The Jerusalem Post: "ABŞ İrana 24 saat ərzində hücum edəcək"

The Jerusalem Post: "ABŞ İrana 24 saat ərzində hücum edəcək"İsrailin The Jerusalem Post nəşrində yayılan məlumatlarda ABŞ ilə İran arasında gərginliyin kritik həddə çatdığı bildirilir. Qəzetin təhlükəsizlik və siyasi mənbələrə istinadən yazdığına görə, Vaşinqtonun İrana qarşı hərbi əməliyyatlara başlama ehtimalı son dərəcə yüksəlib və mümkün hücumun 24 saat ərzində baş verə biləcəyi ehtimalı istisna edilmir. Məlumatda qeyd olunur ki, ABŞ son günlər Yaxın Şərqdə hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb, bölgəyə əlavə hərbi gəmilər və hava qüvvələri cəlb olunub.

Xəbərdə vurğulanır ki, İran tərəfi də mümkün hücuma hazırlaşır. The Jerusalem Post-un iddiasına görə, təhlükəsizlik risklərinin artması fonunda İranın Ali Rəhbəri Ayətullah Əli Xamenei mühafizə məqsədilə yeraltı bunkerə yerləşdirilib. Bu addım Tehranın ABŞ-dan mümkün zərbəni real təhlükə kimi qiymətləndirdiyini göstərən ciddi siqnal kimi şərh olunur.

BiG.AZ The Jerusalem Post-a istinadən xəbər verir ki, eyni zamanda, ABŞ rəsmiləri rəsmi açıqlamalarda konkret hücum tarixini təsdiqləməsələr də, "bütün variantların masada olduğu" mesajını davam etdirirlər. Qəzet yazır ki, Vaşinqtonda İrana qarşı həm birbaşa hərbi zərbə, həm də alternativ ssenarilər-dəniz blokadası və genişmiqyaslı təzyiq tədbirləri müzakirə olunur.

İran rəsmiləri isə bu iddialara sərt reaksiya verərək bildiriblər ki, ABŞ tərəfindən ediləcək hər hansı hücum tammiqyaslı müharibə kimi qiymətləndiriləcək və buna adekvat cavab veriləcək. Tehran açıq şəkildə xəbərdarlıq edib ki, regionda ABŞ-ın maraqları və müttəfiqləri də risk altına düşə bilər.

Qeyd olunur ki, 24 saat ərzində hücumla bağlı yayılan məlumatlar rəsmi şəkildə təsdiqlənməyib və əsasən media və analitik iddiaları səviyyəsindədir. Bununla belə, The Jerusalem Post yazır ki, mövcud hərbi-siyasi vəziyyət Yaxın Şərqdə genişmiqyaslı qarşıdurma riskini xeyli artırıb və regionda gərginlik hər an nəzarətdən çıxa bilər.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 748   Tarix: 26 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN hava ilə bağlı əhaliyə - Müraciət etdi

Fövqəladə Hallar Nazirliyi gözlənilən küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib. BİG.AZ xəbər verir ki, müraciətdə deyilir:. "İyulun 7-də və 8-də Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin olacağını nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliy

06.07.2026 179
.

37° isti, intensiv yağış, dolu... - Sabahın havası

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

06.07.2026 274
.

Şagirdlər ev tapşırığını artıq ChatGPT-yə həvalə edir: Təhsil üçün təhlükə, yoxsa fürsət? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Süni intellekt texnologiyalarının sürətli inkişafı təhsil sahəsində də yeni müzakirələrə səbəb olub. Artıq bir çox şagird ev tapşırıqlarını hazırlayarkən süni intellekt əsaslı çatbotlardan, o cümlədən ChatGPT kimi alətlərdən istifadə edir. Bu isə həm müəllimlər, həm də valideynlər arasında müxtəlif sualla

06.07.2026 236
.

1 aprel zarafatı deyil: FİFA ilk dəfə qırmızı vərəqəni ləğv edib

Mediada yayılan məlumatlara görə, prezident Donald Tramp ABŞ milli komandasının hücumçusu Folarin Baloqunun bir oyunluq diskvalifikasiyasını ləğv etmək üçün şəxsən FIFA-ya müraciət edib. bildirir ki, bu barədə "The Guardian" mənbələrə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, Tramp Baloqunu

06.07.2026 180
.

Yer Günəşdən maksimum uzaqlaşacaq

İyulun 6-da Yer Günəş ətrafındakı orbitinin afeli adlanan nöqtəsinə - Günəşdən maksimum uzaq məsafəyə çatacaq. Bu barədə Ölkə.az-a Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Məlumata görə, bu gün Yer və Günəşin mərkəzləri arasındakı məsafə təxminən 152,

06.07.2026 161
.

Ursula Fon der Lyayen: Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiqi üçün çalışırıq

Avropa İttifaqı növbəti günlər ərzində Rusiyaya qarşı 21-ci sanksiya paketinin qəbul edilməsi üçün dayanmadan çalışır. APA xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen "X" hesabında deyib. O, Rusiyanın ötən gecə Ukraynaya qarşı həyata keçirdiyi hücumları pisləyi

06.07.2026 160
.

Psixoloji müalicə alan Dilan Polat evə qayıtdı

Psixoloji dəstək almaq məqsədilə xəstəxanaya yerləşdirilən türkiyəli fenomen Dilan Polat evə buraxılıb. Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Engin Polat sosial şəbəkə hesabında məlumat verib. O, paylaşdığı fotonun üzərinə "Ümid edirəm ki, evimizin hüzuru sənə şəf

06.07.2026 243
.

Şri-Lanka həbsxanasında iğtişaşlar - 25 ölü, 100 yaralı

Şri Lankanın Neqombo şəhərində yerləşən cəzaçəkmə müəssisəsində baş verən qanlı iğtişaşlarda azı 25 nəfər həyatını itirib. Bu barədə "Independent" nəşri yerli hüquq mühafizə orqanlarına istinadən məlumat yayıb. Məhbus qruplaşmaları arasında kütləvi dava bazar günü başlayıb. Toqquşmalarda ölənlərdə

06.07.2026 158
.

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər - VİDEO

2016-cı ildə yalnız "Çovdar" qızıl yatağının istismarı ilə fəaliyyətə başlayan "AzerGold" QSC ötən 10 il ərzində Azərbaycanın dağ-mədən sənayesinin aparıcı müəssisələrindən birinə çevrilib. Bu müddətdə Cəmiyyət fəaliyyət coğrafiyasını və istehsal potensialını ardıcıl şəkildə genişləndirərə

06.07.2026 243
.

TOP MP3