ABŞ-İran gərginliyi artır, İsrailin naziri Azərbaycana səfər etdi - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-İran gərginliyi artır, İsrailin naziri Azərbaycana səfər etdi - POLİTOLOQDAN AÇIQLAMAABŞ-İran gərginliyinin artdığı bir dövrdə İsrailin xarici işlər naziri Azərbaycana rəsmi səfər edib. Nazir səfəri zamanı regional təhlükəsizlik, diplomatik əməkdaşlıq və iki ölkə arasındakı strateji münasibətlər barədə görüşlər keçirib. Bu səfər həm bölgədəki cari geosiyasi vəziyyət, həm də İranla ABŞ arasındakı gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır və diplomatik dairələr tərəfindən diqqətlə izlənilir.
ABŞ-İran gərginliyi artır, İsrailin naziri Azərbaycana səfər etdi - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, ABŞ daxilində ümumiyyətlə Ağ Evdə İrana hücumla bağlı fikir ayrılıqlarının olması məsələsi uzun müddətdir müzakirə olunur və düşünürəm ki, əslində müzakirə olunan məsələlər arasında İrana ola biləcək hücum və müharibənin genişlənməsi ehtimalı, uzunmüddətli hər hansısa bir hərbi qarşıdurmanın Amerikanın maraqlarına uyğun olub olmaması ilə bağlıdır. Mən düşünürəm ki, əslində ABŞ uzunmüddətli hər hansısa bir formada İranla hərbi qarşıdurmanın və bunun maliyyə öhdəliklərini qarşılamağın marağında deyil. Fikir ayrılıqlarının olması sadəcə İranın ritorikasında ciddi dəyişikliklərin olmamasının cavab reaksiyası kimi qiymətləndirilə bilər. Xüsusilədə nüvə danışıqları ilə bağlı İranın geri addım atmaması və hər hansısa bir formada güzəştə getməməsi Ağ ev tərəfindən daha çox aqressiv ritorikanı təşviq edən yanaşmalardan biridir. Yəni ola biləcək mümkün danışıqlarda İran geri addım atsa, müharibə ehtimalı onsuz kifayət qədər çox aşağı düşür və hər hansısa bir formada hərbi qarşıdurmanın olması gözlənilən deyil. Amma digər bir ehtimalda İranın nüvə proqramı ilə bağlı heç bir güzəşt addımı atmaması məsələsi gündəmə gəldisə, düşünürəmki İsrail vasitəsi ilə, yada birbaşa ABŞ ilə İranın qısamüddətli qarşıdurma ehtimalı ola bilər. Amma indiki şəraitdə ABŞ rəhbərliyinin, Trampın verdiyi mesajlar fonunda dəyərləndirsək, yaxın perspektivdə İranla qarşıdurmanın ola biləcəyinə inanmıram.

Ümumiyyətlə Azərbaycan İsrail münasibətləri kifayət qədər yüksələn xəttlə inkişaf edir və bizim münasibətlərimiz heç bir halda emosional çalarlar üzərində qurulmayıb. Kifayət qədər rasional hədəflər və İsrail Azərbaycanın stateji tərəfdaşlığını möhkəmləndirən əlaqələrimiz var və əlaqələrimiz möhkəm siyasi əlaqələrə əsaslanır. Düşünürəmki həm Cənubi Qafqazda, həm daha geniş coğrafiyada İsrail ilə Azərbaycanın əməkdaşlığı sülh və sabitliyə töhvə verə biləcək kifayət qədər müsbət istiqamətləri özündə ehtiva edir. İsrail İran qarşıdurması uzun müddətdir gərginlik mərhələsindədir. Həttda 12 günlük müharibə bunun kulminasiya nöqtəsi olaraq qiymətləndirilə bilər. Çünki İsrailin özünün daxili yanaşmalarına və eyni zamanda təhlükəsizlik doktrinasına uyğun olaraq, regionda hər hansısa bir dövlətin nüvə proqramının inkişaf etdirilməsi birbaşa olaraq İsrailin təhlükəsizliyinə təhdid olaraq, qiymətləndirilir.

Məhz bu kontekstdən yanaşanda İran İsrail üçün təhlükəsizlik baxımından ən əsas təhdid yaradan dövlətlərdən biri kimi dəyərləndirilirki, ABŞ-İran, İsrail-İran münasibətlərindəki gərginliyin ortaq hədəfləridə məhz bu istiqamətdədir. Çünki ABŞ-da orta şərqlə bağlı olan siyasətində region dövlətlərinin nüvə potensialının hər hansısa bir formada inkişaf etdirilməməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulur. Ona görədə yaxın perspektivdə ola bilərki hərbi qarşıdurma mərhələsinə hər hansısa bir formada keçid olmasın amma İran-İsrail münasibətlərindəki gərginliyin hələ uzun müddət davam edəcəyini düşünürəm".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1150   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 196
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

17:23 109
.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

20:00 1
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

18:45 1
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 185
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 173
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

20:30 1
.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst

12:22 150
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

15:19 209
.