstərdikləri bu müddət ərzində dövriyyənin 10 milyon manatdan artıq olduğu müəyyən edilib. Qeyd edək ki, Nihat Vəliyev və Altay Əsgərli qanunsuz qumar oyunlarından əldə etdikləri gəlirlərin bir qismini kriptovalyutaya çevirərək pul transferləri də həyata keçiriblər. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Dəstəyə daxil olan digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-texniki tədbirlər davam etdirilir. Onların 20 milyon manatlıq sərvətə yiyələndiyi üzə çıxıb.

Dəstəyə 26 yaşlı Elmidar İsmayılzadə başçılıq edib. Onunla birgə atası Eldəniz və qardaşı Elvin İsmayılzadə, həmçinin daha 8 nəfər - Elmin Quliyev, İntiqam Rüstəmov, Şəmil və Zamiq Məhərrəmlilər, Elnur Nağıyev, Nemət Qurbanov, Cavid Əsədov və Bəxtiyar Tağıyev cinayət məsuliyyətinə cəlb olunub. Onlardan yalnız biri istintaq müddətində azadlıqdadır. İstintaq materiallarına görə, şəbəkə internet üzərindən təşkil etdiyi qumar oyunlarından 5 il ərzində 13 milyon manata yaxın gəlir əldə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 961   Tarix: 25 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ rəsmisi Hörmüz boğazının təhlükəsizliyi məsələsinin NATO sammitində müzakirə olunacağını gözləyir

ABŞ-ın yüksək vəzifəli rəsmisi bazar günü bildirib ki, Tramp administrasiyası NATO liderlərinin bu həftə Ankarada görüşəcəyi zaman Hörmüz boğazındakı təhlükəsizliyin müzakirə olunacaq mövzular arasında olacağını gözləyir. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, ABŞ-ın yüksək vəzifəli rəsmisi bildiri

07.07.2026 188
.

İkinci kurs tələbəsi vəfat etdi

Sumqayıtda tələbə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, Xidmət Sahələri üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin II kurs tələbəsi Rizvan Vəliyev dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib

07.07.2026 342
.

Rusiya təyyarələrinin Kiyev bölgəsində 28 nəfərin ölümünə səbəb olan hücumları Ukraynanın hava hücumundan müdafiə çatışmazlığını üzə çıxarıb

Rəsmilər bildiriblər ki, Rusiya bazar ertəsi səhər Kiyev və ətraf bölgəni raket və dronlarla vurub, nəticədə ən azı 28 nəfər həlak olub və Ukraynanın ABŞ istehsalı olan hava hücumundan müdafiə sistemlərinin çatışmazlığını üzə çıxarıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, xilasedicilər gecə bombardman

07.07.2026 200
.

Məişət zorakılığı, təhqir və hörmətsizlik - hansı hallarda mənəvi təzminat tələb oluna bilər?

"Mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi mənəvi sarsıntı və ya iztirabdır. Mənəvi zərərə görə kompensasiya isə hüquqazidd hərəkət və ya hərəkətsizlik nəticəsində zərərçəkmiş şəxsin yaşadığı mənəvi sarsıntının və ya iztirabın qismən aradan qaldırılması, pozulmu

07.07.2026 195
.

Daha bir yeniyetmə dənizdə batdı

Dünən axşam FHN-in "112" qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub. "Qafqazinfo" nazirliyin Mətbuat xidmətinə istinadən xəbər verir ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

07.07.2026 262
.

Avropa Birliyinin Cənubi Qafqaza ayırdığı 200 milyon avro Azərbaycana nə qazandıracaq? - İQTİSADÇIDAN AÇIQLAMA

Avropa Birliyinin Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal bağlantının gücləndirilməsi məqsədilə 200 milyon avro həcmində qrant ayıracağını açıqlaması regionun iqtisadi gələcəyi ilə bağlı yeni gözləntilər yaradıb. Təşəbbüsün əsas hədəfi sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın genişləndirilməs

07.07.2026 215
.

Mark Rütte: NATO dronlarla mübarizə vasitələrinə 40 milyard dollar ayıracaq

NATO-ya üzv ölkələr qarşıdakı beş ildə pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin inkişafına 40 milyard dollardan çox vəsait yönəldəcək. "Report" "Jerusalem Post"a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Mark Rütte Ankarada keçirilən müdafiə sənayesi forumund

07.07.2026 1
.

Tramp Türkiyəyə yola düşdü - Video

ABŞ Prezidenti Donald Tramp NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvə Görüşündə iştirak etmək üçün Türkiyəyə yola düşüb. "Qafqazinfo" xəbər verir ki, Tramp Merilend ştatındakı Endryus Birləşmiş Hərbi Hava Bazasından "Air Force One" təyyarəsi ilə Ankaraya yola çıxıb. NATO-nu

07.07.2026 185
.

Prezident büdcə ilə bağlı qanunu - Təsdiqlədi

"Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun təsdiqlənib. "Qafqazinfo" xəbər verir ki, sənədi Prezident İlham Əliyev imzalayıb. Sənədə əsasən, ötən il büdcənin gəlirləri 39 milyard 184,6 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisəd

07.07.2026 183
.

TOP MP3